”Qarabağ danışıqlarında normal müzakirələr yoxdur”- Elmar Məmmədyarov
“Son dörd ildə Qarabağ danışıqlarında normal müzakirələr yoxdur. Azərbaycan hər dəfə bəyan edir ki, işğal olmuş torpaqlarda erməni hərbi birləşmələri var. Bu birləşmələr həmin ərazilərdən çıxmalıdır. Münaqişənin həlli istiqmətində irəliləyiş üçün müəyyən məqamlar olduqda isə hər dəfə vəziyyət gərginləşdirilir, cəbhədə toqquşmalar baş verir. Biz doğrudan da anlaya bilmirik ki, erməni tərəfi nə istəyir, hansı yolu seçir? Danışıqlar aparanda da qarşı tərəfə sual verilir ki, sənin "qırmızı xətt"in haradadır, sən nə istəyirsən? Biz bunu başa düşək ki, buna uyğun da danışıqlar aparaq. Əvvəllər yenə də danışıqların müstəvisi bəlli idi. Əvvəl "Madrid prinsipləri" vardı, danışıqlar aparılırdı, sonra Rusiya təklif verdi, danışıqlar davam etdi. İndi isə heç nə bəlli deyil". Modern.az saytı xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəsizliyə təminat verilməyəcəyi təqdirdə Azərbaycanla danışıqların mənasının olmadığı barədə bəyanatını şərh edərkən deyib.
E.Məmmədyarov Ermənistan tərəfinin məntiqsiz addımlar atdığını vurğulayıb: “Biz məntiqi başa düşə bilmirik. Ermənistanda bir tərəfdən hər dəfə bəyanat verirlər ki, münaqişə yalnız sülh yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. O biri tərəfdən də deyirlər ki, danışıqlardan çıxırlar. Danışıqlardan çıxırsınızsa, onda müharibə elan edirsiniz? Münaqişəni müharibə yolu ilə həll etmək istəyirsiniz? Yəni məntiq anlaşılan deyil".
Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən ilin yayında bir sıra təkliflərlə çıxış etdiyini qeyd edən E. Məmmədyarovun sözlərinə görə, təkliflərdə qeyd olunub ki, hansı məsələlərdə razılığa gəlmək mümkün deyilsə, onlar bir kənara qoyulsun, heç olmasa, hərbi və təhlükəsizlik problemləri həll edilsin: "Çünki heç kim istəmir ki, gənclər cəbhədə həlak olsunlar. Bunun üçün də ermənilər hərbçiləri çıxarmalıdırlar. Ermənistan əsgərinin Azərbaycan ərazisində nə işi var? Erməni hərbçilər işğal altındakı torpaqlardan çıxarılandan sonra sülhməramlı da olacaq, yollar da açılacaq, qaçqınlar da qayıdacaq, etimad mühiti də yaranacaq və yavaş-yavaş sülhə nail olacağıq. Yoxsa bu vəziyyətin axırı yoxdur. Biz qonşu ölkələrik, Azərbaycan torpağını götürüb Kaliforniyaya, yoxsa Marselə köçəcəksən? İstər-istəməz qonşularla dil tapmalısan. Ermənistan deyir ki, münaqişə həmsədrlərin, prezidentlərin bəyanatları əsasında həll olunsun. Lap yaxşı. Muskokda qəbul edilmiş altı bəndlik bəyanatın birinci bəndində bildirilir ki, erməni hərbi birləşmələri işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Bunu qəbul edirsənsə, qoşunları çıxarmağa başla də. Öz vətəndaşlarına de ki, vəziyyət budur, qoşunları gec-tez çıxarmalıyıq".
E. Məmmədyarov Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində yaxın vaxtlarda görüş planlaşdırılmadığını da deyib: "Bəlkə həmsədrlərlə görüşdük".
"Madrid prinsipləri"nin Kazan formulu və Lavrovun təklifləri ilə ziddiyyət təşkil edib-etməməsi məsələsinə aydınlıq gətirən nazir qeyd edib ki, bunlar bir-birinə mane olmur: "İstər Madrid prinsipləri, istər Kazan formulu, istərsə də Lavrovun təklifləri olsun, bunlar bir-birinə mane olmur. Sonuncu təkliflər 2009-cu ilin dekabr ayında Afinada bizə təqdim olunmuş rəsmi təkliflərdir. Ermənilər o sənədi qəbul etməkdən imtina etdilər. Həmsədrlər ondan 2-3 ay sonra Ermənistana səfər edərək bu sənədi Ermənistan prezidentinə təqdim etdilər. Məsələ ondadır ki, hamı problemin necə həll olunacağını bilir. "Yenilənmiş Madrid prinsipləri" altı bənddən ibarət olan təkliflərdir. O sənəddə də əksini tapıb, hamı da bilir ki, ilkin olaraq erməni hərbi birləşmələri işğal olunan ərazilərdən çıxarılmalıdır".
Nazir sonda Azərbaycanın danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
NUH.az
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Təbrizə də zərbələr endirildi
28 fevral 2026 16:11
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
