70 il gizlədilən məktub

S.C.Pişəvərinin BMT Baş Assambleyasına məktubu
70 il bundan öncə Güney Azərbaycanda qurulmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri 1946-cı ilin yanvarın 28-də xüsusi müraciət məktubu ilə BMT Baş Assambleyasına müraciət etmişdi. Məktubda əhatə olunanları üç qrupa ayırmaq olar. Məktubun əvvəlində Azərbaycan xalqının ən qədim xalqlardan biri olduğu, zəngin milli tarixə, öz milli dilini, adət və ənənələrini qoruyub saxladığı BMT Baş Assambleyası üzvlərinin nəzərinə çatdırılır. Böyük tarixi keçmişə və zəngin mədəniyyətə malik olan bu xalqın Şahlıq rejiminin şovinist “böyük dövlətçilik” siyasətinin dözülməz zərbələrinə məruz qaldığı bildirilir.Azərbaycan xalqı bir gün də olsa, öz azadlığı uğrunda mübarizədən əl götürmədiyi xüsusi vurğulanır. Məktubun sonrakı bölümündə faşizmin məğlubiyyəti ilə bağlı yaranmış şəraitdən istifadə edən Azərbaycan xalqı ayağa qalxaraq 1945-ci il dekabrın 12-də (21 Azərdə) şovinist Şahənşah dövlətinin müqavimətini qıraraq özünün Milli Hökumətini qurduğunu bəyan edir. Demokratik əsaslara dayanan bu hökumət özünün indiki və gələcək fəaliyyət proqramını bütün dünyaya bəyan etmişdir. Məktubda belə bir cəhət vurğulanır ki, Azərbaycanda yaradılmış Milli Hökumət artıq danılmaz faktdır. Buna görə, məktubun son hissəsində BMT Baş Assembleyasına müraciət olunur ki, o, Azərbaycan Milli Hökumətin mövcudluğunu rəsmən tanısın və kənardan müdaxilə olmadan ona öz taleyini özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin. AMH başçısı Cəfər Pişəvərinin BMT Baş Assambleyasına etdiyi müraciətin məzmunu uzun müddət dünya ictimaiyyətindən gizli saxlanıldığından biz həmin müraciətin tam mətnini oxucuların diqqətinə çatdırırıq. Azərbaycan Milli Hökumətinin başçısı S.C.Pişəvərinin BMT Baş Assambleyasına müraciəti “Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə malikdir. Əsrlərin keşməkeşində o, öz milli dilini, adət və ənənələrini qoruyub saxlaya bilmişdir. İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansızcasına taladılar. Nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı. Şovinist böyük dövlətçilik siyasəti yürüdən İran hökmdarları azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirdi. Buna baxmayaraq, Azərbaycan xalqı bir gün də olsun, öz azadlığı uğrunda mübarizəsini dayandırmadı. Azərbaycanlıların öz mili azadlıqları uğrunda mübarizənin ən parlaq nümunəsi Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqalarının hərəkatıdır. Bu cəsur insanlar, mübarizənin başçıları, həm də şəhidləri idi. Qanlı faşizmin üzərində demokratik dövlətlərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait yaratdı. Tehran hökumətinin müqavimətinə baxmayaraq, bu ilin 21 Azərində (12 dekabr) Azərbaycan xalqının əsrlərdən bəri apardığı mübarizəsi qələbə ilə başa çatdı. “Atlantik Xartiyasına” uyğun olaraq Milli Məclisin, Azərbaycan Milli Hökumətinin qurulması ilə nəticələndi. Azərbaycanda demokratik əsaslara dayanan bir Milli Hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb. 5 milyonluq Azərbaycan xalqı: milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə, fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalıqlarına icazə verməyəcəkdir. Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır. Yeni Milli Hökumətin fəaliyyəti sayəsində, əsrlərlə istismar olunan xalq adi insani şəraitdə yaşamağa başlayıb. Bununla da, o öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir. Azərbaycan xalqının iradəsi ilə “Atlantik Xartiyası”na, yəni böyük demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktlardır. BMT-nin Baş Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanınsın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin”. S.C.Pişəvəri, Azərbaycan Milli Hökumətinin başçısı, 28 yanvar, 1946-cı il. Azərbaycan Milli Hökumətinin başçısı S.C.Pişəvəri BMT Baş Assambleyasına “21 Azər” (12 dekabr) inqilabının qələbəsindən iki ay sonra müraciət etməsinin səbəbi nə idi? Hansı olaylar S.C.Pişəvərini məhz 1946-cı il yanvarın sonunda BMT-yə üz tutmağa, ondan kömək istəməyə vadar etmişdi? Bu sualları cavablandırmağı həmin dövrün tarixi şəraitini, beynəlxalq aləmdə baş vermiş hadisələrin inkişaf istiqaməti və Sovetlərin İrandakı Şahlıq rejimi ilə “dil” tapmağa meylinin artması və ən başlıcası şah qoşununa xaricdən göstərilən hərtərəfli yardımın artması ilə bağlamaq lazımdır. Əvvələn nəzərə almaq lazımdır ki, artıq bu zaman faşist Almaniyası və Yapon militarizmi müttəfiq qoşunları tərəfindən məğlub edilmiş, dünyadakı demokratik qüvvələrə özlərinin milli və demokratik hədəflərinə çatmaları üçün münasib şərait yaranmışdır. 40-cı illərin əvvəllərində ABŞ prezidenti Ruzveltlə Britaniyanın baş naziri U.Çörçel arasında Atlantik okeanında hərbi gəmi göyərtəsində imzalanmış məlum “Atlanta Xartiyası” dünya xalqlarına demokratik hüquqlara, zorakılığa qarşı birgə mübarizə, insan haqlarının və hüquqlarının, ölkələrin ərazi bütövlüyünün qorunması ilə bərabər millətlərin hüquq bərabərliyi və s. məsələlər bu sənəddə öz əksini tapmışdı. 1945-ci ilin oktyabrına qədər dünyanın 50-dən çox ölkəsi “Atlanta Xartiyası” prinsiplərinə qoşuldu və sonrakı dövrdə onların sayı artdı. İran da bu ölkələrdən biri oldu.Azərbaycan Milli Hökuməti rəhbərliyi dünya xalqlarına demokratiya və azadlıq vəd edən böyük dövlətlər qrupunun qoşulduğu “Atlanta Xartiyası”ndakı prinsiplərinə istinad edərək illərdən bəri tapdalanmış haqlarının ona qaytarılmasını, öz ölkəsini özü istədiyi kimi idarə olunması ilə bağlı Muxtariyyat hüquqlarının verilməsini və bu işdə BMT-nin zəmanətini istəyirdi. Lakin bu istək, istək olaraq qaldı. Sonrakı araşdırmalar göstərmişdir ki, S.C.Pişəvərinin AMH adından BMT Baş Assambleyasına yolladığı məktub nəinki müzakirəyə çıxarılmamış, heç o, BMT dəftərxanasında qeydə alınmamışdır. Azərbaycan Milli Hökumət rəhbərliyinin Azərbaycanın tələblərini beynəlxalq miqyasa çıxarmaq istəyinin başqa səbəbi dünya ölkələrini İrandakı şahlıq rejiminin qədim tarixi keçmişə, böyük mədəniyyətə malik olan bir milləti necə assimilyasiya edib, aradan çıxarmaqda göstərdiyi zorakılıqları, etdiyi zülmləri bu cinayətlərdən agah etmək idi. Sovet rəhbərliyi S.C.Pişəvərinin BMT-nin Baş Assambleyasına müraciət etməsinin əleyhinə idi. Şahidlərin etirafına görə, S.C.Pişəvəri bu müraciətə görə “dost” dövlətdən danlaq da almışdı.Sovet rəhbərliyi “21 Azər” hərəkatının miqyasını və onun ölkədəki bütün zümrələri özünə cəlb etmək qüdrətini çox məhdud təsəvvür etmişdi. Hərəkatın bütün milli qüvvələri cəlb etmək qüdrəti, üstəlik, hərəkat rəhbərinin Azərbaycan məsələsinin beynəlxalq arenaya çıxarmaq təşəbbüsü Moskvanı narahat etmişdir. BMT-dəkı sovet nümayəndəliyinə başçılıq etmiş A.Y.Vışinski öz çıxışında “Şimali İranda baş verən hadisələr İranın daxili işindən başqa bir şey deyildir” deməsi açıq-aydın göstərmişdi ki, Güneydəki 1945-1946-cı il xalq hərəkatına dəstək verən Sovetlər 1946-cı ilin əvvəllərindən başlayaraq mövqelərində köklü dəyişiklik etdi. Bu dəyişikliklərin Tehranın xeyrinə sürətlənməsinə səbəb XX əsr İran tarixinin hiyləgər diplomatlarından olan Əhməd Qəvam əs Səltənənin (3 bəhmən 1324-cü il, fevral 1946) İbrahim Həkimi hökumətini əvəz etməsi oldu. Artıq bu zaman İran rəhbərliyi ilə Moskva arasında Güneydəki hərəkatı yatırtmaq haqda sövdələşmə başlamışdır. S.C.Pişəvəri və digər MH rəhbərliyi bu olaylardan xəbərsiz deyildilər. S.C.Pişəvərinin BMT Baş Assambleyasına təcili müraciəti və Güneydəki bəzi Sovet çinovnikləri ilə S.C.Pişəvəri arasında getdikcə artan soyuqluq və mübahisələr Azərbaycan Milli Hökuməti ilə Moskvanın münasibətlərinin kəskinləşməsindən xəbər verirdi. Ə.Qəvam əs Səltənənin 1946-cı ilin fevralın sonu martın əvvəllərində Moskvaya səfəri zamanı neft sövdələşməsi üçün ilkin addımların atılması tanınmış tarixçi alimimiz Musa Qasımlının yazdığı kimi “...əslində, Azərbaycan məsələsinin və Pişəvəri hərəkatının Tehranın və Moskvanın əli ilə dəfn olunması demək idi”. İ.V.Stalinin S.C.Pişəvəriyə ünvanladığı 8 may 1946-cı il tarixli məktubdan aydın olur ki, S.C.Pişəvəri Güney Azərbaycandakı xalq hərəkatına qarşı sovetlərin dönüklük və xəyanətindən gileylidir və onu rüsvayçılıq sayır. İ.V.Stalinin etdiyi xəyanəti pərdələmək üçün “İranın daxilində və həm də beynəlxalq nöqteyi-nəzərdən yaranmış vəziyyəti düzgün qiymətləndirməməkdə” S.C.Pişəvərini günahlandırır və onu “özünü ağıllı aparmağa” çağırır. Məktubun sonunda Stalin yazır ki, belə olan təqdirdə “o vaxt Sizə Orta Şərqdə mütərəqqi demokratik hərəkatın pioneri kimi azərbaycanlılar da, İran da xeyir-dua verər.” Deməli, gələcəkdə azərbaycanlıların və İran xalqlarının xeyir-duasını almaq üçün S.C.Pişəvəri və onun başçılıq etdiyi hökumət Tehrandakı qatillərə Azərbaycana qarşı qanlı yürüşə hazır olan şah qoşunlarına təslim olmalıymış. Hadisələrin sonrakı gedişı əvvəlcədən Moskva və Tehranın hazırladıqları ssenari üzrə başa çatmış oldu. Bunu S.C.Pişəvəri əvvəlcədən bildiyindən Azərbaycanın haqq səsini BMT vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirdi. Lakin özlərini demokratiyanın və insan haqlarının “qarantı” sayan dövlətlərin Azərbaycana qarşı laqeydlik və riyakarlıqları hüquqları əlindən alınmış, milli varlığı fars şovinistlərinin tapdağı altında əzilən bir millətin harayının dünya ictimaiyyətinə çatmasına mane oldular. Bu işdə BMT-də sovetləri təmsil edən Vışinsklərin, Qıramikovların xəyanətkar mövqeləri az rol oynamamışdır. Güney Azərbaycanda öz hüquq və azadlıqları uğrunda ölüm-dirim mübarizəsi aparan milli qüvvələr keçmiş tarixin bu acı dərslərini unutmamışlar.
Əkrəm Rəhimli,Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi
NUH.az
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 2025 23:08
- Çeçen qızı Lauranı Tiflisdə oğurladılar !
14 iyul 2025 10:16
- Yazıçı Sabir Əhmədlinin oğlu ilə TƏSİRLİ MÜSAHİBƏ
11 iyul 2025 01:31
- Maral tam Ayı 10 iyul 2025: Nə etməli?
10 iyul 2025 11:41
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
1 iyul 2025 22:10
- Sabah Məhərrəmlik başlayır - nələr vacibdir?
25 iyun 2025 22:34
- Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)
15 iyun 2025 13:51
- Milli Məclis Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı
13 iyun 2025 11:55
- Mikayıl Müşfiqin həbsinin və güllələnməsinin gizlinləri - Üzünə duranların SİYAHISI
7 iyun 2025 10:45
- Şəmkirdə baş həkimi öldürmək istədilər - ŞOK faktlar
3 iyun 2025 09:48
- Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
01 avqust 01:23
- Xankəndidə qanunsuz ucaldılan daha bir abidə söküldü
31 iyul 23:29
- Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başladıldı
31 iyul 22:00
- Azərbaycanlı idmançı faciəli şəkildə həlak oldu (FOTO)
31 iyul 21:52
- Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir - Pezeşkian
31 iyul 20:44
- Xıdırlıya növbəti köç karvanı yola salındı - FOTOLAR
31 iyul 08:23
- Britaniyada ilk dəfə qadın arxiyepiskop seçilib
31 iyul 02:25
- 6 dil bilir, Bakıda küçədə yaşayır - Ukraynalı Denisin hekayəsi - VİDEO
31 iyul 00:07
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 23:18
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 23:08
- katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
30 iyul 22:46
- ABŞ Rusiyadan bu adanı 15 MİLYARDA almaq istəyir : MƏQSƏD NƏDİR ?
30 iyul 22:39
- Narinin anasının həbsxanadakı son halı - tanınmaz halda - FOTO
30 iyul 22:05
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22