Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov 3 generalı necə oyuna salıb? – ŞOK iddialar
“Prezident Ilham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib ki, vətəndaşları, sahibkarları incitməyin"
Amma prezidentin bu xəbərdarlığına məhəl qoymayanlar da var. Məsələn, Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov. Qüdrət Qurbanov mənim müdafiə etdiyim şəxsə məxsus gəmini dələduzluq yolu ilə ələ keçirilməsində bilavasitə rol oynayıb”.Bu sözləri “Azadlıq”a tanınmış hüquqşünas Əyyub Kərim bildirib. Onun sözlərinə görə, müdafiə etdiyi Qəmbər Səfərov adlı şəxs 2003-cü ildə Rusiyanın Həştərxan vilayətindən gəmi alıb: “Yunıy Moryak” adlı bu gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb. Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb. Bundan sonra Qəmbər Səfərov bir neçə ay gəmini təmir etdirib. Gəmi Bakıya gətiriləndən sonra hansısa “Mərdəkan Broyler” adlı şirkət Dövlət Dəniz Administrasiyasının dəstəyilə gəmini ələ keçirib. Saxta alqı-satqı müqaviləsi tərtib olunub. Müqavilənin saxta olduğunu sübut edən kifayət qədər fakt var. Bir neçəsini sadalamaq istəyirəm. Təsəvvür edin, Qəmbər Səfərov gəmini fevralın 20-də alıb.Amma “Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasında imzalandığı iddia edilən saxta müqavilədə tarix yanvarın 9-u göstərilib. Belə çıxır ki, Qəmbər Səfərov hələ gəmini almamış “Mərdəkan Broyler” bu əmlakı ondan satın alıb. Digər tərəfdən, “Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasındakı bu saxta müqavilə rus dilində tərtib olunub. Azərbaycanın dövlət dili Azərbaycan dilidir.Alqı-satqı Azərbaycanda həyata keçirilirsə, niyə müqavilə rus dilində tərtib olunub? Niyə pulun məbləği rublla göstərilib? Məgər Azərbaycanın milli valyutası manat deyil? Əslində bu saxta müqavilə Qəmbər Səfərovun Həştərxanda bağladığı müqavilədən hərfbəhərf köçürülüb. Hətta oradakı texniki səhvlər də eynilik təşkil edir. Bundan başqa müqavilədə göstərilir ki, Qəmbər Səfərov gəmini 250 min rubla alıb. Təmir işlərinə də pul xərcləyib və daha sonra 181 min rubla “Mərdəkan Broyler”ə satıb. Sual olunur: Qəmbər Səfərov niyə gəmini 250 min rubla alıb 181 min rubla satmalıdır? Bəs bunun xeyri?” Əyyub Kərim bildirib ki, Bakı Apellyasiya Məhkəməsi gəminin Qəmbər Səfərova məxsus olması və “Mərdəkan Broyler”ə verilmiş mülkiyyət şəhadətnaməsinin ləğvi barədə qətnamə çıxarıb: “Amma qətnamə bu günə qədər icra olunmayıb. Mən Qəmbər Səfərovla Ədliyyə Nazirliyi icra baş idarəsinin rəisi Xanlar Zeynalovun qəbulunda olmuşam.Xanlar müəllim dedi ki, qətnamədə göstərilən hallar birgə icra olunmalıdır. Qeyd edim ki, birinci instansiya məhkəməsində “Mərdəkan Broyler” iştirak etməyib. Apellyasiya Məhkəməsində isə şirkətin nümayəndəsi hay-küy salıb ki, biz gəmini təmir etmişik və Qəmbər Səfərov təmir xərcini ödəməlidir. Məhkəmə də qətnamədə göstərib ki, gəmi Qəmbər Səfərova verilməli, o da öz növbəsində təmir xərclərini ödəməlidir. Beləliklə, Xanlar Zeynalov deyir ki, bu iki hal bir yerdə icra olunmalıdır. Mən isə onun diqqətinə çatdırdım ki, bu mümkün deyil. Əvvəla, ona görə ki, “Mərdəkan Broyler”in tələb 344 min manat Qəmbər Səfərovda yoxdur. Digər tərəfdən ümumiyyətlə gəminin özü yoxdur. Biz hardan bilək ki, doğrudan da gəmir təmir olunub və bu işə tələb olunan qədər pul xərclənib. Yeri gəlmişkən, qeyd edim ki, Səbayel Məhkəməsinin hakimi Famil Nəsibov gəminin üzərinə həbs qoyulması barədə qərardad çıxarıb. Amma bu qərardad da icra olunmayıb. Çünki gəmi ortada yoxdur. Əslində isə icraçılar üzərinə həbs qoyulmuş gəmini tapmalı və gəmi onların nəzarətin keçməlidir, mübahisə həll olunana qədər onların gəmiyə cavabdehlik daşımalıdır. Bir məsələni də qeyd edim.Məhkəmə “Mərdəkan Broyler”ə sual verməyib ki, sən özgəsinin gəmisini niyə təmir edirsən? Kim sənə bu ixtiyarı verib? Digər tərəfdən necə olur ki, təmir pulunu tələb edirsən, amma gəmini alanda verdiyin 181 min rublu tələb etmirsən? Axı pul verməmisən, gəmini almamısan, sadəcə dələduzluq yolu ilə ələ keçirmisən. Mən Xanlar Zeynalovun diqqətinə çatdırdım ki, gəmi tapılsın, mülkiyyət hüququ Qəmbər Səfərova verilsin, bundan sonra Qəmbər Səfərov onu satışa çıxarmaqla tələb olunan məbləği verə bilər. Amma gəmiyə baxış keçirilməli və “Mərdəkan Broyler”in həqiqətən iddia etdiyi qədər xərc çəkib-çəkmədiyi müəyyən olunmalıdır. Doğrudur, ekspertiza keçirilib. Amma Qəmbər Səfərov orada iştirak etməyib. Bəlkə “Mərdəkan Broyler” ekspertlərə başqa gəmi təqdim edib? Bütün bunlara aydınlıq gətirilməlidir.Ümumiyyətlə isə Dövlət Dəniz Adminstrasiyasının üzərinə düşən öhdəliyin “Mərdəkan Broyler”ə aidiyyatı yoxdur. Yəni, bu qurum qətnamədə üzərinə düşəni etməli, Qəmbər Səfərova mülkiyyət hüququ verməlidir”. Hüquqşünasın sözlərinə görə, Qüdrət Qurbanov bu məsələdə prezidentin şəxsi mühafizə xidmətinin rəisi general Bəylər Əyyubovun və ləğv olunmuş MTN-nin generalı Namiq Bağırovun adını hallandırır: “Qəmbər Səfərov mənə deyib ki, Qüdrət Qurbanov bu iki şəxsin adını hallandırır. Lakin mən inanmıram ki, iki general rütbəli şəxs bu cür işə qol qoysun. Sadəcə öz əməllərini ört-basdır etmək, Qəmbər Səfərovu qorxutmaq üçün Bəylər müəllimlə, Namiq müəllimini adını hallandırırlar.Indi Qüdrət Qurbanovdan soruşmaq lazımdır ki, niyə bu şəxslərin adını hallandırır? Və nə vaxta qədər bu proses davam edəcək? Bir məqamı da qeyd edim ki, Qüdrət Qurbanovun öz ətrafında olan adamlar Qəmbər Səfərova mesaj göndəriblər ki, möhkəm ol və sonacan mübarizə apar. Biz bunu faktlarla sübut edə bilərik. Bu o deməkdir ki, Qüdrət Qurbanovun öz ətrafı da bilir ki, Qəmbər Səfərov bu məsələdə haqlıdır. Bundan başqa bir müddət əvvəl Qəmbər Səfərov qəfildən DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə çağırılıb. Onu idarəyə Yaşar Həsənov adlı şəxs dəvət edib. Orada Qəmbər Səfərova hədə-qorxu gəlib ki, bu işdən vaz keçməsə onun üçün pis olacaq. Təsəvvür edin, ortada Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsi var. Bu halda Yaşar Həsənov hansı səlahiyyətlə belə bir addım atır?Yaşar Həsənovun diqqətinə prezident Şəkidə məhkəmə kompleksinin açılışında dediyi bu fikirləri çatdırmaq istəyirəm: “Məhkəmə qərarları ədalətli olmalıdır. Ancaq ədalətli istintaq və ədalətli məhkəmə qərarlarla korrupsiyaya qarşı mübarizəni həyata keçirmək olar. Dövlət məmurları tərəfindən sahibkarların əmlaklarının əllərindən alınaraq onlardan külli miqdarda rüşvət alınır. Buna heç rüşvət də demək olmaz, bu reketçilikdir. Məhkəmə də bu cür faktlara düzgün qiymət verməlidir”.Yaşar Həsənovun əməli də reketçilikdir. Güman edirəm ki, bu məsələ cənab nazir Ramil Usubovun diqqətində olacaq və o araşdırma aparacaq. Sabah Qəmbər Səfərovla bağlı hər hansı qanunazidd hərəkət baş verərsə, cənab nazir deyə bilər ki, niyə vaxtında müraciət etməmisiniz. Ona görə də mənim bu fikirlərim cənab nazirə müraciət sayıla bilər. Xahiş edirik ki, bu məsələ ciddi şəkildə araşdırılsın”. Bizimxeber.az
NUH.az
- AZADLIQ AŞIĞI da DANIŞDI: Ramiz Mehdiyev bağda mənə BİR DƏFƏ...)) lmir...
30 oktyabr 2025 11:52
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 2025 10:59
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 2025 00:09
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 2025 23:10
- Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı (FOTO)
27 oktyabr 2025 21:45
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 2025 10:24
- Putin Azərbaycan və Ermənistanla bağlı mənə dedi ki... - Tramp AÇIQLADI
26 oktyabr 2025 22:33
- Azərbaycanlı alim erməni təxribatı ilə üzləşdi
25 oktyabr 2025 21:41
- Qubadlıya ilk tank kalonu onun rəhbərliyi ilə daxil olub...
25 oktyabr 2025 12:19
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 2025 03:41
- AZADLIQ AŞIĞI da DANIŞDI: Ramiz Mehdiyev bağda mənə BİR DƏFƏ...)) lmir...
30 oktyabr 11:52
- DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı SAXLANILDI
30 oktyabr 11:32
- NAR-ın Çoox Şanslı lotereyasının ilk avtomobil qalibi sükan arxasında
30 oktyabr 11:26
- Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
30 oktyabr 10:36
- Qubaya 10 sm qar yağdı (VİDEO)
30 oktyabr 10:17
- BAKCELL bu gün Zeekr 001 hədiyyə edəcək - Son saatlar!
30 oktyabr 00:42
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO)
29 oktyabr 23:20
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
29 oktyabr 22:32
- İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
29 oktyabr 14:08
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
29 oktyabr 13:57
- Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcək
29 oktyabr 11:24
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 10:59
- General Mirzəyev 9 il azadlıqdan məhrum edildi
29 oktyabr 02:12
- Oğuz qoluna aid türk dilləri: qədim tayfalardan müasir xalqlara uzanan mədəni zəncir
29 oktyabr 01:19
- Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
29 oktyabr 00:21
- İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
28 oktyabr 21:58
- Dünyada ilk müsəlman qadın deputat - Pəri xanım Sofiyeva KİMDİR...
28 oktyabr 21:32
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
28 oktyabr 15:15
- Bu gün QAÇAQ SƏFİRƏ-nin yaxın adamının məhkəməsidir
28 oktyabr 13:32
- Fəzail Ağamalının gizlətdiyi OĞLU üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
28 oktyabr 13:03
- Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu - Fotolar
28 oktyabr 11:48
- Prezident Sabirabada səfər etdi (FOTO)
28 oktyabr 11:20
- Dünyada 3 paytaxtı və 12 RƏSMİ DİLİ olan yeganə ölkə
28 oktyabr 02:48
- Pezeşkian və Hatəmidən eyni mesaj - Neft var, inkişaf yox...
28 oktyabr 01:51
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 00:08
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 23:10
- NAR-a yeni baş icraçı direktor təyin olundu
27 oktyabr 22:44
- Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı (FOTO)
27 oktyabr 21:45
- Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar
27 oktyabr 21:37
- Allahşükür Paşazadə Vatikanda Papa ilə görüşəcək
27 oktyabr 14:02
