- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
Mikayıl İsmayılovun daha bir adamı ifşa oldu – SENSASİON FAKTLAR
Neft Şirkətinin vitse-prezidentinə 350 min dollar verdiyini bildirən Ceyhun Canıyev kimdir və hansı işləri yerinə yetirir? İsmayılovun müavini Cəbrayıl Cəbrayılovun İsveçrədə oxuyan övladının təhsil haqqını iş adamına ödətdiriblər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılov vəzifə səlahiyyətlərinə daxil olan işləri tamamilə yaddan çıxarıb.
Belə ki, o vaxtının böyük hissəsini biznes layihələrinə, SOCAR-ın kadr məsələlərinə və xaricdəki biznes şəbəkəsinin inkişafına sərf edir. Məhz buna görədir ki, hazırda Neft Şirkətinin daxilində güclü çalxalanma gedir və yekunda bu da ölkəmizin neft siyasətinə mənfi təsirini göstərir. Əlbəttə, Mikayıl İsmayılov kimi var-dövlət həvəskarının belə məsul postda hələ də saxlanması başadüşülən deyil. Şirkətin rəhbərliyi bilməlidir ki, vitse-prezidenti dövlətin və çalışdığı qurumun maraqları deyil, sırf şəxsi mənafeyi maraqlandırır. Diqqət yetirsək görərik ki, İsmayılov tutduğu vəzifənin verdiyi səlahiyyətlərdən sui-istifadə etməklə özünə böyük biznes ittifaqı yaradıb. SOCAR-ın əsas söz sahiblərindən olan Mikayıl İsmayılov şirkətdə özünə bir neçə yaxın adam seçərək onların vasitəsilə qaranlıq maliyyə işlərini həyata keçirir. Onlardan biri bir neçə ay əvvəl haqqında sensasion məlumatlar yayılan Qiymət Mehdiyev idi. Mətbuatda yazılanlara görə, Qiymət Mehdiyev Türkiyədə bir neçə villa almışdı. Amma himayəçisinin, yəni Mikayıl İsmayılovun məsələyə müdaxiləsindən sonra Qiymət Mehdiyevin başının üzünü alan qara buludlar dağıldı. Və bu məsələ mətbuatın gündəmindən çıxdı. İndi isə vitse-prezidentin başqa bir adamının adı medianın gündəmini zəbt etməyə başlayıb. Yayılan məlumatlara əsasən, Mikayıl İsmayılovun ən yaxın adamlarından biri hesab edilən Ceyhun Canıyev özbaşına işlərlə məşğul olur. İddialara görə, Ceyhun Canıyev iş adamlarından birindən 350 min dollar alaraq onu SOCAR-da tenderə salacağını vəd edib: «Əvvəl Ceyhun Canıyev söz verdi ki, hər ay bizim şirkəti 1 milyon dollarlıq tenderə salacaq, ancaq bu olmadı. Sonra isə bu söhbətin üstündən 5 ay keçməyini görüb və bizim narahatçılıq keçirməyimizi hiss edərək mənimlə görüşdü və dedi ki, SOCAR-a 14 milyon dollar qiymətində aparat verilməlidir, o malın maya dəyəri isə cəmisi 2-3 milyondur. Mən istəyirəm ki, siz ofşorda şirkət açasız və həmin mal siz tərəfdən SOCAR-a verilsin. Ceyhunun sözlərinə görə, o aparat Çindən gəlir, ancaq üstündə Norveçin istehsalı olduğu yazılır. Həmin aparat dənizdə neftçıxarma yerlərində işlədilir». Qeyd edək ki, bu söhbətdə Mikayıl İsmayılovun müavini Cəbrayıl Cəbrayılov da iştirak edib. Belə ki, Ceyhun Canıyev həmin iş adamını vitse-prezidentin müavini ilə görüşdürüb: «Hətta məni şirnikləndirmək üçün vəzifə də təklif etdilər. Dedilər ki, Rövnəq Abdullayevin Mehman adında qohumunu SOCAR-ın təchizat şöbəsindən çıxarıb, səni onun yerinə təyin edəcəyik. Bir neçə dəfə Cəbrayıl Cəbrayılovun yanına gedib-gəldim, ancaq sonradan Ceyhun Canıyev mənə zəng edib evinə dəvət etdi. Onun yaşadığı villa Nərimanov rayonunun ərazisində İsmayıl Hidayətzadə küçəsində yerləşir. Həmin ünvanda Mikayıl İsmayılovun villası da böyür-böyürə dayanıb. Ordakı villaların bu şəxslərə aid olduğunu da mənə Ceyhun Canıyev dedi. Sonra o məni evinə dəvət elədi evin aşağı mərtəbəsindəki qarajda “Rolls-Royce”, “Bentley” və bir neçə təzə “Mercedes” markalı avtomobillərini mənə göstərdi. Avtomobillərin ümümi dəyəri bəlkə də 3-4 milyon dollar olardı. Ancaq “Rolls-Royce” və “Bentley”in nömrəsini mən yadda saxladığım üçün, sonradan öyrəndim ki, həmin avtomobillər Ceyhun Canıyevin həyat yoldaşının adınadır. O, mənə bu avtomobilləri göstərərək bildirmək istəyirdi ki, bizim onda qalan 350 min dollar pulumuz “balaca pul”dur. Mən onun qonağı olub villasının qarajında oturub çay içəndə onun danışıqlarını da telefonuma yazmışam. O, hər dəfə dönə-dönə mənimlə söhbətdə Cəbrayıl Cəbrayılovun adını çəkir. Sonra mən gördüm ki, bu şəxs ancaq vaxt udmaqla məşğul olur. Və ondan pulumuzu tələb etdim. Ceyhun Canıyev mənə dedi ki, pulun bir qismini Mikayıl İsmayılova vermişəm, qalanı ilə də Cəbrayıl Cəbrayılovun İsveçrədə oxuyan uşağının təhsil haqqını ödəmişik. Doqquz ay sonra borclu olduğu pulun 250 min dollarını hissə-hissə versə də, 100 min dollar pul və ofşorda açılan şirkətə görə də 15 min dollar borclu qalıb və bu günə qədər borcumuzu qaytarmır. Canıyev Ceyhun Vaqif oğlu “Vita1000” meyvələri şirkətinin və “Modern Group” şirkətlər qrupunun payçısı olaraq Mikayıl İsmayılovu həmin şirkətlərdə təmsil edir. Bundan savayı Təhsil nazirliyi ilə üzbəüz “Luxen Plaza”da 35 faiz şərikliyi var». Bunlar sıradan faktlar deyil. Göründüyü kimi, Mikayıl İsmayılov, Ceyhun Canıyev və Cəbrayıl Cəbrayılovun barəsində kifayət qədər ciddi ittihamlar var. Hesab edirik ki, aidiyyəti dövlət qurumları, habelə Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev cənabları bu faktları araşdırmalı və sözügedən şəxslərin barəsində mütləq ciddi ölçü götürülməlidir. Yazını daha tükürpədici faktlarla davam etdirəcəyik. Bizi izləyin. Qarşı tərəflərin də cavab haqqını tanıyırıq. Gundelik-baku.com
NUH.az
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 2025 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 2025 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 2025 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 2025 11:38
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 2025 11:28
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
