Dənizin içində restoran tikdirən icra başçısı

Zakir Fərəcovun Novxanıda dənizin mühafizə zolağını zəbt etdiyi və orada «Kalyon» adlı iaşə obyekti inşa etdirdiyi deyilir
Ötən gün xəbər verilmişdi ki, Sumqayıt şəhərində A-dan Z-yə qədər bütün işlərin hamısı icra başçısı Zakir Fərəcov tərəfindən qudası Akif Zeynalova tapşırılıb. Məlumatlarda qeyd olunurdu ki, Zeynalov Fərəcovun tapşırıqlarından başqa, digər işlərə də qol qoyur. Məsələn, onun bütün tenderlərin taleyini müəyyən etdiyi vurğulanırdı.
Yeni məlumatlarda isə bununla yanaşı, digər maraqlı mətləblərdən bəhs olunub. Qeyd edilir ki, Akif Zeynalov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyib. Müavin işlədiyi dövrdə bir nəfəri belə razı salmadığı iddia olunur. «İndi isə Ərazi Maliyyə Müfəttişliyinin rəisidir. Bu adamın maliyyədən xəbəri yoxdur. Hətta Akif Zeynalovun bu vəzifəyə təyinatı çoxlarında təəccüb hissi yaratmışdı».
Məlumat verən mənbələr başqa bir mətləbdən də bəhs ediblər. Onların verdiyi xəbərə görə, Sumqayıtın icra başçısı Zakir Fərəcov vəzifəyə təyinat alar, almaz özünə restoranlar və gəlir yerləri düzəltməyə başlayıb. «Fərəcov Novxanıda «Kalyon» adlı restoran açıb. Həmin restoran isə düz dənizin içindədir. Görəsən, icra başçısına kim o ixtiyarı verib ki, dənizin mühafizə zolağını zəbt edib?»
Qeyd edək ki, Zakir Fərəcovla bağlı belə məlumatlar mütəmadi olaraq yayılır. Bu yaxınlarda isə onun Sumqayıtda 3 böyük villaya sahib olmasına dair bilgilər gündəmi zəbt etmişdi.
Bu əsnada, "Kalyon" restoranı ilə bağlı araşdırma aparılmışdı. Həmin araşdırma zamanı məlum olub ki, Novxanı qəsəbəsində yerləşən «Kalyon» restoranının sahibi «Kalyon» MMC-nin direktoru Rövşən Məmmədovdur. Bu restoranda xüsusi qadağalar var və onların hamısı tətbiq olunur. Bir müddət əvvəl «şortik» qadağası tətbiq olunsa da, sonradan ləğv edilib. Bunu da restoran rəhbərliyi belə əsaslandırıb ki, xaricilər çox gəldiyi üçün həmin qadağanı ləğv ediblər. Amma buna baxmayaraq, indinin özündə də «Kalyon»a dizdən azca yuxarı «şortik»də giriş qadağandır.
Dənizin içinə qədər girmiş restoranın sahibi mətbuata verdiyi açıqlamasında deyib ki, onların çimərlikləri yoxdur. Elə bu səbəbdən də çimərlik paltarında restoranlarına gələnləri də içəri buraxmırlar. (jam.az)
NUH.az
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 2025 11:15
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 2025 23:25
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 2025 13:57
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 2025 01:06
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 2025 17:38
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 2025 10:58
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
8 oktyabr 2025 21:37
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- TƏBİB-in xanım işçisi bıçaqlandı
6 oktyabr 2025 23:12
- 16 İLDİR Şuşanın icra başçısı işləyən Bayram Səfərov NƏHAYƏT GÖRÜNDÜ - Fotolar
5 oktyabr 2025 16:13
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38