Xəzər Aslanov daha imkanlı rayona təyinat almaq istəyir…
Novruz bayramından sonra özünü doğrulda bilməyən icra başçıları və məmurların işdən çıxarılmasının yeni dalğası gözlənilir. Bu dəfə siyahıya daha çox icra başçısının adının daxil edildiyi və onların prezidentin etimadını doğrultmadıqları səbəbi ilə işdən çıxarılacaqları bir daha yüksək vəzifəyə təyinat ehtimalını da sıfıra endirir.
Lakin adı bu siyahıda hələlik olmayan bəzi icra başçıları yaranmış fürsətdən istifadə edərək daha yaxşı rayona təyinat almaq üçün hərəkətə keçib. Belə fəallıq göstərənlərdən biri də Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovdur. Bir müddət əvvəl də Xızının icra başçısı Xəzər Aslanovun başqa bir rayona təyin ediləcəyi ilə bağl mətbuatda məlumatlar səslənmişdi. Həmin məlumatlara əsasən, Xəzər Aslanov Xızı rayonundan getmək üçün yollar axtarır. Buna səbəb isə balaca və kasıb rayondan daha imkanlı və böyük rayona dəyişdirilmək istəyi idi.
Xəzər Aslanov öz imkanlarının Xızı kimi kiçik rayonla ayaqlaşmadığını bildirərək xüsusilə Bakı rayonlarından birinə təyinat almaq üçün canfəşanlıq göstərib. Bəzi xəbərlərə görə, artıq icra başçısının özü üçün “seçdiyi” rayon da olub- Bakının Nizami rayonu. Ancaq görünür onun bu istəyinin iş imkanları ilə uyunlaşmadığını görərək geri çəkilib.
Nizami rayonuna yeni icra başçısı təyin edildikdən sonra isə Xəzər Aslanov bu dəfə diqqətini başqa istiqamətə yönəldib. Bizimxeber.az-a daxil olan məlumata görə, yaranmış vəziyyətdən, yəni bəzi icra başçılarının vəzifəsini itirəcəyindən yararlanmaq istəyən Xəzər Aslanov rayonunu dəyişmək üşün yenidən hərəkətə keçib. Bu dəfə icra başçısının siyahısında iki yer var.
İlk sırada Bakını Binəqədi rayonu dayanır. Bu rayonun icra başçısı Xaləddin İsgəndərovun da vəzifəsi ilə vidalaşacaq başçılar arasında olacağı xəbəri Xəzər Aslanovu yenidən paytaxta gəlmək üçün ümidləndirib. Lakin bu istiqamətdə fəaliyyətinin nəticə verməyəcəyi təqdirdə ikinci variant kimi Aran rayonlarından biri üzərində seçim imkanını da gözdən keçirir. Eyni zamanda Xızı rayonunda təsir imkanlarını da əldən vermək istəməyən Xəzər Aslanov həmin rayona da yaxın ətrafından birinin təyin edilməsinə çalışır.
Beləliklə, həm özünə yeni vəzifə, həm də yaxın ətrafının vasitəsilə başqa bir rayonda təsir imkanlarını gücləndirmək istəyən Xəzər Aslanovun artıq bu məqsədlə fəaliyyətə keçdiyi və bəzi şəxslərlə görüşlərə başladığı da daxil olan informasiyalar arasındadır.
NUH.az
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 2026 01:21
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 2026 11:12
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 2026 10:07
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 2026 23:30
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
