NUH.az-ın layihəsi - Məhərrəm Quliyev 35 il harada olub?

Bəzi icra başçılarının rüvətxorluğu, əhalini dövlətdən narazı salması, qohumlarının rayonlarda at oynatması, övladlarının harınlığı və s. barədə ölkə mətbuatında kifayət qədər yazılar dərc olunur. Hətta problem o həddə çatıb ki, ölkə başçısı məmur balalarının hərəkətləri barədə dəfələrlə xəbərdarlıq edib. Bütün bunlar hamıya bəllidir.
NUH.az-ın indiki mövzusu rayonlara rəhbərlik edən şəxslərin öz tərcümeyi-halını cəmiyyətdən gizlətməsi ilə bağlıdır.
Məlumdur ki, müasir dövrün tələblərinə uyğun olaraq hər bir rayon icra hakimiyyətinin saytı fəaliyyət göstərir və həmin saytlarda rayonla bağlı məlumatlar öz əksini tapır. Eyni zamanda saytlarda ən azı rayon rəhbərliyinin tərcümeyi-halı, həyat yolu işıqlandırılır.
Məntiqlə burada özfəaliyyətdən söhbət gedə bilməz.
Prezident Adminstrasiyasının müəyyən elədiyi konkret formada rayon rəhbərliyinin ömür yolu saytda qısa da olsa öz əksini tapmalıdır.
NUH.az-ın apardığı araşdırma zamanı bəlli oldu ki, bu məslədə pərakəndəlik var. Elə icra başçıları var ki, saytda ancaq onlarla bağlı Prezidentin sərəncamını dərc etməklə kifayətlənir. Bir soruşan yoxdur ki, məgər Prezidentin sərəncamı sənin tərcümeyi-halındır..?
Hətta saytlarda rayona rəhbərilik edən şəxsin hansı ali məktəb bitirməsi, haralarda işləməsi belə bəlli olmur.
Nümunə kimi Ağstafanın icra başçısı Məhərrəm Quliyevin saytda əks olunan tərcümeyi-halına nəzər salaq.
Quliyev Məhərrəm Böyükağa oğlu 1968-ci ildə Lənkəranda anadan olmuşdur.
2003-cü ildən Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006–cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyul 2011-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Yaxşı oxucu, yaxud rayon sakini haradan bilsin ki, Məhərrəm Quliyev 35 (1968- 2003 ) il harada olub, hansı ali məktəbi bitirib ? Ümumiyyətlə, başçı məktəbə gedibmi..?
Ümumiyyətlə, PA bu məsləyə diqqət ayırmalıdır. Belə pərakəndəlik olmaz.
NUH.az
- Zelenski bu xanımı ABŞ-yə səfir təyin etdi
28 avqust 2025 10:31
- Ballıqaya qətliamından 33 il ötür
28 avqust 2025 02:33
- QARABAĞ Çempionlar Liqasında! VİDEO
27 avqust 2025 23:12
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- Azərbaycanda REKTORSUZ universitetlər....
27 avqust 2025 14:06
- Ramiz Mehdiyevin arvadının ŞƏRAB ZAVODU
27 avqust 2025 11:12
- 35 hərbçi TƏZMİNAT üçün bir-birini YALANDAN güllələyib - Rusiya ordusunda qalmaqal
27 avqust 2025 01:02
- Veysəloğlu Distribusiya şirkəti -Dəyərlərimizin izi ilə- devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
26 avqust 2025 21:33
- Məhərrəmlik bitdi, toylar başladı - qiymətlərdəki fərq...
26 avqust 2025 10:20
- Daha bir ölkə dördgünlük iş rejiminə keçir - bəs bizdə?
26 avqust 2025 10:07
- Əlilliyi ləğv edilmiş Qarabağ qazisinin Agentliyin sədri Ramin Rzayevə MÜRACİƏTİ
28 avqust 19:16
- Azərbaycandan olan qadına Rusiyada 5 il həbs cəzası verildi – Ukrayna kəşfiyyatı ilə əməkdaşlıqda
28 avqust 11:56
- Bakıda DƏHŞƏT: 16 yaşlı oğul anasını hoteldə ÖLDÜRDÜ
28 avqust 11:03
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
28 avqust 10:46
- Zelenski bu xanımı ABŞ-yə səfir təyin etdi
28 avqust 10:31
- İlham Əliyev Pekində Qələbə Paradında iştirak edəcək
28 avqust 09:49
- Ballıqaya qətliamından 33 il ötür
28 avqust 02:33
- Tramp : Soros və oğlu məsuliyyətə cəlb edilməlidir
28 avqust 00:47
- Kürü istehsalı son 5 ildə 13 dəfə artıb
27 avqust 23:44
- QARABAĞ Çempionlar Liqasında! VİDEO
27 avqust 23:12
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 16:53
- Azərbaycanda REKTORSUZ universitetlər....
27 avqust 14:06
- İlham Əliyev Maya Sandunu təbrik etdi
27 avqust 12:06
- Ramiz Mehdiyevin arvadının ŞƏRAB ZAVODU
27 avqust 11:12
- İlham Əliyev: Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur
27 avqust 10:31
- Lotu Quli belə ÖLDÜRÜLÜB: Rusiya kanalı görüntüləri YAYDI
27 avqust 10:01
- Bu, Rusiya üçün pis olacaq - Tramp
27 avqust 09:53
- Daha 104 ailə Xıdırlıya köçür
27 avqust 09:44
- Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
27 avqust 03:13
- ABŞ bu şəxslərə ölüm hökmü tələb edəcək - Trampdan açıqlama
27 avqust 01:31
- 35 hərbçi TƏZMİNAT üçün bir-birini YALANDAN güllələyib - Rusiya ordusunda qalmaqal
27 avqust 01:02
- Bu sərnişinlər təyyarəyə iki yerə bilet alacaqlar - Aviaşirkətdən yeni qərar
27 avqust 00:45
- Veysəloğlu Distribusiya şirkəti -Dəyərlərimizin izi ilə- devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
26 avqust 21:33
- 8 aydır boksçuların MAAŞI VERİLMİR - Məşqçi şikayət etdi
26 avqust 20:37
- Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər
26 avqust 12:29
- Bu gün tanınmış rəssam Yusif Mirzənin Laçında -31 İL SONRA- fərdi sərgisi açılır
26 avqust 10:34
- Məhərrəmlik bitdi, toylar başladı - qiymətlərdəki fərq...
26 avqust 10:20
- Daha bir ölkə dördgünlük iş rejiminə keçir - bəs bizdə?
26 avqust 10:07
- Bu gün Laçın Şəhəri Günüdür
26 avqust 09:37
- Arzu Əliyevadan anasına təbrik - Foto
26 avqust 09:26