- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
Gülər Əhmədova Rafael Cəbrayılovla bağlı nə demişdi?
Adı bir sıra xoşagəlməz işlərdə çəkilən millət vəkili Şirvanda seçicilərlə keçirdiyi görüşü şouya çevirib Milli Məclisdə 46 saylı Şirvan Şəhər Seçki Dairəsini «təmsil edən» Rafael Cəbrayılovun adı son günlər ölkə mətbuatının gündəmini zəbt edib. Çoxlarına bəlli olduğu kimi, deputatın adı müxtəlif dələduzluq faktlarında, hazırda fəaliyyətini dayandırmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə mandat alverində və digər bu kimi xoşagəlməz işlərdə çəkilməkdədir. Bu barədə az sonra ətraflı məlumat verəcəyik. Bu gün bəzi saytlarda Rafael Cəbrayılovun Şirvan şəhərində seçiciləri ilə görüşməsi barədə yazı dərc olunub. Guya deputat həmin görüş zamanı şəhər sakinlərinin problemlərini dinləyib, onlara köməklik göstərəcəyinə söz verib. Əlbəttə, bunların hamısı sadəcə görüntü xarakterlidir.
Maraqlıdır, Rafael Cəbrayılov seçicilərinin qayğısına qalan idisə, niyə məhz mətbuatın tənqidlərindən sonra Şirvanda vətəndaşlarla görüşdü? Niyə barəsində tənqidi məqalələr dərc olunana qədər Şirvana getmirdi? Deputat seçicilərlə görüşünü bəzi saytlarda ictimailəşdirərək özünə müsbət imic qazanmağa çalışır. Amma əbəs yerə, çünki hər kəs Rafael Cəbrayılovun hansı işlərin xidmətçisi olduğunu gözəl bilir. Faktlara diqqət yetirsək, bəzi qaranlıq məqamlara aydınlıq gətirilmiş olar. Xatırladaq ki, hələ 2010-cu ildə keçirilən parlament seçkilərində Rafael Cəbrayılovla bağlı iddialar yayılmağa başlamışdı. ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər. Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin. Mən onun işini həll elədim.
Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu». R.Cəbrayılovun deputat mandatını rüşvətlə aldığı barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb. Hələ 2010-cu ildə mediada yayılan məlumatlarda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Lakin həmin informasiyada R.Cəbrayılovun deputat seçilməsinə köməkliyi G.Əhmədovanın deyil, baş bir şəxsin etdiyi qeyd olunmuşdu. Elə həmin vaxtlarda o xəbər də yayıldı ki, Gülər Əhmədova ilə Rafael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir. Belə ki, Əhmədovanın erməni qızı olan anası ilə Rafael Cəbrayılovun həyat yoldaşının qohumluq əlaqələri var.
Artıq hamıya məlumdur ki, R.Cəbrayılovun da arvadı erməni qızıdır və faktiki olaraq, oğulluğa götürdüyü oğlu baldızının oğludur. Baldızı isə Rusiyada erməni əri ilə yaşayır. Maraqlıdır ki, deputat o zamanlar məhz iddialara tutarlı cavab verə bilmədiyi üçün zaman-zaman mətbuatdan qaçmağı üstün tutmuşdu. Geniş biznes şəbəkəsinə sahib Rafael Cəbrayılovla bağlı qalmaqallar bununla yekunlaşmır. Belə ki, son dövrlərdə üç xoşagəlməz xəbər yayılıb. Hər üçündə də deputat və qardaşı başqalarının pulunu mənimsəməkdə ittiham olunur. Bakı şəhərində yerləşən “Lombard”da işləyən Osman Hacıyevin müəssisənin daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb. M.Abbasov övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib. Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb. Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan “Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb.
Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb. 14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb. Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb.
Lakin gözləmədiyi bir münasibətlə qarşılaşıb. “Dərhal” MMC-dən bildirilib ki, “sənin müqavilən ləğv edilib və ev-filan yoxdur”. Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, “Get məsələni Mirəhmədlə həll et” deyə, kobud cavab alıb. Daha sonra isə Mirəhməd Abbasov R.Cəbrayılovla anlaşaraq, bütün pulları guya deputatın sürücüsünün mənimsədiyi yalanını ortaya atıb: “İddia etdilər ki, guya mən də pulu sürücüyə vermişəm. Halbuki müqaviləni mənimlə imzalayan Elşən Cəbrayılovdur, qəbzi də təqdim edən Mirəhməd Abbasov.Mən tanımadığım və aylıq maaşla çalışan şəxsə necə bu qədər pulu əmanət edə bilərdim? Bütüm bunlar Azərbaycan millət vəkili adına yaraşmayan dələduzluqdan başqa bir şey deyil. Əgər deputat yaxınında olanlardan xəbərsizdirsə, lütfən sinəsində gəzdirdiyi deputat nişana hörmət əlaməti olaraq, bu özbaşınalığa çarə qılsın”.
Qeyd edək ki, Osman Hacıyev Cəbrayılovların ilk qurbanı deyil. Artıq neçənci şəxsdir ki, Rafael Cəbrayılov və qardaşlarının aldatmasından şikayət edir. Belə ki, cumhuriyyet.az araşdırma zamanı mediada yer alan digər bir faktı da aşkarlayıb ki, Cəbrayılovların “Nikoil” Bank ilə də analoji problemi yaranmışdı. O zaman millət vəkili “Dərhal” MMC-yə zamin durduğu üçün məhkəməyə verilmişdi. Belə ki, “Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatova məhkəmədə qələbə qazanmışdı.
Bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının , cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib. Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib.
Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib. Göründüyü kimi, “Nikoil” Bank güclü olduğu üçün öz haqqını Cəbrayılov qardaşlarından sökə-sökə alıb. Bu qərarla Azərbaycanda ilk dəfə məhkəmə millət vəkili əleyhinə qərar çıxarıb. Ancaq o zaman da məhkəməyə ağır təzyiqlərin olduğu bildirilirdi. İş bununla da bitmir. Eyni dərddə olan onlarla insandan biri də onun çalışdığı “Lombard”ın müdiri Məlahət Qurbanovadır.
M.Qurbanova Cəbrayılov və şəriki Mirəhməd Abbasova verdiyi nə 165 min manatı, nə də bu pulun qarşılığında təqdim olunan 300 minlik mülkü ala bilir. İki ilə yaxındır ki, döymədiyi dövlət dairəsi qalmasa da, heç bir qurum Rafael Cəbrayılovun özbaşınalığı qarşısında səsini çıxarmaq istəmir. Əvəzində isə Cəbrayılov illərdən bəri Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinə qarşı istifadə etdiyi reket mətbuatında M.Qurbanovanı ağır şəkildə təhqir etdirir. Yəni, bir deputat düşünün, Azərbaycan qadınının pulunu mənimsəyib, özünü isə ləkələməklə məşğuldur. Doğrudan da, rüsvayçı bir durumla qarşı-qarşıyayıq. Bu isə qeyd olunan kimi R.Cəbrayılovun ilk işi deyil. Bəs illərdən bəri insanları aldadan, vəzifəli şəxslər haqqında yalan informasiyaları mətbuata ötürən Cəbrayılov kimə arxalanır? Ötən ilin son aylarına qədər sabiq deputat Çingiz Əsədullayevlə yediyi-içdiyi ayrı olmayan Cəbrayılovun şəriki Mirəhməd Abbasov söhbətlərində sabiq nazir Eldar Mahmudovun adından istifadə edirdi. İndi isə başqa bir vəzifəli şəxsin adından istifadə edilir. Həmin şəxsin kimliyinə növbəti yazıda aydınlıq gətirəcəyik. Həmçinin deputatın ermənilərlə qohumluq əlaqələrinin olub-olmaması məsələsini də araşdıracağıq. (Gundelik-baku.com )
NUH.az
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 2025 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 2025 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 2025 20:07
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 2025 12:32
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 2025 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 2025 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 2025 12:13
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
