General Səfər Mehdiyevin əmlakının qısa siyahısı
Bizimxeber.az gömrük sistemində kifayət qədər təsir imkanları olan general Səfər Mehdiyev barədə araşdırmanın davamını təqdim edir. Əvvəlki yazılarımızda Səfər Mehdiyevin gömrükdə monopoliyalara aldığı sahələr, “Gilan” Holdinqdəki fəaliyyəti barədə ətraflı məlumat vermişdik. Bu dəfə Səfər Mehtiyevin broker fəaliyyəti və daşınmaz əmlak “həvəskarı” olması barədə əldə etdiyimiz məlumatları oxucularla bölüşürük.
Bizimxeber.az-ın məlumatlarına görə, Səfər Mehdiyevin əksər qohumları broker işləyir və bu sistemdə ən cox əmək haqqını da məhz generalın qohumları alır.
Hazırda Dövlət Gömrük Komitəsinin tikinti işlərini Səfər Mehdiyevin İlham adlı qaynı ilə birgə yaratdığı və mərkəzi ofisi Mətbuat prospektində yerləşən tikinti şirkəti həyata keçirir. Əvvəlki yazımızda da qeyd etmişdik ki, Səfər Mehtiyevin nəzarəti altında olan bu tikinti şirkətlərinin fəaliyyəti yoxlanmalıdır. Burada maraqlı bir məqam da generalın aldığı əmək haqqının onun sahib olduğu daşınmaz və daşınar əmlakla qeyri-mütənasibliyidir. Səfər Mehdiyev nə qədər əmək haqqı alır ki, şəhərin ən müxtəlif ərazilərdə onun obyektləri var? Daşınmaz əmlaka olan böyük marağı generalı Qusarda, Şamaxıda, Bakının Şüvəlan qəsəbəsində, Naxçıvanda, Batabatda bağ evləri sahibinə çevirib. Ölkə daxilindəki daşınmaz əmlaka yatırımlarla kifayətlənməyən general üzünü hətta Türkiyəyə də tutub. Bu ölkənin ən məşhur istirahət bölgələrindən olan Bodrumda da Səfər Mehdiyevin böyük malikanəsinin olduğu deyilir. Daha çox Badamdardakı villasını daimi yaşamaq üçün seçən general hazırda doğulduğu Nehrəm kəndinin girişində də özünə villa tikdirir. Lakin bunlar Səfər Mehdiyevin varidatının sadəcə bir hissəsidir. Bundan başqa gömrük generalı əsl iş adamı kimi də fəaliyyət göstərir. Hazırda DGK-nin xəstəxanasının yaxınlığında, əvvəllər yaşadığı binada Səfər Mehdiyvə məxsus klinika fəaliyyət göstərir. Klinikanı Səfər Mehdiyev yaxın qohumuna, bacanağının oğluna etibar edib. Bundan başqa 28 May metrostansiyası yaxınlığında general 100 kv sahəsi olan daha bir daşınmaz əmlaka sahibdir. Mətbuat prospekti isə deyəsən Səfər Mehdiyevin şəhərin ən çox sevdiyi ərazilərndəndir. Burda generala məxsus şirkətin ofis binası ilə yanaşı supermarket, mərasim zalı fəaliyyət göstərir. Elmlər Akademiyası metrostansiyasının yaxınlığında, “Alimlərin binası” kimi tanınan binada da bir neçə mənzilə sahib idi. Sözügedən bina söküldü və Səfər Mehdiyevin ən böyük narahatlığı da məhz bu bina söküntüsündən sonra başladı. Çünki bina söküləndə mənzil sahiblərinə ödəniş edilən zaman sənədlər çox dəqiqliklə hazırlanır və kompensasiya alan mənzil sahiblərinin siyahısı dəfələrlə incələnir. Səfər Mehdiyev bu araşdırma nəticəsində sözügedən binada bir neçə mənzilə sahib olmasının üzə çıxacağından çəkinirdi. Onu ən çox narahat edən məsələ isə Kəmaləddin Heydrovun bundan xəbərdar olması olub. Gömrük sistemində Kəmaləddin Heydərov vasitəsilə tanınan Səfər Mehdiyev daha sonralar generalın adından kifayət qədər istifadə edərək, özü üçün təhlükəsiz mühit yaratmağa çalışıb. Hələlik isə görünən odur ki, Səfər Mehdiyev özü üçün yaratdığı bu təhlükəsizlik mühitində yaşamağa davam edir. Araşdırmalarımız davam edir... Bizimxeber.az
NUH.az
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Tramp Çinə yola düşdü
12 may 2026 23:27
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 2026 11:05
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Heydər Əliyevin şəxsi mühafizəçisi: Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı
10 may 2026 19:40
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 2026 16:12
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
