Texniki Universitetdə tələbələrin iki aydır təqaüdləri niyə verilmir? – NARAZILIQ VAR…
Azərbaycanda son dönəmlər yaşanan böhranlı vəziyyət bəzi universitet rəhbərlərinin işinə yarayıb. Onlar böhranı əsas gətirərək, artıq tələbələrin ciblərinə də girməyə başlayıblar.
Azərbaycan Dövlət Texniki Universitetdə analoji vəziyyət yaşanır. Belə ki, hazırda bu ali məktəbdə iki aydır tələbələrə verilən təqaüdlər kəsilib. Tələbələrin verdiyi məlumata görə, təqaüdlərinin kəsilməsinin səbəbi olaraq son dövrlər yaşanan iqtisadi böhran və büdcədə pulun olmaması göstərilib.
Qeyd edək ki, hazırda ADTU-da 7000-ə yaxın tələbə təhsil alır. Onların 70 faizə qədəri ödənişli təhsil alanlardır. Təqribən 2000 tələbə dövlət hesabına təhsillərini davam etdirirlər. Bu tələbələrin hər birinə isə ayda 88 manat təqaüd verilir. Bu da hər ay üçün 176 min manat deməkdir.
Tələbələrin təqaüdlərinin kəsilməsinə göstərişi Texniki Universitetin rektoru Havar Məmmədov verib. Belə ki, o, iqtisadi böhranı və digər səbəbləri əsas göstərib. Halbuki heç bir dövlət qurumu əmək haqqlarının və ya təqaüdlərin verilməsində sıxıntı yaşamadıqlarını bildirirlər. Hətta hökumət belə bu sahədə hər hansı bir probleminin olduğunu açıqlamır.
Məsələni araşdırarkən məlum olub ki, Havar Məmmədova bu addımı özbaşına atıb və şəxsi maraqlarını güdüb. Məlumatlara görə, artıq bir neçə ildir universitetin əsas binasının fasad işləri görülür və bununla bağlı büdcədən xeyli miqdarda pul ayrılıb. Lakin həmin pulların təmir işlərindən başqa bütün işlərə xərcləndiyi məlum olub. Yarımçıq qalmış təmir işlərini yekunlaşdırmaq üçün rektor tələbələrin təqaüd pullarından istifadə etməyə başlayıb. Bu da iki ay üçün orta hesabla 356 min manatlıq bir rəqəm edir ki, həmin pulla təmir işlərinin böyük hissəsini yekünlaşdırmaq mümkündür.
Məlumatlara görə, Havar Məmmədovanın ürəyindən tələbələrin daha iki ay təqaüdlərini verməmək keçir. Bu isə toplam 700 min manatlıq bir vəsait deməkdir ki, rektor bu addımı atmaqla orada təhsil alan gəncləri üzərinə qaldıra bilər.
Bu əsnada bildirək ki, tələbələr artıq narazılıq etməyə başlayıblar. Onlar rektorluqdan məsələyə aydınlıq gətirilməsi və təqaüdlərinin verilməsini tələb edirlər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(Jam.az)
NUH.az
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 2026 18:51
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
