Quba Təhsil Şöbəsində 1 milyon manat necə mənimsənildi?
Loğman Müslümovun təmir, inventar alınması işləri adı altında büdcə vəsaitlərini talan etdiyi bildirilir
Azərbaycanda təhsilin durumunun yaxşı olmadığı, əyalətlərdə isə daha da pis şəkildə təzahür etdiyini artıq rəsmi statistika da təsdiqləyir. Buna səbəb yerli Təhsil Şöbələrinin Təhsil Nazirliyi ilə birləşərək, daha çox büdcə vəsaitlərini «xırd» etmələridir. Həmin nümunələrdən biri isə Quba rayonunda qeydə alınıb. Ortada 1 milyon manatdan artıq vəsaitin nəyə və necə xərcləndiyi isə məlum deyil. Jam.az xəbər verir ki, Loğman Müslümovun rəhbəri olduğu Quba Təhsil Şöbəsində qeydə alınmayan hadisə qalmayıb. Məsələ burasındadır ki, hətta bir dəfə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməliyyat da keçirib. Lakin heç bir faydası olmayıb. Daha doğrusu, bundan nəticə belə çıxarmayıblar. Bildirək ki, Loğman Müslümovun rəhbəri olduğu şöbəyə müxtəlif məqsədlər üçün 1 milyon manat pul ayrılıb. Bu qədər vəsaiti xırd etmək üçün çeşidli variantlardan istifadə edən şöbə müdiri ilk olaraq, 100 min manatı əsaslı təmir işlərinə «sərf» edib. Amma bununla da kifayətlənməyib, daha 90 min manat pulu da əsaslı təmir işlərinə ayırtdırıb. Araşdırmalara görə, Quba Təhsil Şöbəsində daha bir maraqlı əməliyyat keçirilib. Belə ki, bərk inventarların alınması üçün nəzərdə tutulan vəsaitin özünküləşdirilməsi üçün 3 pilləli addım atılıb. Birinci mərhələdə bərk inventarların satın alınması üçün 120 min manat, ikinci dəfə isə 113 min manat vəsaitin ayrılması sərəncamı verilib. Sonuncu dəfə isə bu rəqəm 118 min manat təşkil edib ki, Qubadakı orta məktəblərin durumunun hansı vəziyyətdə olduğunu görənlər bu qədər vəsaitin kimə xərcləndiyini rahatlıqla müəyyənləşdirə bilərlər. Loğman Müslümovun pul qazanmaq həvəsi onu digər işlərdə də daha bacarıqlı olmağa sövq edib. Məsələn, digər maşın, avadanlıq və inventarların alınması üçün 235 min manat sərf edildiyini sənədləşdirib. Avadanlıqların satın alınması üçün isə 97 min manatın xərcləndiyi qeyd olunur. Ancaq Quba Təhsil Şöbəsinin müdirində insaf deyilən şey də varmış. Rayondakı orta məktəblərin kompyüter avadanlıqları ilə təhciz olunması üçün 119 min manat ayrılsa da, heç də bu pulun hamısı təyinatı üzrə xərclənməyib. Düzdür, Qubanın bəzi məktəblərinə kompyüter avadanlıqları verilib. Lakin onları bir yerə yığsaq, toplamda heç 20 min manat civarında belə olmaz. Aydın məsələdir ki, 1 milyon manatlıq bir vəsait bütünlüklə Quba təhsilinə sərf olunmayacaqdı. Rəqəmin belə böyük seçilməsinin səbəbi isə daha rahat maliyyə yeyintisinə yol verməkdir. Həmçinin o da aydın məsələdir ki, Loğman Müslümov bu işdə təkbaşına hərəkət edə bilməz. Və bu pullardan şübhəsiz Qubanın icra başçısına, Təhsil Nazirliyində «tender mafiyası»na da pay çatıb.İddialarla bağlı qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.
NUH.az
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
