- Samuxda 86 yaşlı qadının üzərində zorakılıq əlamətləri olan yanmış meyiti aşkarlanıb
- Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıq – dövlət səviyyəsində cinayətin yeni mərhələsi
- Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
- Azərabyacnın Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı AÇIQLAMA
- İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir -FOTO
Polis rəisinə qarşı şok ittiham - Vətəndaşdan nazirə müraciət

Bir neçə gün öncə AzToday.az saytında dərc olunmuş "Ramil Usubovun diqqətinə: Rəis tabeçiliyində olan polisin 45 min manatını belə mənimsədi” başlıqlı məqalə geniş oxucu kütləsinin marağına səbəb olub.
Belə ki, vətəndaş Aliq Məmmədovun daxili işlər naziri Ramil Usubova ünvanladığı müraciət əsasında hazırlanan məqalədə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmovun qanunsuz əməllərindən, oğlanları Röyal və Xəyal Məmmədovların qərəzli şəkildə işdən çıxarılmasından bəhs edib.
Aliq Məmmədov müraciətində göstərib ki, oğlu Royal Məmmədov 2014-cu ilin dekabr ayının ayının 15-ndən 16-na keçən gecə azyaşlı qızı cinsi istismara məruz qoymuş cinayətkar dəstəni yaxalayıb polis orqanlarına təhvil verdikdən sonra rəis Nofəl Məhərrəmov 17 dekabr tarixində Royal Məmmədovdan ərizəsini alaraq 14 dekabr tarixinə işdən çıxarıb.
Məqalədədə iddia olunur ki, buna səbəb guya Royal Məmmədov sözügedən cinayətkar dəstəni yaxaladığı zaman polis olmadığını göstərməsidir: "Royal Məmmədovun ittiham olunduğu 182.3.2 maddəsi ilə gördüyü iş arasında heç bir uyğunluq ortaya çıxmadığı halda, polis nəfərinə qarşı olan qərəzli yanaşma haradan qaynaqlanır (Əslində 5 ay müddətində heç bir istintaq işi aparılmayıb – red)? Nə üçün 182.3.2 maddəsi ilə başlanılmış cinayət işi Royal Məmmədovun 5 ay 22 gün təcridxanada saxlanılmasından sonra 322.2 (özbaşınalıq) maddəsinə çevrilərək 1 il 2 ay sonra məhkəməyə göndərilir? Vaxtilə Nofəl Məhərrəmovla Royal Məmmədovun atasının mehriban münasibətləri olsa da, Royal Məmmədov 5 ay 22 gün sonra azadlığa buraxılır. Polis rəisinin işçisinə qarşı düşmən kəsilməsinə görəsən səbəb nə olub?".
Məqalədə qeyd olunur ki, bir polis rəisi kimi Nofəl Məhərrəmovun burada ikibaşlı oyun oynaması açıq-aydın görsənməkdədir: "Aprel ayının 5-də keçiriləcək məhkəmə iclasında da Nofəl Məhərrəmovun ikibaşlı oyunlarının üstünün açılması ehtimalı var. Hansı ki Nizami rayon məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi məhz Nofəl Məhərrəmovun qərəzli, şəxsi məqsədləri üzərində qurulmuş bir oyun olduğunu göstərməkdədir. Buna məhkəmə prosesində şahidlərin dindirilməsi və vəkilin vəsatətlərinin təmin olunmaması sübut deyilmi? Hələ ibtidai istintaq zamanı baş verən qanun pozuntuları və digər şübhəli məqamlar da araşdırılarsa bu işdə Royal Məmmədovun nə dərəcədə haqlı və günahsız olduğu mütləq ortaya çıxacaqdır".
Saytın yazdığına görə, vətəndaş Aliq Məmmədovun müraciətini dərc etdikdən sonra AzToday.az-a Nizami rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmovla bağlı daha bir şikayət daxil olub: "Vətəndaş Aliq Məmmədovun müraciətini dərc etdikdən sonra AzToday.az-a Nizami rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmovla bağlı daha bir şikayət daxil oldu. Belə ki, Prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova müraciət hazırladığını bildirən Elman Əlizadə adlı daha bir vətəndaş əməkdaşımıza açıqlamasında analoji hadisə ilə üzləşdiyini dedi".
Vətəndaşın sözlərinə görə, Nizami rayon yol polisində çalışan oğlu Bilal Əlizadə də zaman-zaman rayon polis idarəsinin rəisi Nofəl Məhərrəmovun özbaşına əməlləri ilə üzləşib: "Nofəl Məhərrəmov tabeçiliyində olan polis nəfərini müxtəlif bəhanələrlə işdən çıxardacağı ilə hədələyərək Bilal Əlizadənin atasından külli miqdarda pul alıb. Təbii ki, Elman Əlizadənin polis rəisi Nofəl Məhərrəmov arasındakı sövdələşmələrdən bizim bir mətbuat işçisi kimi xəbərimiz olmayıb. Amma vətənaşın əlində olan maddi sübutlar deməyə əsas verir ki, Nofəl Məhərrəmov qızıl aludəçisidir. Elman Əlizadə oğlunun ləkələnməməsi üçün ayrı-ayrı vaxtlarda Nofəl Məhərrəmova verdiyi qızıl sikkələr, üzərində rəisin ailəsinin də şəkli olduğu qızıl boyunbağılar məşhur filmdə deyildiyi kimi danışmağa başlasa görəsən Nizami Polis İdarəsinin rəisi özünə necə haqq qazandıracaq? Hələ Nofəl Məhərrəmovun məşhur bir general üçün brilliant qaşlarla bəzədilmiş paqonları "dil açsa” nələr olacağını əvvəlcədən söyləmək çətindir. Amma vətəndaş Aliq Məmmədovun da, vətəndaş Elman Əlizadənin də polis rəisi tərəfindən haqsızlığa məruz qaldıqları açıq aydın görsənməkdədir. Bəs görəsən, daxili işlər naziri Ramil Usubov cənabları Nizami rayon Polis İdarəsinə rəis təyin etdiyi Nofəl Məhərrəmovun bu kimi işlərindən xəbəri varmı? İnanırıq ki, cənab nazir vətəndaş Aliq Məmmədovu və oğlunun vəkili ilə birlikdə qəbul etdiyi vaxt Nofəl Məhərrəmovun bütün qanunsuz əməlləri üzə çıxacaq. Ötən ilin oktyabr ayında Milli Təhlükəsizlik Nazirliyi ətrafında yaranmış olaylar, bu olaylardan sonra Prezident İlham Əliyevin dövlət orqanlarında baş verən özbaşınalıqlarla bağlı tutduğu iradlar kimlərə aid idi? Əminik ki, daxli işlər naziri, cənab Ramil Usubov vətəndaşların haqlı narazılıqlarını dinləyib, lazımi ölçülər götürəcək, polis mundirinə ləkə yaxan, polis şərəfinə, polis adına ləyaqətlə qulluq etməyən polis məmurlarının özbaşına, qanunsuz əməllərə yol verməsinin qarşısını alacaqdır. Biz isə mövzu ətrafında araşdırmalarımızı davam etdiririk, növbəti yazılarımızda Nofəl Məhərrəmovun bu özbaşınalıqları törətməkdə kimlərə arxayın və yaxud əlbir olduğuna dair ilginc məlumatları ictimaiyyətin diqqətinı çatdıracağıq", - sayt yazır.
Qeyd edək ki, Aliq Məmmədov oğlunun üzləşdiyi qanunsuzluqlarla bağlı dövlət başçısı İlham Əliyevə, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova teleqram göndərərək, vəkili ilə birlikdə onları qəbul etməsini istəyib. Lakin hələ də vətəndaşın müraciətinə cavab verilməyib.
Yazıda adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.
NUH.az
- Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıq – dövlət səviyyəsində cinayətin yeni mərhələsi
29 iyun 2025 19:26
- Rusiya ilə bağlı qərar -Dream Fest-ə də təsir etdi – Siyahı dəyişəcək
29 iyun 2025 19:15
- Azərabyacnın Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı AÇIQLAMA
29 iyun 2025 18:01
- Yekaterinburqda məhkəməsi başlayan Məzahir Səmədov: Xanımımdan muğayat olun
29 iyun 2025 16:44
- Ağsuda əməliyyat: 2 ay əvvəl Prezidentin MEDAL verdiyi Sənan Feyzullayev həbs olundu
29 iyun 2025 16:02
- 8 yaşlı Narinin QƏTLİNDƏ YENİ DETAL - istintaqın gedişatını dəyişə bilər
29 iyun 2025 15:27
- Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLAR
29 iyun 2025 11:19
- 20 ildən sonra Ermənistan rəhbərliyinin razılığı ilə öz kəndimizə getdim, evimizdə qoca kişi və qadın yaşayırdı - Misir Mərdanov
29 iyun 2025 11:01
- Yekaterinburqda işgəncə görən azərbaycanlıdan ŞOK AÇIQLAMALAR : Bizi döyə-döyə KABAB bişirtdirib, yeyib içdilər
29 iyun 2025 10:24
- Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb
28 iyun 2025 11:43
- Samuxda 86 yaşlı qadının üzərində zorakılıq əlamətləri olan yanmış meyiti aşkarlanıb
29 iyun 20:17
- Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıq – dövlət səviyyəsində cinayətin yeni mərhələsi
29 iyun 19:26
- Rusiya ilə bağlı qərar -Dream Fest-ə də təsir etdi – Siyahı dəyişəcək
29 iyun 19:15
- Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
29 iyun 19:04
- Azərabyacnın Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı AÇIQLAMA
29 iyun 18:01
- İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir -FOTO
29 iyun 17:45
- Yekaterinburqda məhkəməsi başlayan Məzahir Səmədov: Xanımımdan muğayat olun
29 iyun 16:44
- Ağsuda əməliyyat: 2 ay əvvəl Prezidentin MEDAL verdiyi Sənan Feyzullayev həbs olundu
29 iyun 16:02
- 8 yaşlı Narinin QƏTLİNDƏ YENİ DETAL - istintaqın gedişatını dəyişə bilər
29 iyun 15:27
- Uşaq Pulu Mütləq Verilməlidir! - Aqil Abbasla Səmimi Söhbət
29 iyun 14:15
- Qitələri birləşdirən enerji siyasəti - Millət vəkili Cavanşir Feyziyev
29 iyun 13:15
- Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLAR
29 iyun 11:19
- 20 ildən sonra Ermənistan rəhbərliyinin razılığı ilə öz kəndimizə getdim, evimizdə qoca kişi və qadın yaşayırdı - Misir Mərdanov
29 iyun 11:01
- Putin Kadırovun oğlu ilə görüşdü
29 iyun 10:31
- Yekaterinburqda işgəncə görən azərbaycanlıdan ŞOK AÇIQLAMALAR : Bizi döyə-döyə KABAB bişirtdirib, yeyib içdilər
29 iyun 10:24
- Daha bir rayonda yasda EHSAN ləğv edildi
29 iyun 10:16
- Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO
29 iyun 01:38
- Bakıda kanalizasiyaya düşən gəncin MEYİTİ TAPILDI - VİDEO
28 iyun 21:39
- Rusiyada öldürülən azərbaycanlıların QARDAŞI DANIŞDI – ŞOK DETALLAR
28 iyun 21:24
- Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb
28 iyun 11:43
- Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
28 iyun 11:39
- MONQOL OLMAQ İSTƏYİRƏM....- Bəsti İsmayıl
28 iyun 10:53
- Tramp FED rəhbərini -inadkar eşşək- adlandırdı
28 iyun 10:41
- Bunu bilsəniz, QULAQ çöplərini atacaqsınız
28 iyun 10:25
- Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır (VİDEO)
28 iyun 01:01
- OMON bu gün Rusiyada iki qardaşımı da öldürdü, – Seyfəddin Hüseynli
28 iyun 00:06
- Putin Trampı təriflədi: “Kişi adamdır, çətin yol keçib, ona böyük hörmətim var
27 iyun 22:48
- Türk dünyasının gizli xeyriyyəçiləri MƏLAMİ DƏRVİŞLƏRİ
27 iyun 17:43
- Günel hindistanlı həyat yoldaşından danışdı - FOTO
27 iyun 17:27
- İranın İrəvandakı səfiri: -Qərbi Azərbaycan- ifadəsi bizi qıcıqlandırır!
27 iyun 17:23