Qurbanovun kassiri qardaşının qaynını bıçaqladı
Hadisə30 mart 2016 18:29
Göyçayda bir ailənin dramı bıçaqlanma ilə nəticələnib.
Hadisə martın 29-da saat 16:00 radələrində rayonun Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
Rayon sakini, 1980-ci il təvəllüdlü Müşfiq Allahverdiyev qaynı olan Potu kənd sakini, 1986-cı il təvəllüdlü İlqar İsgəndərova döş qəfəsi və ayaq nahiyəsindən 3 bıçaq xəsarəti yetirib.
M.Allahverdiyev şəxsi avtomobilindəki dəmir əşya ilə mağazanın şüşələrini də sındıraraq qaçıb. Ağır bədən xəsarəti alan İ.İsgəndərov Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
M.Allahverdiyevin bununla hirsi soyumayıb xəstəxanaya hücum çəkib. Hadisəni törədən Müşfiq istintaqa təhvil verilib.
Mötəbər mənbədən daxil olan məlumata görə, cinayəti törədən şəxs "Azərbaycan Dəmir Yolları" QSC sədri Cavid Qurbanovun qeyri-rəsmi kassiri, onun etibarlı kadrı olan Anar Allahverdiyevin qardaşıdır. A.Allahverdiyevin adı bəzi xəbər portallarında gömrük brokri kimi də keçir. Amma onun C.Qurbanovun xəzinədarı olduğu bildirilir.
Mənbənin verdiyi məlumata görə, A.Allahverdiyevin Dəmiryol İdarəsində adi bir vəzifəni daşıyır. Amma oliqarxlaşan və milyonluq maşın kolleksiyaları olan A.Allahverdiyev heç də rəsmi vəzifədən aldığı əmək haqqı hesabına varlanmayıb. Məhz C.Qurbanovun kassiri kimi göstərdiyi xidmət və qeyri-rəsmi işlərdən əldə edilən gəlirlər sayəsində göyçaylı xəzinədar mal-mülkə, bahalı avtomobillərə sahiblənib.
Mənbə qeyd edib ki, C.Qurbanovun kadrının genişlənən imkanlarından qardaşı da bəhrəsini görüb. Qaynını bıçaqlığı üçün tutulan Müşviqin qiyməti yüz minlərlə ölçülən maşınları var.
A.Allahverdiyevin əldə etdiyi kapitalın parıltısı qardaşı Müşfiqin yeni həyat axtarışına səbəb olub. Bəs sıradan bir məmurun, həm də keçmiş gəlininin təbirincə desək cəmi 300 manat vəzifə maaşı olan məmur 500 000 manatlıq "Bentley” markalı avtomobil necə idarə etdir? Hansı vəsaitlə İsmayıllı rayonunun Talış kəndində və paytaxtda möhtəşəm villalara sahib olur? Haradan əldə etdiyi vəsaitlə övladlarını küçəyə atmış qardaşına 100 000 manatlıq avtomobil hədiyyə edir?
Düşdüyü çarəsiz vəziyyətdən, yəni övladları ilə küçədə qalmaqdan qurtuluşun ökə prezidentinə və Heydər Əliyev Fondunun prezidentinə müraciətdə görən Ü.Allahverdiyeva dövlətdən kömək istəyib.
Müşviq Ülviyyə ilə boşandıqdan sonra tərəflər arasında münaqişə səngiməyib. Övladları ilə küçələrdə qalan ananın mətbuatda etdiyi müraciətlərdən sonra vəziyyət daha da gərginləşib. Nəticədə C.Qurbanovun kassirinin qardaşı keçmiş arvadının qardaşını Göyçayın tən ortasında bıçaqlamaqdan belə qorxmayıb.
Əslində, bu ədavətin baş verməsinin llər əvvələ dayanan kökü var. Hələ bir müddət qabaq mətbuatda M.Allahverdiyevin həyat yoldaşının müraciətləri ictimailəşirdi. Göyçayın Potu kəndində yaşayan Ülviyyə Allahverdiyeva yerli məhkəmə hakimlərinin qanunsuz əməllərindən giley edirdi. Şikayətçinin sözlərinə görə, iki körpə uşaqla qanunsuz olaraq evsiz qalıb.
Sitat: "Belə ki, Allahverdiyev Müşfiq Ağayusif oğlu ilə 29 noyabr 2005-ci il tarixdə ailə həyatı qurmuşduq. Həmin vaxtdan da Müşfiqin yaşadığı atasına məxsus Göyçay rayonu Babək küçəsi 5 nömrəli evdə yaşamaqla həmin ünvanda daimi qeydiyyata düşmüşəm. Hər iki övladımız həmin evdə doğulub və orada qeydiyyatdadırlar. Müşfiq ailəyə baxmadığı və başqa qadınla yaşadığı üçün aramızda narazılıq yarandı. Buna görə Müşfiq boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdi”.
Ülviyyə Allahverdiyeva bildirib ki, birgə nigah dövründə həyat yoldaşı Müşfiq 100.000 manatdan çox dəyəri olan avtomobil almış boşanmaq ərəfəsində həmin avtomobili öz adından çıxararaq atasının adına sənədləşdirib: "Bunu təsdiq edən sənədlər var. Bunu da ona görə etmişdir ki, bahalı avtomobilin dəyərinin yarısı bizə düşməsin. İndi hazırda atamın evində çox acınacaqlı darısqal şəraitdə iki azyaşlı uşağımla əziyyət çəkərək yaşayırıq.
Qeyd edim ki, keçmiş həyat yoldaşım Müşfiqin qardaşı Anar Allahverdiyev Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin bazasında vəzifədə işləyir. Korrupsiyaya qurşanmış Anar Allahverdiyevin 300 manat əmək haqqı ilə milyonlarla dəyəri olan əmlakları əldə etmək qeyri mümkündür.
Həmin əmlakları Anar Allahverdiyev başqalarının adına sənədləşdirib. Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin rəisi cənab Cavid Qurbanovun bu korrupsiya faktının araşdırmasına zərurət var”.(Tia.Az)
Yazıda adı keçən tərəfləri dinləməyə hazırıq.
NUH.az
Oxşar xəbərlər
- Mikayıl İsmayılova məxsus Ağsu Tədris Mərkəzində nələr baş verir ?
25 yanvar 2026 13:12
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
5 yanvar 2026 18:06
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 2025 11:53
- 4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... (VİDEO)
9 noyabr 2025 17:27
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
7 noyabr 2025 22:16
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
29 oktyabr 2025 14:04
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 2025 00:09
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 2025 16:16
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 2025 15:18
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 2025 00:47
Xəbər lenti
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
- Millimiz Gürcüstana 0:6 uduzdu
06 fevral 18:34
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
06 fevral 17:47
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
06 fevral 17:40
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
06 fevral 08:45
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
Video & Fotoqalereya
Video
Fotoqalereya
