Deputat Nəriman Əliyevə vəhy gəlib, yoxsa vergi verilib..?
Bu gün Azərbaycanda onlarla, bəlkə də yüzlərlə insan saxta ali təhsil diplomu ilə Daxili İşlər Nazirliyində, Baş Prokurorluqda, Səhiyyə Nazirliyində və digər dövlət qurumlarında çalışır.
Dəfələrlə bu şəxslərin siyahısını müvafiq qurumlardan əldə etməyə çalışsaq da mümkün olmayıb. Bu siyahını sanki dövlət sirri kimi qoruyurlar.
Ancaq bizdə olan məlumata görə, dövlət qurumları saxta diplom sahibi olan bəzi şəxslərə “öz xahişi ilə ərizə yazıb sakitcə işdən uzaqlaşmağı” məsləhət bilirlər.
Bəs ortada olan cinayət əməli..?
Dövlət büdcəsindən illərlə ödənən əmək haqqı..?
Ən dəhşətlisi odur ki, saxta diplom sahibləri arasında 50 yaşında universitetə daxil olanlar, 60 yaşında alim olanlar da az deyil. Yəni bu şəxslərin saxta universitet qurtarmasını sübut etməyə heç bir ehtiyac yoxdur.
Axı, 18-20, yaxud 25 yaşında, yəni beyninin güclü vaxtında ali məktəbə daxil ola bilməyən gənc necə olur ki, 45, yaxud 50 yaşında universitetə daxil olur..?
Bəlkə bunlara gecənin birində vergi verilir..? Bəlkə bunlara göydən vəhy gəlir..?
Bu elementar məntiqə sığmır ee...
Görəsən bu şəxslərin sənədləri mühüm dövlət adamlarının masasının üstünə gedəndə sual verən olmur ki, necə oldu, sən 50 yaşında universitet bitirdin..?
Ən dəhşətlisi odur ki, belələri hətta “xalqın səsini qazanıb Milli Məclisə deputat seçilirlər”.
Heç kimə sirr deyil ki, Azərbaycanda yuxarının icazəsi olmadan, nə YAP-çını, nə də hansısa müxalifət partiyasının sədrini Milli Məclisin kandarına buraxmazlar. Kimin xoşuna gəlsə də, gəlməsə də, bu Azərbaycan reallığıdır və mən siyasətdən az-çox başı çıxan adam kimi bunu başa düşməyə və qəbul etməyə çalışıram.
Ancaq niyə, saxta yolla diplom alanlar deputat seçilsin..?
Əlavə problem yaratmağa nə ehtiyac var..? Deputat qoymaqdırsa, elə ali təhsilli birini qoyun dəə...
Axı, hər seçkidə deputat olacaq şəxslərin siyahısı PA-nın rəhbəri cənab Ramiz Mehdiyevdən tutmuş ölkə başçısı İlham Əliyevədək diqqətlə öyrənilir. Mən bunu da təbii qəbul edirəm. Amma niyə ölkə başçısı sual etmir ki, bu şəxsə 50 yaşında peyğəmbərlik verilib..? Ki, 50 yaşında tələbə olub...
50 yaşında vəhy verilənlərdən biri də Milli Məclisin Masallıdan olan üzvü Nəriman Əliyevdir. O, 20 yaşında Bakı Ticarət Texnikumuna, 50 yaşında isə Rostov Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
Görəsən, 20-50 yaş arasında hansı möcüzə baş verib ki, Nəriman müəllim əcnəbi dildə universitet təhsili alıb.
Məlumdur ki, sovet dövründə Ticarət texnikumunu bitirənlər ən yaxşı halda dükanda satıcı işləyər, kooptorqda meyvə-tərəvəz satar, ya da yol qırağındakı pavilyonda çalışardı.
Bax, əsl Azərbaycan möcüzəsi budur: kooptorqdan Milli Məclisə hoppanmaq...
Əslində hörmətli Nəriman müəllimi qınamalı deyil, bütün ölkə bu gündədir.
Yaxşı olar ki, bu rüsvayçılıq barədə ölkəni idarə edənlər düşünsün
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 2025 22:31
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 2025 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
