Metroya gizli yolla girmək istəyən Belarus vətəndaşı barədə yeni - Faktlar
Martın 25-də havalandırma sisteminin borusu vasitəsi ilə Bakı Metropoliteninin stansiyasına girmək istəyərkən Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılan Belarus vətəndaşı Sergey İlyevskiy ilə bağlı araşdırmalar hazırda da davam etdirilir.
Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 2 aylıq həbs qərarı çıxarıldıqdan sonra S.İlyevskiyin Belarusdakı fəaliyyəti, indiyə qədər gördüyü işlər çox diqqətlə yoxlanılır. Onunla bağlı hər bir detal müvafiq orqanlarımız tərəfindən araşdırılır.
Ekspertlərin fikrincə, Azərbaycan hazırda çox həssas dönəmini yaşayır. Bildirilir ki, həm 2-5 aprel arasında Qarabağda ermənilərin törətdikləri təxribatlar nəticəsində baş verən müharibə, həm də Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi ölkəmizin daxilində də terror kimi hadisələr törətmək istəyənləri hərəkətə keçirə bilər.
Belarus vətəndaşının üzərindəki müxtəlif əşyalarla Bakı Metropoliteninə girməyə cəhd etməsinə gəlincə isə ekspertlər hesab edirlər ki, kəşfiyyatçılar digər ölkələrə xüsusi əməliyyatlar üçün gedərkən, adətən özlərini başqa peşənin sahibi kimi göstərirlər. Bu adamın eyni zamanda Gürcüstan, Ermənistandan sonra Azərbaycana gəlməsi şübhələri artıran məqam kimi xarakterizə edilir. Onun üzərində qrafitçi olmasını göstərən əşyaların isə arxasında başqa məqamların gizlənməsi istisna edilmir. Elə İkinci Dünya müharibəsindən bəhs edən “Uzaq sahillərdə” filmindən də bir epizoda diqqət etsək görərik ki, kinoda partizan olan Mehdi Hüseynzadə almanların arasında özünü rəssam kimi təqdim edirdi. Tamamilə mümkündür ki, bu adam da belə bir fənddən istifadə edə bilər. Ekspertlər onu da qeyd edirlər ki, xüsusi xidmət orqanının əməkdaşları adətən həm də xüsusi bacarıqlarına görə seçilirlər.
Onu da qeyd edək ki, bu hadisədən sonra Bakı Metropolitenində təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Artıq stansiya girişlərində olan polis əməkdaşları demək olar ki, hər bir sərnişinin əlindəki çantanı bir-bir yoxlayırlar. Tamamilə mümkündür ki, Belarus vətəndaşının işini araşdıranlar onunla bağlı hansısa məqamı artıq aşkarlayıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətin əməkdaşı Orxan Mansurzadə də polisin gücləndirilmiş iş rejimində çalışdığını təsdiqləyib. O.Mansurzadə bildirib ki, bir müddət əvvəl belə bir qərar verilib: “Polis gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Çox ciddi nəzarət tədbirləri həyata keçirilir”.
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər bildirib ki, Belarus vətəndaşı bir metod olaraq, gəlişinin məqsədini dərhal bildirməyəcək: “Ola bilər ki, hansısa xüsusi xidmət orqanı, yaxud da hər hansı bir terrorçu təşkilat həmin şəxsdən istifadə də edə bilər. Həqiqətən də həmin şəxs jurnalist, karikaturaçı və sairə bu kimi peşə sahibi də ola bilər ki, ondan istifadə etsinlər. Bütün bunlar hamısı araşdırma nəticəsində bəlli olacaq. Heç bir kəşfiyyatçı getdiyi ölkədə öz kimliyini açıqlamır. Onlar ən müxtəlif adlarla gəlirlər. Misal üçün dini missioner, hansısa xarici şirkətin nümayəndəsi, dil kurslarının əməkdaşı və digər ağıla gələn bütün bu kimi üsullarla ölkəyə gələ bilərlər. Ən çox diplomatik immuniteti olsun deyə diplomatik korpusun nümayəndəsi kimi də gələ bilərlər. Sadəcə olaraq, onlar yer və şəraitə uyğun olaraq maksimum diqqət çəkməyən yoldan, vasitədən istifadə edirlər”.
Xatırladaq ki, Belarus vətəndaşı saxlanılan zaman hadisə yerindən qapı açarı, əlcək, alın fənəri, iki kəndir, 10 ədəd boya balonu, rəng püskürən 12 balon başlığı, dayaqlı fotoaparat və başa bərkitmə mexanizmli «Sony» markalı videokamera götürüldüyü bildirilib. Habelə, S.İlyevskiyin üzərindən Tbilisi, Yerevan metrolarının stansiyalarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlandığı qeyd edilib.
Məlumatda həmçinin bildirilib ki, ilkin araşdırmada Belarus Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları da yaxından iştirak ediblər. S.İlyevskiy ifadəsində deyib ki, havalandırma sisteminin borusunda olan dəmir barmaqlıqları kəsməklə metropolitenin tunelinə girib, divarlara qrafiti üslubda rəsmlər çəkmək istəyib.musavat.com
NUH.az
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 2026 21:40
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
