Atatürk Azərbaycanı Sovet Rusiyasının işğalından xilas edə bilərdimi?
90-cı illərdən bəri bəzi şəxslər belə bir iddia ilə çıxış edirlər ki, guya Mustafa Kamal Atatürk hökuməti 1920-ci ildə Azərbaycanı bolşeviklərə "satıb". Düzdür, Qurtuluş Savaşı dövründə Ankara ilə Moskva arasında iqtisadi və siyasi ittifaqın varlığı danılmazdır, amma Qafqazın işğalını bu dostluğa aid etmək absurddur. İstanbuldakı Osmanlı hökümətinin min cür təzyiq altında, əziyyətlə təbliğat aparan Atatürk, nəhayət, 23 aprel 1920-ci il tarixində Türk Böyük Millət Məclisinin açılışını edir və beləcə, Anadoluda eyni anda 2 fərqli türk-müsəlman höküməti yaranır.
I Dünya Müharibəsində ağır məğlubiyyətə düçar olmuş Osmanlı İmperiyası 4 dövlətdən asılılığı qəbul etmiş, bir neçə şəhərdən başqa, bütün vilayətlərini itirmişdi. Lakin dövrün sultanı VI Mehmed, yaxud digər adı ilə Sultan Vəhdəddin taxt-tacını əldən verməmək üçün çox işlər görmüşdü, nəticədə, buna nail olmuşdu. Anadoludakı türklərə mübarizəni dayandırmaları barədə çağırışlar edən, Atatürkü xəyanətdə ittiham edən İstanbul hökümətinin bu mövzuda bütün cəhdləri uğursuzluqla nəticələnirdi.Çünki Mustafa Kamal Paşanın öndərliyini qəbul edən kütlələr üçün "ox yaydan çıxmışdı".

Elə bu kütlələri yönləndirən şəxslər Atatürkün başçılığı altında 23 aprel 1920-ci il tarixində Ankarada toplanırlar və Milli Məclisi açıq elan edirlər. Qeyd edək ki, həmin dövrə qədər Qurtuluş Savaşında işğalçılara qarşı mübarizəni "Kuvayi-Milliye" aparırdı. Və bu təşkilat qeyri-nizami döyüşən yerli özünümüdafiə təşkilatı idi. Yəni heç kim onlara "bunu edin" əmri verə bilmirdi. Lakin 23 aprel tarixindən başlayaraq "Türk Milli Hərəkatı" yaradılır və beləcə, nizami qoşun təşkil edilir, sərkərdələr və onların döyüşəcəkləri bölgələr müəyyənləşdirilir. Təbii ki, bu işlər uzun müddət və gərgin əmək tələb edirdi. "Kuvayi-Milliye"nin tamamilə ləğvi 1921-ci ildə baş verəcəkdi.
Yəni, 28 aprel 1920-ci il tarixində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunarkən Türkiyədə Atatürkün hakimiyyətinin quruluşundan heç 100 saat da keçməmişdi. Belə qısa bir müddətdə hər hansı bir "satış" prosesindən danışmaq absurddur. Bundan əlavə, Ankara hökuməti Azərbaycanı qorumaq istəsəydi belə, nə edə bilərdi? Qızıl Ordunun Bakıya daxil olduğu tarixdə Mustafa Kamal Paşanın əmrində Qafqaza göndərə biləcəyi nizami bir qoşun mövcud deyildi.
Fərz edək ki, "Kuvayi-Milliye" "Bakı üçün döyüşmək" barədə əmr aldı. Bu halda onların gəlişi mümkün idimi? Xeyr, çünki I Dünya Müharibəsindən sonra fransızların və rusların dəstəyini alan ermənilər Şərqi Anadolu bölgəsini işğal etmişdilər. Yalnız 28 oktyabr 1920-ci ildə Kazım Karabəkir Paşanın qoşunlarının 10 günlük hərəkatı nəticəsində ermənilər darmadağın edildilər və Türkiyənin Qafqazla olan sərhədləri bərpa edildi. Buradan belə bir nəticəyə gəlmək olar ki, Atatürkün bizə kömək üçün göndərə biləcəyi nə nizami qoşunu var idi, nə də həmin qoşunu göndərəcəyi yolu.
1920-ci ilin aprelində Anadolunun işğal olunmuş əraziləri
Ankara höküməti ilə Sovet Rusiyasının danışıqla Qafqazı bölüşdürdüyünü iddia edənlər isə. Sadəcə olaraq, nəzərə almalıdırlar ki, Türkiyə və Rusiyanın ilk şifahi razılığı 1920-ci ilin sentyabr ayına təsadüf edir. Həmin anlaşmaya əsasən, ruslar ermənilərə hərbi və maddi yardım göndərməyi dayandırırlar. Deməli, sentyabr ayından öncə Rusiya Ermənistanın müttəfiqi rolunda çıxış edir və Qurtuluş Savaşında Ankaraya düşmən mövqeyində dururdu.
Bütün türk xalqları üçün tarixi şəxsiyyət olan, öndərliyi, fikirləri və vətənpərvərliyi nümunə kimi şəksiz qəbul edilən Mustafa Kamal Paşa Atatürkə qarşı yürüdülən antireklam kampaniyası tamamilə böhtanlar üzərində qurulub. Həqiqətlər bütün saflığı ilə göz önündədir. Lazım olan tək şey araşdırmaq və yalnız bundan sonra inanmaqdır.
Rüstəm İsmayılbəyli. Virtualaz.org
NUH.az
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 2026 20:42
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
