Tağı Əhmədovun batan 11 milyonu - dəyirmanın suyu hardan gəlir?
Tağı Əhmədov tez-tez ölkə gündəmində olan dövlət məmurlarından olub. Bakı Metropoliteninin rəisi vəzifəsində çalışdığı dönəmdə əsasən jurnalistlərlə “atışmaları” ilə yadda qalıb. Tağı Əhmədov vəzifədən getdikdən sonra yalnız rəsmi tədbirlərdə görünür. Bu zaman isə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edir.
Hazırda Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri olan Tağı Əhmədov yenə medianın gündəmindən düşmür. Bu dəfə açıqlamaları, jurnalistləri acılaması ilə yox, milyonları ilə.
Bu günlərdə mətbuatda yayılan məlumata görə, adı “MTN işi”nin qurbanları sırasında hallanan Tağı Əhmədov MTN-in baş idarə rəisi vəzifəsini tutmuş general Akif Çovdarova 3 milyon manat verib. Bu məbləğin ondan şantaj yolu ilə alındığı bildirilir. Hətta iddia olunur ki, T.Əhmədov yaxın zamanlarda hazırda həbsdə olan A.Çovdarovla üzləşdiriləcək.
Məlumatlara görə, T.Əhmədov A.Çovdarovun təhdid və təzyiqləri qarşısında ona 3 milyon manat verməyə məcbur qalıb. T.Əhmədov hüquq-mühafizə orqanlarına müraciətində bildirib ki, A.Çovdarov onu şantaj edib və həbslə hədələyib. Bütün yaxın qohumlarına, o cümlədən Nizami Rayon Məhkəməsində hakim işləyən kürəkəninə qarşı repressiv addımlar atacağını bildirib. Yazılanlara görə, Tağı Əhmədov iki oğlu ilə də hədələnib.
Qeyd edək ki, T.Əhmədovun iki oğlundan biri Xətai Rayon Məhkəməsində, digəri Xarici İşlər Nazirliyində işləyir. Mətbuatda dərc olunan yazılarda vurğulanır ki, T.Əhmədov ona olan hədələrdən ehtiyat etdiyi üçün A.Çovdarovun təklifi ilə razılaşmaq məcburiyyətində qalıb. Onu da əlavə edək ki, T.Əhmədov A.Çovdarovun qurban seçdiyi tək məmur olmayıb. Adları hələ ki açıqlanmayan bir sıra məmurların MTN çetesi tərəfindən şantaj olunduğu yayılan məlumatlar arasındadır.
Qayıdaq T.Əhmədovun digər milyonlarına. A.Çovdarova 3 milyon manat vermək məcburiyyətində qalan T.Əhmədovun bir müddət əvvəl bağlanan “Texnikabank”da 8 milyon manat itirdiyi də məlumdur. Bu barədə fevral ayında “Yeni Müsavat” qəzetində yazı dərc edilmişdi.
Modern.az musavat.com-a istinadən bildirir ki, indi həm mətbuatda, həm də cəmiyyətdə sual doğuran məsələ T.Əhmədovun milyonlarının mənbəyidir. Sual edilir ki, bu dəyirmanın suyu hardan gəlir?
Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illər arasında Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb. Onun hazırkı əmlakının milyonlarla dollar dəyəri olduğu deyilir. T.Əhmədov 16 il ölkənin ən gəlirli sahələrindən birinə rəhbərlik edib. Əsasən də metro keçidlərindəki ticarət obyektləri T.Əhmədov və qohumlarının nəzarətində idi.
Mətbuatın dəfələrlə yazdığına görə, T.Əhmədov var-dövlətinin əsas hissəsini metro ticarətindən əldə edib. Bakı Metropoliteninin ticarətdən gələn illik gəliri isə 10 milyon manatlarla ölçülürdü. Bu illər ərzində T.Əhmədov yığdığı sərvəti həm ölkədəki, həm də xaricdəki banklara əmanət olaraq yerləşdirib. Sabiq rəisin Bakıda və Naxçıvanda da bir neçə dəbdəbəli villalarının olduğu bildirilir.
Onu da əlavə edək ki, T.Əhmədov haqqında yazılanlara münasibət bildirməkdən imtina edirNövbəti dəfə T.Əhmədovla əlaqə saxlamağa, haqqında yazılanlara münasibət öyrənmək istəsək də telefon zənglərimizə cavab vermədi.
Baş Prokurorluğun mətbuat xidməti də T.Əhmədovun A.Çovdarova 3 milyon manat verməsi haqda yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib.
NUH.az
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
