Yasamal icra başçısının adı 500 minlik qalmaqalda - FOTO/VİDEO
Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 89 ünvanında "ağac soyqırımı" aparılır.
Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin (Eksperimentalnı) axasındakı ərazidə yaşı 25-30 il aralığında olan ağaclar kəsilir.Bu ərazi 2 il əvvəl Ramiz Cabbarlı adlı sahibkara satılıb. Həmin vaxt ərazidə 53 ağac kəsilib. Bundan sonra parkın qarşısındakı binanın sakinləri Prezident Adminstarsiyasına, Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər dövlət orqanlarına müraciət edib. Nəticədə ərazidə aparılan işlər dayandırılıb. Şikayətçilərə də bildirilib ki, bu ərazidə ağaclar kəsilə və tikinti işləri aparıla bilməz.Lakin bu günlərdə ərazini satın almış Ramiz Cabbarlı bina sakinləri ilə görüşərək onlara müxtəlif vədlər verib. İş adamı hətta uşaqlar üçün əyləncə parkı tikməyi belə vəd edib. Lakin sakinlər onun təkliflərini qəbul etməyərək, ağacların kəsilməsinə imkan verməyəcəklərini bildiriblər.Bir gün sonra isə Ramiz Cabbarlı polislə gələrək ərazini hasara aldırıb. Hasarlanmış ərazidə isə 20-yə yaxın ağac var. Məqsəd onları kəsərək yerində tikinti işləri aparmaqdır.Polis sakinlərin işə mane olmasına imkan verməyib. Hətta sakinlərdən biri onların qarşısını almağa çalışıb. Lakin onu sonradan polis şöbəsinə çağıraraq "sən sahibkarın əmlakına ziyan vurmusan" deyərək hədələyiblər.Əldə etdiyimiz məlumata görə, 2 il öncə Yasamal rayon İcra Hakimiyyəti 13X36 metrlik ərazinin satışı üçün sahibkardan 500 min manat alınıb. Həmin vaxt Ramiz Cabbarlıya Yasamal rayonu ərazisində başqa yer də təklif olunub. Lakin iş adamı həmin təklifdən imtina edib. Yeri gəlmişkən, Ramiz Cabbarlıya təklif olunan ərazidə də bu günlərdə ağaclar kəsilib və tikinti işlərinə başlanılıb.İddiaya görə, Ramiz Cabbarlı sakinlərlə qeyri-rəsmi söhbətində bildirib ki, burdakı ağacların kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə pul verib.Yerin satışı və ağacların kəsilməsi ilə bağlı məsələləri dəqiqləşdirmək üçün Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi xəbəri təkzib etdi: "Bu məsələlərin bizə aidiyyatı yoxdur. Torpağın satışı ilə Yasamal rayon İcra Hakimiyyəti məşğul olmayıb". İcra Hakimiyyəti məsuliyyəti üzərindən atdığından Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirdi ki, komitə bu ərazidə tikintiyə qadağa qoyub. O, həmçinin torpağın Yasamal rayon İcra Hakimiyyəti tərəfindən istifadəyə verildiyini bildirdi: "Həmin ərazidə tikintiyə icazə verməmişik. Çünki ərazi özəlləşdirilmiş ərazi deyil. Tikinti-quraşdırma işləri başladıqda araşdırma apardıq və işlərin dayandırılmasına göstəriş verildi. Həmin ərazi İcra Hakimiyyətinin sərəncamı ilə istifadəyə verilib. Mülkiyyət olmadığından bizə aidiyyatı yoxdur. Bu məsələ birbaşa Yasamal rayon İcra Hakimiyyətinin nəzarətindədir".Dövlət Komitəsinin açıqlamasından da görünür ki, ərazinin satışı birbaşa Yasamal rayon İcra Hakimiyyəti məşğul olub. Yuxarıda qeyd etdiyimiz kimi İcra Hakimiyyətinin iş adamından 500 min manat aldığı iddia edilir. Bəs qurumun rəsmi şəxsləri hər kəsə aydın olan bir faktı niyə gizlətməyə, təkzib etməyə çalışır?Təbii ki, bu məsələdə maraqlı tərəflərdən biri Ekologiya və Təbii Sərvətlər Nazirliyi olmadıdır. Ətraf mühitin qorunmasına görə birabaşa məsuliyyət daşıyan nazirlik ağacların kəsilməsi ilə bağlı hər hansı bir tədbir görübmü?Nazirliyin saytında apardığımız araşdırma zamanı məlum oldu ki, 2014-cü ildə bu məsələ qurum tərəfindən araşdırılıb. Belə ki, nazirliyə Zərdabi küçəsində ağacların qanunsuz kəsilməsi barədə vətəndaş Kamal Əli və Sənan Həsənov tərəfindən şikayətlər daxil olub. Şikayətlərlə əlaqədar nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırma aparılıb. Aparılan araşdırma zamanı məlum olub ki, bu ünvandakı 468 m2 torpaq sahəsində tikinti işlərinin aparılması üçün vətəndaş Ramiz Cabbarlıya Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icazə sənədi verilib. Əraziyə keçirilən baxış zamanı tikinti altına düşən 20 sm diametrində 12 ədəd yaş köküstə sərv ağacının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli Qərarının tələblərinə əməl olunmadan kökündən çıxarılaraq ərazidən aparıldlığı aşkar edilib. Faktla bağlı akt və protokol tərtib olunaraq R.Cabbarlı İnzibati Xətalar Məcəlləsinin 92.3.1-ci maddəsinə əsasən inzibati qaydada 14400 manat məbləğində cərimə olunub. Sözügedən ünvanda tikinti işlərinin dayandırılması və ərazidə yeni yaşıllıqların salınması ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.Qeyd etdyimiz kimi ərazi yenidən hasarlanıb və ağaclar hədəfə alınıb. Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi hansısa tədbir görübmü? Müraciət etdiyimiz nazirliyin mətbuat xidmətindən bildirdilər ki, məsələ ilə bağlı araşdırma gedir: "Ərazinin hasarlanmsı ilə bağlı məlumatlar nazirlik tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə məlumt veriləcək".Ramiz Cabbarlının "Nazirliyə pul vermişəm" iddiasına da mətbuat xidmətindən münasibət öyrəndik. Mətbuat xidmətindindən bildirdilər ki, bu iddiaların heç bir əsası yoxdur və həmin şəxs qanuna müvafiq olaraq nazirlik tərəfindən 14400 manat cərimə olunub.Hər 3 tərəfin açıqlamalarını təqdim etdik. Məlum oldu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə ağacların kəsilməsini, Əmlak Məsələləri Dövlət Komitəsi isə tikintini qadağan edib. Ortaya çıxan nəticə isə budur ki, ərazini sahibkara Yasamal rayon İcra Hakimiyyəti satıb. Orda baş verənlərə görə də Ramiz Cabbarlı və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev məsuliyyət daşıyır... qaynar.info
NUH.az
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 2026 15:30
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
