- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Bərdə ziyalılarından Maliyyə nazirinə şok müraciət: İcra başçısı büdcəni talayır!
Bərdə rayonunda yaşayan bir qrup ziyalı Maliyyə naziri Samir Şərifova məktub yazaraq, İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin İcra Hakimiyyətinin məsul şəxsləriylə əlbir olaraq, büdcə vəsaitlərini necə mənimsədiyinə dair sensasion faktlar açıqlayıblar.
7 nəfərin imzası ilə Strateq.az-a göndərilmiş məktub-müraciətdə Maliyyə naziri Samir Şərifova xitabən deyilir: "Dəfələrlə Sizə və ölkənin digər yuxarı orqanlarındakı rəhbər şəxslərə Vidadi İsayevin qanunsuz əməlləri, saxta sənədlər əsasında büdcə vəsaitlərini talaması və digər qanuna sığmayan hərəkətləri barədə müraciətlər etməyimizə baxmayaraq, bizim müraciətlərimiz cavabsız qalıb. Anlaya bilmirik, həmin vəzifəni icra edən adamlar kimdən ötəri oturublar orada? Millətin vəsaitini talan etmək üçünmü? Xalqı talamaq üçünmü? Özlərinə və əshabələrinə bu yazıq millətin hesabına varidat toplamaq üçünmü?”.
Məktub müəllifləri söylədiklərinin təsdiqi olaraq, göstərirlər ki, V.İsayev Bərdə rayon İH-nə başçı təyin edildiyi 03 mart 2011-ci il tarixdən bugünədək təkcə Bərdə rayon İcra Hakimiyyətinə (Təhsil, Səhiyyə, Mədəniyyət və digər büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) abadlıq, quruculuq və yol tikintisi üçün Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən 30,0 (otuz) milyon manata yaxın pul vəsaiti ayrılıb: "Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub. Qalan vəsaitin hara sərf olunması məlum deyil. Rayonda görülmüş digər abadlıq, quruculuq işlərinin, demək olar ki, 90%-i yerli sahibkarlar və idarə-müəssisə rəhbərləri tərəfindən öz vəsaitləri hesabına aparılıb. V.İsayev saxtakarlıqların bir hissəsini özünün şəhər üzrə nümayəndəsi vasitəsi ilə edib. Belə ki, 2014-cü ildə şəhərin heç bir küçə və prospektinə asfalt döşənmədiyi halda, şəhər İcra nümayəndəliyi tərəfindən İcra Hakimiyyətinə təqdim edilmiş saxta arayışda şəhərdə, guya, asfalt döşəndiyi və digər abadlıq işləri görüldüyü bildirilmiş və həmin ilin mart-aprel aylarında 750,0 min manat pul vəsaitinin sərf olunduğu göstərilmişdir. Hansı ki, İcra Hakimiyyətinə təqdim edilmiş həmin arayışlar əsasında 2014-cü ilin mart və aprel aylarında rayonda görülmüş abadlıq və quruculuq işləri barədə Prezident Aparatına saxta məlumat verilmiş və bununla da Dövlətin özü aldadılmışdır”. Müraciət müəllifləri daha sonra Samir Şərifova yazırlar: "Acınacaqlı hal ondan ibarətdir ki, Sizin yerdəki nümayəndəniz – Maliyyə İdarəsinin rəisi onun qanunsuz əməllərinin qarşısını almaq əvəzinə, bilərəkdən onunla əlbir olub ayrılmış büdcə vəsaitlərinin talanmasına şərait yaratmışdır. Hansı ki, Maliyyə İdarəsinin rəisi, rayonda büdcə vəsaiti hesabına görülmüş işlərə ödəniş həyata keçirərkən, görülmüş işlərə komissiya tərəfindən baxış keçirilib aktlaşdırmasını təmin etməli və sonra pulun ödənilməsinə sərəncam verməli idi. Lakin o, bu işlərin heç birini etməmiş (etsə də formal surətdə etmişdir), əvəzində saxta sənədlər əsasında pul vəsaitinin ödənişini aparmışdır”. Bərdə ziyalıları daha sonra qeyd edirlər: "Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına əsasən, guya, 2014-cü ildə Bərdə şəhərinin küçələrinə "İnstal-Servis” MMC tərəfindən 593,8 min manatlıq asfalt döşəndiyi bildirilmiş və həmin vəsait "İnstal-Servis” MMC-nin hesabına köçürülmüşdür. Həqiqətdə isə işlər görülmədən ödəniş aparılmışdır”. Müraciət müəllifləri İcra başçısı Vidadi İsayevi öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaqda, yerli sahibkarları, iş adamlarını dövlətdən narazı salmaqda suçlayaraq, yazırlar: "O, yerli karyerlərdən götürülmüş qum-çınqılın pulunu ödəməmiş, sahibkarlara məxsus obyektlərin fasad hissələrinə sahibkarların özlərinə aqlay vurdurtmuş, obyektlərinin qarşı hissəsindəki səkilərə tamet döşənməsini də onların şəxsi vəsaitləri hesabına etdirmişdir. Bu görülmüş işlər üçünsə qeyri-qanuni "Forma 2”lər tərtib etdirərək, pul vəsaitlərini sildirmişdir. Maliyyə İdarəsinin rəisi isə bu işlərdə V.İsayevə yardımçı olmuşdur”. Bərdə ziyalılarının Maliyyə naziri Samir Şərifova müraciətində daha sonra deyilir: "Sizin ünvanınıza göndərdiyimiz müraciətimizə nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov cavab verərək bildirir ki, gələcəkdə növbəti nəzarət tədbirləri həyata keçiriləndə göstərdiyimiz nöqsanlar araşdırılacaq. Onun cavabından belə görünür ki, onlar növbəti nəzarət tədbirləri həyata keçirənə qədər büdcə vəsaitlərinin talan olunması davam edəcəkdir. Cənab Nazir, Sizdən soruşuruq: büdcədən ayrılan vəsaitlərin qanunsuz əməllər nəticəsində dağıdılmasının qarşısının alınmasını və büdcəyə geri qaytarılmasını təmin etmək, məgər Maliyyə Nazirliyinin işi deyil?! Bəyəm, nöqsanla qanunsuzluğu Maliyyə Nazirliyində ayıra bilmirlər?! Biz müraciətimizdə V.İsayevin qanunsuz əməllərini yazmışıq, nöqsanlarını yox! Bəlkə, biz bilmirik, Siz deyin görək, büdcəyə nəzarəti hansı orqan həyata keçirir? Bildiririk ki, nazirliyinizin əməkdaşları tərəfindən "Vətəndaşların Müraciətləri haqqında” Qanunun 7-ci maddəsinin 7.5 və 7.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Bundan əlavə, göndərdiyimiz müraciətlərin mətnində RİH-nin başçısı V.İsayevin əməllərində korrupsiya elementləri də olduğunu qeyd etdiyimiz üçün, müraciətimizə əsaslandığımız Qanunun 9-cu maddəsinin müvafiq bəndlərinə görə (9.2, 9.3.1) baxılmalıdır. Məlumat üçün bildiririk ki, biz – bir qrup Bərdə ziyalısı, rayonda baş alıb gedən qanunsuzluqlar və korrupsiya halları, eyni zamanda büdcə vəsaitlərinin talanması barədə ətraflı məlumatlara malikik. Həmin faktların araşdırılmasını və talanmış vəsaitlərin dövlət büdcəsinə qaytarılmasını təmin edənə, günahkarların isə məsuliyyətə cəlb olunmasınadək mübarizəmizi davam etdirəcəyik. Sizdən Maliyyə naziri vəzifəsini icra edən bir səxs kimi, tələb edirik: Bərdə rayonunda büdcə vəsaiti hesabına görülmüş işləri bizim iştirakımızla yoxlatdırın! V. İsayevin etdiyi qanunsuzluqlar, eyni zamanda büdcədən ayrılmış vəsaitlərin Təhsil və Mədəniyyət şöbələrində necə talan edilməsi barədə əlimizdə kifayət qədər materiallar vardır ki, həmin materiallar yoxlamanın gedişində Sizin nümayəndələrə təqdim ediləcəkdir”. Qeyd edək ki, Bərdə ziyalılarının adından müraciəti aşağıdakı şəxslər imzalayıblar: 1. Abbasov Abbas (AZE 03597585) 2. Həsənov Rüstəm (AZE 04980627) 3. Baxşalıyev Şahlar (AZE 06886009) 4. Əliyev Yusif (AZE 04473783) 5. Cavanşirov Elşən (AZE 14283446) 6. Məmişov Fazil (AZE 08562283) 7. Sadıqov Əli (AZE 04848136) Strateq.az
NUH.az
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
1 may 2026 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 2026 13:53
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
27 aprel 2026 13:09
- ŞOK - Erməni jurnalist Azərbaycana müraciət etdi: Rica edirəm qalan ERMƏNİ OĞ.AŞLARI BURAXMAYIN
27 aprel 2026 12:09
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
