Zaqatalanın xanım baş həkiminin fəaliyyəti prokurorluqda araşdırılır

Zaqatala rayonu Sevil Qazıyeva küçəsi ev 25 sakini Naibov Vüqar Hüseynbala oğlu mətbuat vasitəsi ilə, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Vətəndaş şikayət məktubunda Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın yaratdığı korrupsiya şəbəkəsinin yarıtmazlığı, özbaşınalığı nəticəsində uşağım qəsdən məhv edildiyini bildirir.Bizimxeber.az-ın elektron ünvanına daxil olan şikayət məktubunu və xanım baş həkimin mövqeyini olduğu kimi dərc edirik…“Hamilə olan həyat yoldaşım Darçınova Mahru Darçın qızını doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətirdikdə ilk dəqiqədən bizdən pul tələb etdilər, imkansız olduğumu bildirdikdə hamilə yoldaşımı xəstəxananın doğum şöbəsinə buraxmadılar.Buna görə hamilə yoldaşım çöldə soyuq havada gözlədi mən qaynanamla gedib borc pul tapıb gətirib həkimlərə verdik.Qan analizi adı ilə 25, ulturasəs müayinə adı ilə 15, qeydiyyat adı ilə 10 , tibbi ləvazimat adı ilə 20 və həkimlərin zəhmət haqqısı üçün 70 manat pul aldılar.Sonra səriştəsiz həkimlər gəlib dedilər ki, uşaq tərs doğulacaq buna görə seçim edin ya ana ya da uşaq öləcək. Səriştəsiz və vəhşi həkimlər uşağı qol gücü ilə dartıb boğuduqları üçün uşaq yarı ölü doğuldu.Uşağı oksigen balonu altına qoydular.Ancaq pulum qurtardığı üçün bir oksigen şüşəsinə iki yeni doğulmuş uşaq qoymuşdular.Hansı ki, bir oksigen şüşəsinə bir uşaq qoyulmalıdır.Uşağın vəziyəti tam pisləşdi deyə səriştəsiz həkimlər bizə məsləhət bildilər ki, təcili aparın Şəki şəhər xəstəxanasına.Pulumuz olmadı deyə uşağı Zaqataladan Şəki Xəstəxanasına oksigen şüşəsiz apardıq.Orada vicdanlı və savadlı həkimlər irad tutdular ki, belə uşağı nə üçün oksigen şüşəsiz gətirmisiniz, bu doğuş düzgün aparılmayıb gecdir bu uşaq yaşamayacaq. Elə də oldu uşaq Leyla həkimin yaratdığı korrupsiyaya qurşanmış səriştəsiz həkimlərin tamahının və səriştəsizliyinin qurbanı oldu. Baş həkim Leyla Seyidəliyeva mənə dedi ki, yaxşı pul xərcləyərdin uşaq sağ qalardı.Bəli mənim uşağım korrupsioner həkimlərin qurbanı oldu, onlar bu minvalla çoxlusayda uşaqları öldürüblər.Zaqatala RMX-da korrupsiya, özbaşınalıq baş alıb gedir ki, hamısını Leyla həkim yaradıb. Leyla həkim bütün şöbələrə aylıq haqq qoyub ki, bunu verməyən həkimlər cəzalandırılır.Xəstəxanada stasionar müalicə olunan xəstələrə yemək verilmir, pulsuz dərmanlar özəl apteklərdə pulla satılır.İstilik sistemi üçün illik ayrılan 50 ton yanacaq satılır.Hamilə qadınları qorxudub aldadırlar ki, keysəriyyə əməliyyatı olmasan ölə bilərsən.Nə var ki, keysəriyyə əməliyyatına görə xəstələrdən 800-1000 manat alınır.Bu minvalla təkcə 2015-cü ildə Zaqatala RMX-da 600 nəfər keysəriyyə əməliyatı ilə uşaq dünyaya gətirib.Bu yaxınlarda Zaqatala rayonu Katex kənd sakini 2 aylıq körpə İnci Yaqubova həkim səriştəsizliyinə görə cərrahiyə zamanı öldü.Tala kənd sakininin 03 fevral 2016-cı il tarixdə keysəriyyə əməliyatı zamanı uşağı öldü.Ötən il Makov kənd sakininə ağır xəstəlik diaqnozu qoyub 3 aylıq uşağını bətnində məhv etdilər. Həmin qadını Bakıda savadlı həkimlər müayinə edib bildiriblər ki, adi mədə soyqlamasıdır.Hazırda Zaqatala RMX-da kor bağırsağından səhv cərrahiyə əməliyatı edilən Çökək kənd sakini Ömərov Zaur Aydın oğlunun səhhəti çox pisdir ki, infeksiya salındığı üçün sağalmır.Zaqatala RMX-da qan analizi 25 manat, USM 15 manat, rengen müayinə 25 manat, sürücülük vəsiqəsi alanlar üçün sağlamlıq arayışı 25 manat, nigaha daxil olmaq üçün sağlamlıq arayışı 50 manatdır.Xəstəxananın qapısından axırıncı otağına qədər bütün işçilər bazar açıblar ki, bütün bunlar Leyla xanımın tapşırığının nəticəsidir.Xəstəxanada 3 labaratoriyanın eyni xəstə üçün verdiyi analiz fərqlidir.Leyla xanım isə ilin çox hissəsini xarici ölkələrdə kef-damaqda keçirib şəkillər çəkdirib fecbook səhifəsində paylaşmaqla məşğuldur.Həmin şəkillərin bir neçəsini sizə göndərirəm.Zaqatala RMX-nın baş həkimi Leyla Seyidəliyeva 2013-cü il tarixdə bu vəzifəyə təyin edilib. Bakı şəhərindən Zaqatalaya baş həkim vəzifəsinə təyin edildiyi 2013-cü il tarixdən az müddət keçməmiş özü üçün 80.000 manata mənzil aldı və təmirini xəstəxananın işçilərinə etdirdi. Sürdüyü bahalı maşınların qiyməti 50.000 manatdan çoxdur. Bu korrupsionerin yaratdığı özbaşınalıqdan bütün Zaqatala rayon sakinləri əziyyət çəkirlər. Onun qanunsuz əməlləri barədə Səhiyyə Nazirliyinə edilən çoxlu sayda şikayətlərə baxılmaması onu deməyə əsas verir ki, bu korrupsioner həkimi orada himayə edirlər.Camaatın ümüdü Allaha, Prezidentə və Mehriban xanıma qalıb.Baş həkim Leyla Seyidəliyeva Bizimxeber.az-a açıqlamasında bildirib ki, vətəndaş Naibov Vüqar Hüseynbala oğlunun şikayəti Zaqatala rayon Prokurorluğunda araşdırılır:”Bu barədə başqa heç nə deyə bilmərəm”.Yəqin ki, bütün hadisələrə dərhal reaksiya baş prokuror Zakir Qaralov bu məsələyə də qısa müddətdə bir aydınlıq gətirəcək. Çünki, vətəndaşların şikayətlərinin araşdırılması, onların problemlərinin yerindəcə həll olunması barədə ölkə prezidenti İlham Əliyevin gəstrişi var.İlkin Hüseynli Bizimxeber.az
NUH.az
- TƏBİB-in xanım işçisi bıçaqlandı
6 oktyabr 2025 23:12
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
6 oktyabr 2025 15:34
- NAR-ın dəstəyi ilə Bütün Vücudlar Danışır layihəsinin hesabat tədbiri - Fotolar
6 oktyabr 2025 13:34
- AYNA-nın sədri 1 MİLYONA VİLLA ALDI
6 oktyabr 2025 09:46
- Xəzərdə əməliyyat – Sərhəddə 510 KQ narkotik aşkarlandı
4 oktyabr 2025 14:04
- Elçin Şıxlının doğum günüdür - T Ə B R İ K
4 oktyabr 2025 12:37
- Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
4 oktyabr 2025 01:13
- Prezident və birinci xanım Danimarkaya səfərə getdi (FOTO)
1 oktyabr 2025 22:40
- Şəhriyar Məmmədyarov DÜNYADA ÖN SIRADA - SİYAHI
1 oktyabr 2025 14:25
- AMEA-da 2020-2023-cü illərdəki qanun pozuntuları hərtərəfli araşdırılır - Ramiz Mehdiyev
1 oktyabr 2025 11:02
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57