Didərgin jurnalist “Sığorta Mamed”in “ən etibarlı adamı”ndan fəryad edir...
Laçın rayonundan məcburi köçkün, jurnalist Taleh Şahməmmədov tərəfindən
Ş İ K A Y Ə T
Hörmətli redaksiya!Dövlət Sığorta Kommersiya Şirkətinin filial direktorları, ata-oğul Şirin və Xəyyam Hətəmovların dələduzluq yolu ilə mənimsədikləri 7. 000 (yeddi min) manat pulumun qaytarılması barədə dəfələrlə hüquq mühafizə orqanlarına etdiyim şikayətlərə hələ də obyektiv yanaşılmır. Bildirm ki, həmin pulun onlara verilməsində kifayət qədər dəlil-sübutlar mövcuddur. Lakin Şirin və Xəyyam Hətəmovlarla dəfələrlə görüşlərimiz zamanı onlar açıq şəkildə məni təhdid edərək bildirdilər ki, pulumu qaytarmayacaqlar. Şirin dəfələrlə söhbətlərimiz əsnasında mənə bildirib ki, mən o pulları Dövlət Sığorta Şirkətin rəhbəri Məmməd Məmmədova vermişəm. Ş. Hətəmov M. Məmmədovun ona çox yaxın olduğunu söyləyərək bildirir ki, buna görə də sən şikayətlə mənə heç bir şey edə bilməzsən. Şirin Hətəmov rişxəndlə mənə bildirir ki, şirkətin rəhbəri M. Məmmədova kifayət qədər pul ödəyirəm, sənə qaytarmağa pulum qalmır. Həqiqətən də sözügedən şirkətdə Şirin Hətəmov M. Məmmədovun “ən etibarlı adamı” hesab edilir. Buna görə də onun əməlləri barədə heç bir ölçü götürülmür.Maraqlısı budur ki, Şirin və Xəyyam Hətəmovların dələduzluq əməlləri barədə adı çəkilən şirkətin rəhbərliyinə etdiyim müraciətlərə də reaksiya verilmir. Əksinə, şirkət rəhbəri M. Məmmədovun ən yaxın adamı hesab edilən Ş. Hətəmov DSKŞ-nin Sumqayıtda fəaliyyət göstərən 3 filialının birləşdirilməsinə və oğlu Xəyyamın birləşdirilmiş filiala direktor təyin edilməsinə nail olub. Sumqayıtda fəaliyyət göstərən 1 və 2 saylı filialların və digər filialın direktorları və digər əməkdaşları Xəyyama görə müxtəlif bəhanələrlə işdən çıxarılıblar, hətta burada yaranan narazılıqlara görə şirkət məhkəməyə verilib, proses hələ davam edir. Lakin M. Məmmədovun şirkətin faktiki fəaliyyətdə olan qurumlarını Şirin və Xəyyama nə üçün “qurban” verdiyini izah etmək çətindir... Hansı ki, Xəyyamın təyinatından sonra DSKŞ-nin Sumqayıt filialının fəaliyyəti demək olar ki, iflic vəziyyətə düşüb. Əksinə, X. Hətəmovun hansısa “xidmətləri” hesabına yeni təmir olunan DSKŞ-nin ofisi yenidən təmir adı ilə bağlanıb və şirkətin pulları havaya sovrulur ki, bu da ayrıca araşdırılmalıdır. Nəzərinizə çatdırım ki, Hətəmovların aldatma yolu ilə aldıqları pulumun qaytarılmasından imtina etmələrindən sonra mən Respublika Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdim. Ərizəm araşdırılması üçün aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə göndərildi. İdarənin müstəntiqləri Canəli Nuriyev, Tarıyel Məmmədov və Elnur Abdullayev ardıcıllıqla bütün şahid ifadələri və digər sübutların olmasına rəğmən Şirin və Xəyyam Hətəmovlara qarşı cinayət işinin açılmasını nəyə görəsə rədd etdilər. Növbəti şikayətimdən sonra iş yenidən araşdırılması üçün Yasamal RPİ-nin baş müstəntiqi Abdulla Əliyevin icraatına göndərildi. Lakin aradan keçən iki ay ərzində A. Əliyev işin araşdırılması üçün heç bir addım atmayıb. Mən İdarəyə gedib çox çətinliklə A. Əliyevlə görüşərkən mənə dedi ki, yaxın günlərdə bizi izahat üçün dəvət edəcək. Lakin keçən ayyarım ərzində nə müstəntiq məni dəvət edib, nə də mən onunla görşə bilirəm. Şikayətimin səhlənkar və ədalətsiz araşdırılması və təmin edilməməsi barədə dəfələrlə daxili işlər naziri Ramil Usubovun və Baş prokuror Zakir Qaralovun adlarına yazdığım şikayətlərə də heç bir cavab verilməyib və nəticəsiz qalıb.Qeyd edim ki, yuxarıda adlarını çəkdiyim müstəntiqlərin hər biri mənə bildirirdilər ki, Şirin və Xəyyam səndən pul aldıqlarını gərək özləri etiraf edələr, əgər belə olmasa biz bunu sübut edə bilmərik(?). Yasamal RPİ-nin müstəntiqlərinin məntiqlərinə görə, hər bir cinayətkar cinayət əməlini özü könüllü etiraf etməlidir. Belə olan halda istintaq orqanlarına və bu cür “müstəntiqlərə” nə ehtiyac var? Dövlət onlara niyə maaş verir? Baş müstəntiq A. Əliyev isə yeganə görüşümüz zamanı mənim özümü təhtid edərək bildirdi ki, burada cinayət işi açılsa, sənə qarşı açılacaq, Şirinə və Xəyyama yox. Mən başa düşməkdə çətinlik çəkirəm ki, Şirin və onun rəhbəri M. Məmmədov adı çəkilən müstəntiqlərlə nə qədər “şirinlik” ediblər ki, bu qədər şahid və sübutlara rəğmən onlar Hətəmovları ciddi-cəhdlə müdafiə edirlər? Nəzərinizə onu da çatdırım ki, Hətəmovların cinayət əməlləri açıq aşkar dəlillərlə ortada olsa da nədənsə, Yasamal RPİ-nin istintaq şöbəsində şikayətimə laqeyd yanaşırlar və bu dələduzluq əməlini törədən Hətəmovları aşkar müdafiə edirlər. Mən bir vətəndaş kimi bilmirəm ki, haqqımın kimdən və hansı qurumdan tələb edim. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq mənim şikayətlərimə o dərəcədə laqeyd yanaşaır ki, sanki bu hadisə hansısa xəyali məkanda baş verib. Biz mətbuat işçisi kimi öz hüququmuzu qoruya bilmiriksə, indi təsəvvür edin ki, sadə vətəndaşlar nə qədər əziyyət çəkirlər. Bütün bunları nəzərinizə çatdıraraq, xahiş edirəm ki, bir vətəndaş və jurnalist kimi mənim problemimin ictimailəşdirilməsinə, Respublikanın müvafiq orqanlarına çatdırılmasına yardım edəsiniz və Hətəmovların bu və bunun kimi kifayət qədər dələduzluq əməllərinə son qoyulmasına, mənə dəymiş maddi zərərin təmin edilməsinə köməklik göstərəsiniz.Şahməmmədov Taleh
NUH.az
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 2025 15:38
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 2025 16:06
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
