İqbal adlı şəxsin «lotoxana»larına hansı məmur «krışalıq» edir?
Kriminal5 fevral 2016 17:45
Əhməd Cəmil küçəsində yerləşən binanın altında hər gün açıq qumar gedir.
Son günlər Azərbaycanda sürətlə loto-qumar məkanları açılmaqdadır. Paytaxt Bakı ilə yanaşı bölgələrdə də bu cür məkanlar açılır. Bakıda fəaliyyət göstərən loto-qumar məkanlarının bir neçəsindən reportajlar təqdim etmişdik. Hər gün külli miqdarda gəlir gətirən bu məkanlar artıq Bakının mərkəzinə də yol tapmaqdadır. Loto-qumar məkanlarının bu cür sürətlə açılması və sərbəst şəkildə fəaliyyət göstərməsi onu sübut edir ki, bu məkanlar yüksək rütbəli şəxslərin himayəsində fəaliyyət göstərirlər. Bakının Xətai, Binəqədi, Səbail, Yasamal rayonlarının hər birində bu cür məkanlara rast gəlmək mümkündür. Adlarını sadaladığımız rayonlar hələ ki, bizə məlum olan məkanların yerləşdiyi rayonlardır. Yollandığımız növbəti məkan Yasamal rayonundakı Əhməd Cəmil küçəsində yerləşən binanın (Yasamal parkı ilə üzbəüz) altındadır. Əvvəlcə onu qeyd edək ki, olduğumuz məkanları bir-birindən yalnız ünvanı fərqləndirir. Bu məkanlarda loto-qumar qaydaları eynidir, eyni işçiləri isə fərqli-fərqli məkanlarda görmək mümkündür, obyektlərdə dizayn və iş qaydalar eynidir. Bu sadaladıqlarımız onu deməyə əsas verir ki, bütün bu məkanlar bir şəbəkə şəklində fəaliyyət göstərir. Ölkəmizdə bir çox sahələr monopoliyada olduğu kimi, görünən budur ki, bu loto-qumar şəbəkəsi də monopoliyadadır. Bu məkanda ilk rastlaşdığımız fərqlilik ondan ibarətdir ki, kartın biri 1 manat deyil. Oyuna başlamaq üçün mütləq 3 ədədi 2 manat olan kartları götürmək lazımdır. Əslində düşünmək olar ki, devalvasiyadan sonra əziyyət çəkən insanlar üçün bu xüsusi endirim kampaniyasıdır. Ancaq bir məsələ də var ki, digər məkanlardan fərqli olaraq, burada 1 manata aldığın bir kartla oynamaq mümkün deyil. Yəni, iştirakçı olmaq üçün minimum 2 manatından keçməlisən. Əlavə kart artırmaq istəyərkən isə yenə də 2 manat verərək, üç kart almaq mümkündür. Oxşar tərəflərindən biri isə loto-qumarda iştirak edənlərə çayın pulsuz verilməsidir. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, oyunun şərti kartda olan sıralardan birində olan 6 rəqəmin torbadan çıxan daşlarla uyğun gəlməsidir. İştirakçı "bəsdir və ya "davolna” deyərək, udduğunu elan edir. Uduşa qoyulan məbləğ isə iştirakçıların sayına görə dəyişir. Oyuna başlayarkən yığılan pulların yarısı uduşa qoyulur. Oyunda hər hansı bir hiylənin olduğunu demək mümkün deyil. Çünki bu cür məkanlarda qazanılan məbləğ konkret olaraq məlumdur. Oyundan yığılan pulun yarısı uduşa qoyulur. Yarısı isə qazancdır. Bir oyun ən çox 10 dəqiqə çəkir. Burada oyunlar saat 17:00-da başlayır və səhər saatlarınadək davam edir. Qara pərdələrlə bağlı olan məkan olduqca böyükdür. İlk başlayanda adam sayı az olur. Əsasən axşam saatlarında, iş vaxtından sonra məkanın müştəriləri həddən artıq çox olur. Bütün masalar tam şəkildə dolanda uduşdakı məbləğ 200-300 manatadək yüksəlir. Bu isə o deməkdir ki, məkanda 10 dəqiqəlik bir oyundan 200-300 manat qazanc əldə olunur. Bu məkanda da digərlərində olduğu kimi xeyli sayda işçi var. Loto kartlarını paylayanlar, torbadan daş çıxaranlar, çay paylayanlar və s. Məkanın daimi müştərilərindən biri ilə söhbətləşərkən öyrəndik ki, axşam saat 19 radələrindən gecə saat 2-3-ə qədər məkanda demək olar ki, boş masa olmur. Bu saatlar ərzində oynanılan hər oyundan - 10 dəqiqdən bir 300 manatadək qazanc əldə edirlər. Bu isə saatda 2 min manatadək qazanc deməkdir. Yəni loto-qumar məkanlarının günlük qazancı minimum 10-12 min manatdır. Təbii ki, bu cür yüksək qazancların əldə olunduğu məkanları açmaq, himayə etmək sıradan bir insanın işi ola bilməz. Aylıq gəlirləri yüz minlərlə manat olan bu cür obyektləri himayə edənlər təbii ki, var... Bu məkanlara baxanda insanı düşündürən bir məqam da var. Ölkədə işsizliyin baş alıb getdiyi, son bir neçə ayda xtisarların vüsət aldığı bir zamanda qumarxanalar, mərc oyunlarının keçirildiyi məkanlar sürətlə artır. Bu cür məkanların müştərləri isə heç vaxt əskik olmur. Asan yolla pul qazanmaq istəyənlərlə yanaşı, işsizlikdən əziyyət çəkən insanların da tapdıqları bir neçə manatla bu cür məkanlara üz tutduğu açıq-aşkar görünür... P.S. Deyirlər Yasamal rayonundakı Əhməd Cəmil küçəsində yerləşən "Lotoxana"nı işlədən İqbal müəllim hər yerdə qeyd edir ki, mənə kimsə toxuna bilməz çünki rəhbərlik etdiyim obyektlərə birbaşa yüksək vəzifəli şəxs "krışalıq" edir. Görəsən, həmin şəxs kimdir? Bu barədə gələn saylarımızda biləcəksiniz. reportyor.org
NUH.az
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
