“Əsir torpaqlar Azərbaycanı gözləyir”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Eldar Quluiyev Modern.az saytına müsahibə verib.
- Eldar müəllim, bu günə qədər Azərbaycan gəncliyi barədə fərqli düşüncələr var idi. Cəbhədəki son hadisələrdən sonra siz gəncliiyn Vətənə olan münasibətini necə qiymətləndirirsiniz?
- Mən əvvəlcədən Milli Ordumuza minnətdarlığımı bildirirəm. Həqiqətən də Azərbaycan bu gün öz gücünü, nizamlı orduya malik olduğunu göstərdi. Eyni zamanda ordumuz malik olduğu silahdan mükəmməl istifadə etmə gücünü göstərdi. Bu, hərbdə çox vacib məsələlərdən biridir. Bir daha sübut olundu ki, Azərbaycan ordusu dünyanın aparıcı ordularından biridir. Düzdür, Azərbaycan 10 milyon əhaliyə malik olan bir dövlətdir. Ancaq hesab edirəm ki, Azərbaycan Ordusu nümunəvi ordulardan biridir. 1994-cü il may ayının 12-də ümumilli liderimizin dövründə Ermənistanla Azərbaycan arasında atəşkəs olmuşdu. Lakin məqsəd o deyildi ki, münaqişələr dondurulmuş qalsın.
Məqsəd o idi ki, tezliklə beynəlxalq təşkilatların gücü ilə birgə bu məsələlər həll olunsun. Yəni, Azərbaycan torpaqları, 7 rayonumuz, eləcə də Dağlıq Qarabağ geri qaytarılsın və Azərbaycan xalqı öz ata-baba yurduna dönsün. Bundan sonra Qarabağın status məsələsinə baxılmalı idi. Ümumilli liderimiz də o vaxt bu məsələni qaldırdı və bildirdi ki, 7 rayon işğaldan azad edildikdən sonra Qarabağdakı ermənilərə dünyadakı mövcud olan ən yüksək muxtariyyəti verəcəyik. Onun davamçısı cənab Prezident İlham Əliyev də dəflələrlə tribunalarda çıxışı zamanı qeyd edib ki, biz erməni xalqının əleyhinə deyilik.
Biz istəyirik ki, Azərbaycan və Erməni stan xalqı bir yerdə yaşasın. Ancaq Ermənistan qeyri-konstruktiv mövqe tutur. Bu gün Ermənistan mövcud status-kvonun dəyişməsinin tərəfdarı deyil. Sözsüz ki, son hadisələrin baş verməsi ondan irəli gəldi ki, demək olar ki, cəbhədə hər gün Ermənistan atəşkəsi pozur, itkilər olur. Yenəd də, yəni aprelin əvvəlində Ermənistan bir neçə kəndimizi dağıtdı. Sözsüz ki, Azərbaycan Ordusu bütün bunlara layiqli cavab verdi. Ermənilər elə fikirləşirdilər ki, Azərbaycan yenə susacaq. Bi müəyyən yüksəklikləri azad etdik. Bu məsələdə bir çox ölkələr, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri yenə də liberal mövqe tutdular. Ermənistan özü Azərbaycana müraciət edib bildirdi ki, danışıqlara hazırdır. Rusiya prezidenti Vladimir Putin bildirdi ki, danışıqlıqlar aparılsın və bu məsələ sülh yolu ilə həll olunsun. Bu gün də gözləyirik ki, bütün bu məsələlər nə zaman həll olacaq.
Bu hadisələr olanda Azərbaycanda kiçikdən böyüyə, qadın və kişilər, hamı ayaq üstə idi ki, kömək etsinlər. Son 10 ilin içərisində gənclərdə o qədər vətənpərvərlik ruhu yaranıb ki, insan valeh olur. Fəxr edirəm ki, bəli, budur bizim Azərbaycan gəncliyi. Əvvəllər bəlkə də hərbə getməyə qorxurdular. Indi isə əlinə silah alan müharibəyə, ön cəbhəyə getməyə can atır. Özü də təkcə oğlanlar yox, qızlarımız da getməyə hazırdırlar. Bakıda, ayrı-ayrı rayonlarında, universitetlərdə də gənclərin tədbirləri oldu. Gənclər ölkə prezidentinin, Ali Baş Komandının əmrini gözlədiklərini və bir nəfər kimi silaha sarılıb düşmənə qarşı vuruşmağa hazır olduqlarını bildirdilər. İnsanların səbr kasası dolub və daşır. Bəzi gənclərimiz heç Şuşanı, Laçını, Kəlbəcəri görməyib. Ancaq onlar bu torpaqları çox sevirlər və o yerlərə getmək istəyirlər.
- Eldar müəllim, QDİƏT P-da bu məsələ ilə bağlı nələri müzakirəyə çıxarmağı düşünürsünüz?
- Beynəlxalq təşkilatlar qarşısında bu məslələr artıq qabarıq şəkildə Azərbaycan nümayəndə heyətləri, eləcə də Azərbaycan səfirləri tərəfindən qaıldırılıb. Səfirlərimiz Polad Bülbüloğlu, Emin Süleymanov, Elin Əmirbəyova sağ olun, deyirik. Hətta Fransada olan Ermənistan səfiri bizim səfirlə debatdan qaçdı. Baxmayaraq ki, heç bizim səfirin səviyyəsindı deyildi, ancaq Elçin Əmirbəyov Fransada erməni diaspor rəhbəri ilə teledebata çıxdı və sözün həqiqi mənasında o erməni biabır oldu. Səfirimizin arqumentli çıxışları qarşısında adam özünü itirdi.
Bilirsiniz, biz hər zaman faşistləri pisləyirik. Ancaq II Dünya Savaşında almanlar mülki əhaliyə toxunmurdular. Ermənilərin isə əsas hədəfi mülki insanlar, uşaqlar, qocalardı. Ermənistan Azərbaycan torpaqlarını tutmaqla bərabər, etnik təmizləmə apardı. Kəlbəcərdə, Zəngilanda, Şuşada, Ağdərədəvə digər işğal edilmiş bölgələrdə bir nəfər azərbaycanlı qalıbmı? Bundfan sonra onlar referendumdan danışırlar. Mənim üçün çox maraqlıdır. Onlar nece referendum keçirirlər? Referendum keçirmək üçün Qarabağda yaşayan azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar, tarazlıq yarandıqdan sonra onlar referendum keçirməlidirlər. Məslənin başqa tərəfi isə odue ki, bu referendum Azərbaycan Konstitusiyasına ziddir.
- Azərbaycanda Şəhidlərə olan münasibəti necə dəyərləndirrisiniz?
- Biz Vətən torpaqlarının azad olunması yolunda müqəddəs savaşa hazırıq. Təbii ki, bu savaş qansız, qadasız, itkisiz ötüşməyəcək. İndi Şəhidlərimizin ata-analarını gözlərində yaş olsa da, deyirlər ki, oğlum Vətən yolunda həlak olub. “Vətən sağ olsun!”. O atalar, analar əsgrlərə müraciət edirlər ki, oğullaımızın qanını yerdə qoymayın, torpaqlarımızı azad edin. Dəfn mərasimlərində istər Milli Ordunun rəhbərliyi, istər icra hakimiyyətləri , istərsə də millət vəkilləri, sadə insanlar, hamı iştirak edir. Ananın ürəyində qübar olsa da, oğlu şəhid olsa da, deyir ki, Allah ona rəhmət eləsin! Vətən sağ olsun! Biz bu şüari Türkiyədə görürdük.
Bu gün isə Azərbaycanda şahidi oluruq. Bu gün Azərbaycan gənclərinin ən böyük arzuları torpaqalarımızı azad etməkdir.
Sona hadisələrdən sonra hisslərimi sizinlə bölüşmək istəyirəm. Azad olmuş yerlərimizə baxanda müəyyən hisslər keçirməyə başladım. Hiss etdim ki, yalnız Insan əsir, girov düşmür. Bu dəfə mən hiss etdim ki, bizim torpaqlarımız əsirlikdədir, girovluqdadır. Biz bəlkə də torpağa cansız varlıq kimi baxırıq. Amma heç də elə deyil. Torpaq da canlıdır. İndi geri alınmış torpaqlara baxıram, orada heç nə bitməyib. Ağac yox! Ot yox! Heç quşların səsini də eşitmirik. Demək torpaq girovluqda olanda yaşamır. Düşünürəm ki, bizim torpaqlarımız əsirlikdədir.
O torpaqlar Azərbaycan əsgərlərini, Azərbaycan gəncliyini gözləyir. Mən əminəm ki, ölkə prezidentimiz, İlham Əliyev cənabları, Ali Baş Komandanımız nə vaxt əmr verərsə, inanın ki, 17 yaşından 77 yaşına qədər hər bir vətəndaş əlinə silah alıb Vətən torpağını azad etmək üçün çox böyük həvəslə cəbhəyə getməyə hazırdır.Mən bu məsələlərlə əlaqədar tələbələrlə görüş keçirdim. Gənclərin dillərindən Qarabağ düşmür.
Tələbələrlə görüşdə dedim ki, mən bu gün sizin rektorunuzam. Amma Ali Baş Komandanımız əmr verərsə, sizə söz verirəm, ehtiyatda olan zabit kimi sizinlə bir yerdə Qarabağı azad etməyə hazıram. Vətən yolunda şəhid olmaq kimi müqəddəs işə hazırıq.
Ulduz İBRAHİMOVA
NUH.az
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Bizimlə donuzdan da pis rəftar edirdilər - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
26 yanvar 2026 11:06
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
2 yanvar 2026 12:10
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
