Səməd Seyidovla Əlixan Məlikovun adı keçən - Baltalanma cinayəti
Bir neçə gün öncə “Qafqazifo”da Yasamal rayonunda bir nəfərin qarajda baltalanması ilə bağlı xəbər yayımlanmışdı.
Xəbərdə qeyd olunurdu ki, hadisə fevralın 2-də Yasamal rayonunda baş verib. Bəşir Səfəroğlu küçəsində yerləşən qarajda Ehtiram adlı şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Murad Quliyevin sol əlinə balta ilə zərbə vurub. Qaraj M.Quliyevə məxsus olub. Hadisə ilə bağlı araşdırma aparılır. Zərərçəkən 1986-cı il təvəllüdlü Murad Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onu balta ilə vuran keçmiş mayor Ehtiram Əlişanov, həm də Səməd Seyidovla Əlixan Məlikovun qohumudur. Murad Quliyev bildirib ki, 2006-ci il Səməd Seyidovun baldızı qızı Səbinə ilə evlənib: “Səbinə ilə ailə quranda onlar çox kasıb idi. Səməd Seyidovun vəzifəsi böyüyəndən sonra ailənin vəziyyəti də dəyişməyə başladı. Mən bizneslə məşğul idim, buna görə də tez-tez Polşaya gedirdim. Mən Polşada olan vaxt da bunlar ərizə verib boşanma qərarını alıblar. Mənə nə bildiriş gəlib, nə də məhkəmədə iştirak etmişəm. Mədinə adında 7 yaşlı qızım var, qızımla görüşə isə icazə vermirlər. Buna görə məhkəməyə müraciət etmişəm”. Quliyev qeyd edir ki, keçmiş xanımının vəzifəli qohumları onu ölümlə təhdid edir: “Yoldaşım Səbinə boşanan kimi onu “Azəriqaz”ın keçmiş rəhbəri Əlixan Məlikovun oğlu Elnur Məlikova ərə veriblər. Bunu da Səməd Seyidov edib. Qayınatam Ehtiram Əlişanov Səbail RPİ-də Narkotiklə Mübarizə Şöbəsində baş əməliyyat müvəkkili olub. 1997-ci ildə əlində balta, əynində gülləkeçirməz ilə Səbailin o vaxtkı polis rəisi Nazim Nağıyevin evinə gedib onu öldürmək istəmişdi. Səbəb də o olmuşdu ki, bunun qanunsuz əməllərindən sonra rəis onu müdafiə etməmişdi. O vaxt Ehtiramı həbs edib 11 il cəza verdilər, Səməd Seyidov deputat olandan sonra onu çıxartdırdı. İndi də “MedEra” klinikasında uşaq həkimi işləyir. Bu əməlləri törədən adam necə uşaq həkimi olub, bilmirəm? Ehtiram Əlişanov-Keçmiş qayınatası Bir neçə gün əvvəl mən qızımı görmək üçün məktəbə getdim. Səbinə də ordaydı, mənim üstümə hücum çəkdi ki, niyə gəlmisən. Sonra mənə hədə-qorxu gəlməyə başladı. Ona dedim ki, mən uşağın atasıyam, bunu yaddan çıxartma. Sonra gəldim iş yerimə, qarajdaydım. Axşamüstü gördüm kimsə içəri girdi, başında da “kapşonka”. Əlində də paket vardı, mən də yaxınlaşdım ki, görüm nə məsələdi? Elə bu vaxt paketi açıb qayınatam Ehtiram balta ilə üstümə cumdu. Mən isə qolumdan yaraladım. Qarajı da dağıtdı, qapını, pəncərəni sındırdı. Sonra da oğlu məni ölümlə hədələməyə başladı. Ehtiramın oğlu Mütəllim Əlişanov da “Energy Club”da administratordu. İkisi də mənə hədə qorxu gəlir. Dediyim kimi, Ehtiram əvvəl də rəisini öldürmək istəyib, həbsdə yatıb. Ona görə məni hər an öldürə bilər”. Mütəllim Əlişanov-Keçmiş qaynı Murad Quliyev deyib ki, baltalanması ilə bağlı hazırda Yasamal RPİ 26-cı polis bölməsində tədqiqat işi aparılır: “Əlixan Məlikovla Səməd Seyidov vasitəsilə həm məhkəməyə, həm də polisə təzyiq edirlər. Mənim tək istəyim budur ki, şikayətimə ədalətli baxılsın və həyatım təhlükə altında qalmasın. Mən də bunlar kimi balta götürüb döyüşəsi deyiləm axı. İstəyim odur ki, məni öldürməsinlər”. Murad Quliyev.
NUH.az
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 2026 11:23
- Vaqif Səmədoğlunun xanımı: Mən istəmədim ki, övladımız olsun
28 yanvar 2026 13:01
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Mən sözü qoymuşam gözümün üstə... - Səksənincilər- layihəsindən Səməd Qaraçöpün şeirləri
9 yanvar 2026 20:33
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
