Digər tərəfdən isə kollec sitemində təhsil almış mütəxəssislər daha geniş və əhatəli sahələrdə əmək fəaliyyəti göstərmək imkanları əldə edirlər. Bu isə öz növbəsində kolleclərdə həyata keçirilən reformaların ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapmasında ifadə olunur. Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. Bu gün Sumqayıt Dövlət Texniki Kollecində yer almış neqativ hallar da məhz bu deyilənləri təsdiq edən təzahürlər kimi diqqəti cəlb edir. Kollecin direktoru Mətanət Pirquliyevanın yol verdiyi özbaşınalıqlar və qanun pozuntuları isə, hətta, Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır. Redaksiyamıza bu xüsusda daxil olan məlumatlarda bildirilir ki, kollecdə dözülməz vəziyyət yaranmışdır. Bu barədə tələbələrin Təhsil Nazirliyinin qaynar xəttinə edilən şikayətlərinə də məhəl qoyulmur. Adının çəkilməsini istəməyən tələbələrin verdiyi məlumata görə, burada bir imtahanın qiyməti 50 manatdan az deyil. Sumqayıt Dövlət Texniki Kollecində olan mənbənin söylədiyinə görə, burada “açıq bazar sistemi” yaradılmışdır: “ Kollecin direktoru Mətanət Pirquliyeva bütün işləri kollecdə işləyən 3 nəfər şöbə müdirlərinin əli ilə görür. Mərkəzləşmiş qaydada hər qrupdan bir tələbə üçün 350 manatdan yığılan pul şöbə müdirinə verilir. Kollecdə tələbələrə “oxuyan qiymət alır” sözləri deyilsə də, imtahan zamanı yaxşı cavab verənlərdən də pul istənilir. Bu dəfə onlara “özün üçün oxuyursan, mənə nə?” sözləri deyilir. Qəribədir, görəsən Təhsil Nazirliyinin bunlardan xəbəri yoxdurmu? Qəti surətdə ola bilməz ki, kollecin direktoru Mətanət Pirquliyeva sessiyada yığdığı yüz minlərdən Təhsil Nazirliyinə məlumat verməsin”. Daha sonra məlumatlarda qeyd olunur ki, bu kollecdə təhsil alan tələbələr yalnız 1-ci semestr oxuyurlar. Biliyə qiymətin olmadığını gördükdən sonra özlərini oxumaqla yormamağı üstün tutan tələbələr növbəti semestrlərdə sadəcə deyilən məbləği verirlər. Məsələ təkcə bunula da bitmir. Sumqayıt Dövlət Texniki Kollecində qrup nümayəndəsi qoyulmaq üçün də pul tələb olunur. Qiyməti 400-500 manatdır. Həmçinin mənbələr bildirirlər ki, kollecdə tələbələr 3 növdə təqaüd alırlar: əlaçı, zərbəçi və adi. Bu yerləri tutan tələbələr şöbə müdirlərinə müxtəlif məbləğdə pul verirlər. Təbii ki, əlaçı və zərbəçi olmaq 250 manatdan baha başa gəlir. Kollecdə tədris hissəsində baş verən neqativ hallar da diqqəti cəlb edir. Qrup jurnallarında müəllimlərin apadığı qaralamalar, dərsə gecikmə, mövzu-təqvim planının düzgün işlənməməsi kimi xətalar artıq çoxdan adi hala çevrilmişdir. Bundan başqa isə Mətanət Pirquliyevanın rəhbərlik etdiyi kollecdə “aylığa çıxmaq” təcrübəsi də tətbiq olunur ki, bu iş də yalnız direktorun öz şəxsi nəzarətindədir…Kollecdə təlim və tərbiyənin inkişaf dinamikasını əks etdirən fənn birləşmələri komissiyalarının jurnalları da yarıtmaz vəziyyətdədir. Bu məsələ birbaşa tədris işləri üzrə direktor müavininin üzərinə düşsə də, müavin Mətanət Pirquliyevin topladığı küllü miqdarda vəsaiti tək yediyinə görə, işinə bilərəkdən laqeyddir. Bundan əlavə, tələbələrin təcrübə sahəsində də ciddi axsamalar vardır. Təcrübə rəhbəri təcrübə işlərini tələbələrə təkrar mövzuları yazdırmaqla ciddi bir məsuliyyətin altına girir. Təbii ki, təcrübə rəhbəri bu məsuliyyətin altına da elə-belə girmir. Bu hər tələbəyə ən azından 30-40 manata başa gəlir. Belə gəlirin hesablanmasını da Mətanət xanım daha yaxşı bilir. Tələbələrin təcrübəyə hansı müqavilə əsasında getməsi də şübhə altındadır. Yəni, tələbələrin təcrübə keçəcəyi yerlərlə kollecin heç bir müqaviləsi yoxdur ki, bunun ozü də ciddi məsuliyyətdir. Kollec birbaşa direktorun əsarəti altındadı. Burada çalışan müəllimlər Pirquliyevadan o dövrlər camaat Mircəfər Bağırovdan qorxan kimi qorxur. O bu şəraiti özü belə yaradıb ki, qabağından dillənən olmasın. Təəssüflər olsun ki, Pirquliyevanın əməllərindən hamı xəbərdar olsa da, onun özünün özündən xəbəri yoxdur.Mövzuya qayıdacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.
Sumqayıt Texniki Kollecində Mətanət Pirquliyevanın korrupsiya burulğanı
Hadisə10 fevral 2016 14:03

Korrupsiya və rüşvətxorluğun ayaq tutub yeridiyi Sumqayıt Dövlət Texniki Kollecindəki vəziyyət dözülməz həddə çatıb. Amma təhsil nazirliyi susmaqda davam edir. Xüsusi olaraq vurğulanır ki, bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Hər zaman yadda saxlamaq lazımdır ki, bu sahədə əldə olunan uğur və nailiyyətlər ümumilikdə təhsilimizin inkişafına böyük təkan verir.
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 2026 17:48
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 2026 18:51
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya