Prezidentin keçdiyi yoldan 10 metr kənardakı biabırçı küçə – ŞAGAN QƏSƏBƏSİNDƏ
Xəzər rayonu Şağan qəsəbəsi Təzə Sahə massivinin sakinləri son çıxış yolunu ölkə prezidentinə müraciət etməkdə görüblər. Məsələ burasındadır ki, massiv sakinlərinin uzun müddətdən bəri etdikləri müraciətlər həm rayon, həm də qəsəbə rəhbərliyi tərəfindən qulaqardına vurulur.
Nəticə isə göz qabağındadır. Bakının yağışlı günlərində bu ərazinin dözülməz vəziyyətini əks etdirən fotolar hər şeydən xəbər versə də, hətta bu faktları belə susqunluqla izləyən dövlət məmurları, vəzifəli şəxslər, seçkili orqanlar var. Hansı kı, onların ümdə vəzifəsi xalqa xidmət etmək olmalıdır. Hər halda ölkə başçısı bunu təkrar-təkrar onlara xatırladır.
Bizimxeber.az-ən məlumatına görə, Mərdəkan -Bilgəh yolunun 10 metrliyində yerləşən bu massivin sakinləri dəfələrlə Xəzər rayon icra başçısı Gülaga Aslanova və bələdiyyə sədrinə müraciət etsə də, qarşı tərəf tədbir görmək bir tərəfə, hətta cavab verməyi belə özünə rəva görməyib. “Bu vəziyyətin sadəcə bir adı var: “biabırçılıq”-, deyə sakinlər bildirir. Ancaq sakinlərin sözləri ilə yeni bələdiyyə sədri Nərminə Əlieyevanın hesabatları tərs mütənasibdir. Bələdiyə sədri qəsəbə daxilində hər şeyin qaydasında olduğunu bildirir və söylədiklərini hesabatlara salaraq hətta sənədləşdirir. Əgər sənədlərə inansaq, ərazidə həftədə 3 dəfə zibillər təmizlənir. Sənədin bu yeri isə nəinki həqiqət deyil, əksinə gülünc vəziyyətin etirafıdır. Çünki massivdə ümumiyyətlə zibil qutuları yoxdur. Zibil qutusu olmayan kücənin zibillərini təmizləyib hara atdıqlarına dair də bir açıqlama verilsəydi sənəd tam olardı. Yaxud həftənin zibil təmzilənməyən digər 4 günündə sakinlər zibilləri nə edir, hara tullayır? Bu suallara cavab yoxdur. Nəinki sənəddə, eləcə də həyatda.
Qəsəbə sakinləri yeni bələdiyyə sədrini tanımadıqlarını deyir, yolla bağlı şikayətləri çox olsa da, tələbləri o qədər də yüksək deyil. Ölkədə inkişafın bütün sahələri əhatə etdiyinə dair məlumatların səsləndirildiyi bir zamanda ən azından yolların keçilməzliyini aradan qaldırmaq üçün bir neçə maşın qumu rəva görmək olardı. Xüsusən də qışdan çıxan yolların yaz yağışlarına davamlı olmayacağını əvvəlcədən bilərək vaxtında tədbir görmək mümkün idi.
Əlaqədar qurumların öz vəzifələrinin öhdəsindən gəlmədiyini görən sakinlər vəziyyətdən öz imkanları ilə çıxmağa cəhd edirlər, lakin bu, problemin birdəflik həlli yolu deyil. Dəfələrlə yol problemini həll ediləcəyinə söz verən bələdiyyə sədri ən azından vəziyyətlə yaxından tanış olmaq üçün əraziyə baş çəkə bilərdi. Lakin görünür hətta bu belə çətin olduğundan vədlərlə sakinləri bir az daha artıq gözləməyə vadar edir.
Sakinlər isə artıq gözləmək istəməyərək yeganə çıxış yolunu ölkə başçısına müraciətdə görüblər. Oxuculara və rəsmi qurumlara təqdim edilən bu şəkillər daha yaxşılarıdır. Küçənin daha biabırçı haldadır ki, adam onu şəkib göstərməyə belə utanır… Axı indi 2016 cı ildir və Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır… Diqqətlə baxın… bizimxeber.az
NUH.az
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 2026 18:53
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 2026 14:25
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
