Deputatla bağlı sensasion iddia: Akif Çovdarovla iş birliyi
Kriminal1 may 2016 14:39
Nəriman Əliyev Akif Çovdarovun yardımları ilə əldə etdiyi kapitalını itirə bilər
Deputat üzləşdiyi problemləri tez bir zamanda yoluna qoymaq məqsədilə yeni himayədar axtarışına çıxıb
MTN generalının həbsi «Ştutqart» mağazalar şəbəkəsinin işini çətinə salıb
Artıq hər kəsə bəllidir ki, millət vəkillərinin, məmurların, vəzifə sahiblərinin biznes fəaliyyətilə məşğul olması qüvvə olan qanunvericiliyə görə qəti şəkildə qadağandır. Lakin buna baxmayaraq, hələ də elə deputatlar var ki, bəzən açıq-aşkar, bəzən də üstüörtülü şəkildə sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Misal kimi, 70 saylı Masallı şəhər Seçki Dairəsinin deputatı Nəriman Əliyevi göstərmək olar.
Onun MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığında olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgilərdə deyilir ki, Nəriman Əliyevin bacısının həyat yoldaşı da hazırda məhz bu işlə bağlı həbsdədir.
Deputatın Akif Çovdarovla münasibətlərinin bir neçə il öncəyə dayandığını qeyd edən mənbə bildirir ki, Nəriman Əliyev çətinə düşən kimi daim MTN generalının yardımlarına baş vurub: «Deyilənlərə görə, onlar biznes ortağı olmaqla yanaşı, kifayət qədər yaxın münasibətlərə də malik olublar. Məhz elə buna görə də deputat hər həfə çətinə düşən kimi Akif Çovdarova müraciət edir və bu yolla məsələni öz xeyrinə həll olunmasına nail olurdu. Bildirilir ki, Nəriman Əliyev biznes sahəsindəki rəqiblərini Akif Çovdarovun müdaxiləsi, onun güclü himayəsi sayəsində «neytrallaşdırmağı» bacarıb. Lakin nədənsə hələ də istintaq onun ifadəsinə baş vurmayıb. Halbuki Nəriman Əliyevi dindirməklə bir çox mətləblərə aydınlıq gətirilə, qaranlıq məsələlərin üstü açıla bilər».
Deputatın «Nur M» şirkətinin uzun illər Akif Çovdarovla şərikli fəaliyyət göstərdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən şirkət əsasən İrandan xurma, kişmiş, quru meyvə gətirməklə məşğul olub: «Deyilənlərə görə, hətta bu məhsullar üzrə monpolist kimi çıxış edib. Ancaq deputatın başqa bir biznesi daha varmış ki, o da gömrüklə bağlıymış. Belə ki, Nəriman Əliyev Akif Çovdarovun dəstəyi sayəsində Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi bir çox malların satışını həyata keçirib.
Qeyd olunur ki, deputatın müsadirə olunmuş malları yığmaq üçün böyük anbarları da var. Belə ki, Nəriman Əliyevin işlərini bacısının əri həyata keçirib və bütün mühasibatlıq işləri də onda olub. Onu da nəzərinizə çatdırım ki, deputata məxsus olan və əsasən Almaniya istehsalı olan avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan «Ştutqart» mağazalar şəbəkəsi son zamanlar iflasın eşiyinə doğru irəliləyir.
Deyilənlərə görə, bunun əsas səbəbi Akif Çovdarovun həbs olunması və onunla bağlılılığı olan şəxslərin fəaliyyətinin araşdırılmasıdır. Paytaxt sakinlərinə bəllidir ki, «Ştutqart» mağazalar şəbəkəsi uzun illərdir ki, avtomobil ehtiyat hissələri bazarını inhisara alıb və buna görə də özünə sərf etdiyi qiymətləri tətbiq edir. Təbii ki, «Ştutqart»ın bu səviyyəyə gəlməsində, yəni bazarda mövqeyinin möhkəmlənməsində Akif Çovdarovun müstəsna əməyi olub. Lakin bu gün general törətdiyi əməllərə görə həbsdədir. Bu isə «Ştutqart» mağazalar şəbəkəsinin işini xeyli çətinə salıb. Çünki artıq Nəriman Əliyevin biznesini himayədarı yoxdur».
Deputatın mövcud vəziyyətlə barışmaq niyyətində olmadığını deyən mənbə bildirir ki, Nəriman Əliyev üzləşdiyi problemləri tez bir zamanda yoluna qoymaq məqsədilə yeni himayədar axtarışına çıxıb: «Deyilənlərə görə, son zamanlar biznesi ciddi təhlükə ilə üz-üzə qalan, ard-arda ağır zərbələr alan deputat kapitalını qorumaq, həmçinin biznesini əvvəlki səviyyəyə qaldırmaq üçün yeni himayədar axtarmağa başlayıb. O, bu məqsədlə bir sıra nüfuzlu şəxslərin qəbulunda olub. Lakin hələlik heç kim ona müsbət cavab verməyib. Görünən odur ki, adının uzun müddət Akif Çovdarovla yanaşı çəkilməsi Nəriman Əliyevə olan inam və etibarı xeyli sarsıdıb. Bu səbəbdən də bu gün artıq ona arxa-dayaq olmaq istəyən biri yoxdur. Əgər belə davam edərsə, o zaman tezliklə deputatın durumu xeyli çətinləşə, Akif Çovdarovun yardımları ilə əldə etdiyi kapitalını itirə bilər».///7News.az
NUH.az
Oxşar xəbərlər
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 2026 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
9 fevral 2026 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
Xəbər lenti
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
Video & Fotoqalereya
Video
Fotoqalereya
