Akim Bədəlova qarşı ŞOK İTTİHAM
Dövlət Agentliyində 2 milyardlıq müəmma.
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə (ABOEM) ayrılan külli miqdarda dövlət vəsaitinin taleyi qaranlıqdır.
Həmin vəsaitin xərclənmə istiqaməti məlum olsa da, onun təyinatı üzrə, şəffaf xərclənməsi şübhə doğurur. Söhbət 2 milyard manata yaxın büdcə pulundan gedir.
Xatırladaq ki, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 01 fevral 2013-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.
Agentlik Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.Agentlik müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, həmçinin alternativ və bərpa olunan enerji sahəsinin inkişafını və infrastrukturun yaradılmasını, iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini, ABOEM üzrə enerji istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparır.
ABOEM-ə ötən illər ərzində məlum işləri görmək üçün kifayət qədər iri vəsaitlər ayrılsa da, ekspertlər ölkədə alternativ və bərpa olunan enerji sahəsində əldə edilən nəticələri qənaətbəxş saymırlar. Bu enerjinin payı rəsmi rəqəmlərə görə 10 faizə çatır, amma reallıqda həmin rəqəmin daha az olduğu vurğulanır. Hesab olunur ki, indiki iş tempi ilə yaxın illərdə alternativ və bərpa olunan enerjinin payını 20 faizə çatdırmaq çətin məsələdir. Baxmayaraq ki, indiyədək bunun üçün kifayət qədər iri pullar xərclənib. Real durum həmin pulların təyinatını şübhə altına almağa kifayət edir.
Elə haqqında danışdığımız 2 milyard manatlıq vəsaitlə bağlı vəziyyət də dediklərimizi təsdiqləyir. Həmin vəsait Azüntex MMC ilə bağlı ayrılıb. Bu MMC Sumqayıtda inşa olunmuş iki zavodu özündə birləşdirir: Azgüntex Günəş Modulları zavodu və Azgüntex LED Lampaları zavodu.
Bildirilir ki, ayrılan vəsaitin əhəmiyyətli hissəsinin təyinatı üzrə xərclənmədiyi ortadadır, bunu bir çox işlərin hələ də başa çatdırılmaması təsdiqləyir. Bundan başqa, hər iki zavodda son vaxtlar ciddi maliyyə problemləri hiss edilir, belə ki, bəzi işçilərin ixtisarına start verilib.
«Unikal» qəzetinə daxil olan məlumatda bildirilir ki, ABOEM-də bütün maliyyə əməliyyatları qurumun Aparat rəhbəri İmran Əhmədovun nəzarəti ilə aparılır. O, ABOEM-in «qara qutu»su hesab olunur.
Məsələ burasındadır ki, İ.Əhmədov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın kadrdır. O, uzun müddət MTN-nin Bakı Beynəlxalq Hava Limanındakı şöbəsinə rəhbərlik edib. Əhmədovun artıq ləğv edilmiş nazirliyin quldur dəstəsini təşkil etmiş vəzifəli şəxsləri ilə isti münasibətlərinin olmasına dair iddialar var. Bu münasibətlərin dərin qatları isə əlbəttə, maraq doğurur və ayrıca araşdırmanın mövzusudur. Sumqayıtda inşa edilən zavodlara ayrılan maliyyə vəsaitləri üzərində də həlledici təsir itmkanı məhz Aparat rəhbərinə məxsus olub. Odur ki, həmin külli miqdarda vəsaitin nə qədər şəffaf xərclənib-xərclənmədiyinə də İmran Əhmədov aydınlıq gətirə bilər.
Ümumiyyətlə, ABOEM-in maliyyə sirləri birbaşa onunla bağlıdır. Elə bu səbəbdən də onun özü izah etməlidir ki, ötən illər ərzində fantastik məbləğdə büdcə vəsaitlərinin xərclənməsinə baxmayaraq, Azərbaycanda alternativ və bərpa olunan enerjilərin payı niyə hələ də kiçik rəqəmlərlə ifadə olunur? Bu o demək deyilmi ki, həmin vəsaitlərin əhəmiyyətli hissəsi kimlərinsə şəxsi maraqlarının təmin olunmasına yönəlib?!
Bütün bu suallara daha ətraflı cavab tapmaq üçün mövzu ilə bağlı incələmələrimiz davam edəcək. 365.Az
NUH.az
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
