Rüşvət yeyən LDU-nun prorektoru yenidən universitetə qayıtdı – ÖZƏL – VİDEO-FOTO
Lənkəran Dövlət Universitenin tərbiyə işləri üzrə prorektoru əvəzi vəzifəsində işləmiş, biologiya elmləri üzrə fəlsəfə doktoru, tələbədən rüşvət aldığına görə həbs edilmiş Qorxmaz Ağayev yenidən universitetə müəllim kimi işə qayıdıb. Bu barədə SERHED.İNFO-ya məlumat verən mənbənin sözlərinə görə, Qorxmaz Ağayev bir müddətdir ki, universitetdə baş müəllim kimi fəaliyyət göstərir.
Məsələ ilə bağlı, Qorxmaz Ağayevin özü ilə əlaqə saxlasaq da, o, məlumat vermək əvəzinə hədə-qorxu gəlməkdən çəkinmədi. SERHED.İNFO olaraq məlumatı dəqiqləşdirmək üçün, Lənkəran Dövlət Universitetə ünvanladığımız sorğuda isə məlumat öz təsdiqini tapır.
Universitetin verdiyi cavabı olduğu kimi diqqətinizə çatdırırıq:
Qorxmaz Ağayev Azərbaycan Respublikası Baş Prokurorluğunun onun barəsində cinayət işi qaldırması səbəbindən 19 aprel 2013-cü il tarixində işdən azad edilmişdir. Məhkəmənin onun barəsində çıxardığı sonuncu 28.08.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilmişdir. Cəzaçəkmənin əvvəli 15.04.2013-cü il tarixə, sonu isə 15.04.2016-cı il tarixə müəyyən edilmişdir.
23.09.2015-ci il tarixə 6 ay 22 gün çəkilməmiş cəzası qalmışdır. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 23.09.2015-ci il tarixli qərarı ilə Qorxmaz Ağayevin İstintaq Təcridxanasında müəyyən olunmuş birgəyaşayış və daxili intizam qaydalarına riayət etdiyini, üzərinə düşən
işləri və verilən tapşırıqları vaxtında yerinə yetirdiyini, aparılan islah və mədəni-kütləvi tədbirlərdə fəal iştirakını, psixoloji xarakteristikasına görə dayanıqlı, intellektual səviyyəsi yüksək, səbrli,
hərəkətlərində diqqətli, ictimai faydalı əməyə münasibəti müsbət, kriminal aləmin adət və ənənələrinə münasibəti mənfi olduğunu, iş yerini təmiz saxladığını, törətdiyi cinayət əməlindən peşman olduğunu və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yarısından çoxunu çəkdiyi nəzərə alaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəmüvafiq hesab etmişdir.
Azadlığa çıxdıqdan sonra Qorxmaz Ağayev pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə əvvəl işlədiyi Lənkəran Dövlət Universitetinə işə götürülməsi xahişi ilə müraciət etmişdir. Rektorun 20 oktyabr 2015-ci il tarxli əmri o, “İqtisadi informatika və ekologiya” kafedrasında gələcəkdə müsabiqədən keçmək şərtilə baş müəllim vəzifəsinə təyin edilmişdir. Qeyd olunmalıdır ki, mövcud təhsil qanunvericiliyində əvvəllər məhkum olunmuş şəxsin müəllim kimi işləyə bilmək imkanın olub-olmaması məsələsi öz əksini tapmamışdır. Müəllim kimi fəaliyyət göstərib-göstərməməsi barədə qərar ancaq məhkəmə tərəfindən verilə bilər. Məhkəmənin Qorxmaz Ağayev barəsində verdiyi qərarda onun təhsil müəssisələrində fəaliyyətini davam etdirməsinə heç bir qadağa qoymadığından, o, öz konstitusiya hüququndan istifadə edərək pedaqoji fəaliyyətini əvvəllər çalışdığı ali təhsil müəssisəsində davam etdirir. Həmçinin bildiririk ki, müəllimlərin işə götürülməsi məsələsi ali təhsil müəssisələrinin səlahiyyətindədir.
Xatırladaq ki, Q.Ağayev 2013-cü ilin aprel ayının əvvəllərində universitetin «iqtisadiyyat və idarəetmə» fakultəsinin 3-cü kurs tələbəsi Mirzəzadə Kamil Pəhlivan oğlunun xəstəliyi ilə bağlı akademik məzuniyyət verilməsinə dair müraciətinə əsasən, sonuncudan qeyd olunan məzuniyyətin verilməsinə görə 2013-cü ilin mart ayının axırlarında 500 manat pulu istəyərək, 15 aprel 2013-cü il tarixdə saat 16 radələrində Lənkəran şəhəri, Həzi Aslanov xiyabanı, 50 ünvanında yerləşən universitetin inzibati binasındakı xidməti otağında 400 manat pulu ondan rüşvət kimi alıb.
Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) və 311-ci (rüşvət alma) maddələrinə əsasən təqsirli bilinən Q. Ağayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il müddətinə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Q.Ağayevin cəzası 6 ildən 3 ilə endirilib. Serhed.info
NUH.az
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
