- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Zaminlikdən necə imtina etmək olar? - Araşdırma
Kredit üzrə zamin dayanan şəxs, borcalanın özü qədər məsuliyyət daşıyır. Çox zaman insanlar kor-koranə, sırf yaxınlarının xahişlərini yerə salmamaq xətrinə zaminlik müqaviləsini imzalayır. Borcalan kredit borcunu ödəmə iqtidarında olmadıqda və ya borc ödəməkdən yayındıqda, bank, borcu zamindən tələb edir. Zamin kreditə görə bütün əmlakı ilə məsuliyyət daşıyır.
Zamin müqaviləni vaxtından əvvəl poza bilərmi?
Bəzən insanlar zaminlik müqaviləsini imzalasalar da, ya sonradan məsələnin ciddiliyini başa düşərək, ya zamin dayandıqları adamın intizamsızlığını gördükdə, ya da sadəcə, həmin şəxslə münasibətləri pisləşdiyinə görə, zaminlikdən imtina etmək fikrinə düşürlər. Bəs bu mümkündürmü? Azərbaycan Banklar Assosiasiyasının (ABA) hüquqi ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev bildirdi ki, müqavilə müddəti başa çatmayana qədər zamin bu müqavilədən imtina edə bilməz. Onun sözlərinə görə, zaminlik məsələsi Mülki Məcəllənin 470- 477-ci maddələri ilə tənzimlənir. Doğrudur, şəxs zaminliyin ləğvi üçün məhkəmədə iddia qaldıra bilər. Belə ki, zaminliyə xitam verilməsi ilə bağlı imkanlar Mülki Məcəllənin 477-ci maddəsində əksini tapıb. Digər hallarla yanaşı, bu maddədə göstərilib ki, əgər kreditor (yəni bank) borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə zamin olan şəxs zaminliyin ləğv edilməsi barədə iddia qaldıra bilər. «Amma təcrübə göstərir ki, nəticə demək olar ki, bütün hallarda perspektivsiz olur»-deyə Q.Ağayev bildirir.
Dollar kreditlərinin zaminləri üçün şans
Hüquqşünas Əkrəm Həsənov bildirir ki, əgər kredit müqaviləsinə zaminin xəbəri olmadan dəyişikliklər edilibsə, zaminliyə xitam verilə bilər: «Zaminin xəbəri olmadan müqaviləyə dəyişiklik edildikdə, yəni əgər kredit müddəti uzadılarsa və bununla da faizlər artırılarsa artıq zaminlik qüvvədən düşmüş sayılır, zamin artıq zamın hesab olunmur. Məsələn, devalvasiydan sonra kreditlərin müddətinin uzadılmasını buna misal kimi göstərmək olar.
Bundan başqa, borcalan kredit müddəti bitdikdən sonra, 1 il ərzində zaminə kredit ödənişi ilə bağlı tələb irəli sürmədikdə haminlik başa çatır: «Bank kredit müddəti bitdikdən sonra 3 il ərzində borcalandan, 1 il müddətində isə zamindən borcu tələb etməlidir. Kredit müqaviləsi bitdikdən sonra kredit borcunun üzərinə 5% gəlir».
Eləcə də bax: «Banklar bunu zaminə demirlər» - ZAMİNLƏR ÜÇÜN SÜRPRİZ
Zamini aldadıblarsa müqavilə qüvvədən düşür
Ə.Həsənovun sözlərinə görə, əgər müqavilə imzalanarkən zamini aldatma faktı varsa, bu müqavilənin ləğvi üçün əsas ola bilər: «Məsələn əgər zaminə girovun olduğunu bildiblər, əksinə isə belə bir şey yoxdursa bu artıq qanunsuz hesab olunur. Zamin borcu ödədikdən sonra, girovun müəyyən hissəsini tələb edə bilər».
«Mənim pulum yoxdur, zaminlikdən çıxıram»
Ə.Həsənov bildirir ki, əgər zamin borcu ödəmək qabiliyyətində deyilsə və gəlirləri yoxdursa, Vergilər Nazirliyinə müraciət edərək, gəlirlərinin olmaması, vergi ödəməməösi haqqında sənəd ala bilər: «Belə halda borca görə zamini narahat etmək düzgün sayılmır və məhkəmə buna görə müvafiq olaraq nazirliyi düzgün məlumat verməməkdə ittiham edir».
Zamini borcalan özü dəyişə bilər
Zaminin dəyişməsi də mümkündür. Bir şərtlə ki, onu müqavilədə başqa zamin əvəz etsin. Bu məsələni də zamin özü yox, borcalan qaldıra bilər və yalnız bankın razılığı ilə zamin başqa şəxslə əvəzlənə bilər.
Zamin ödənişlərdən imtina edə bilərmi?
Azərbayan qanunvericiliyinə görə, zaminin məsuliyyətə cəlb olunması müqavilə şərtlərindən asılıdır. Q.Ağayev bildirir ki, ümumiyyətlə qanunvericiliyə görə, zamin subsidiar və ya solidar məsuliyyət daşıyır. Subsidiar məsuliyyət zamanı, zamin borclu ilə eyni məsuliyyət daşımır. Solidar məsuliyyət isə odur ki, zaminlə borclu bank qarşısında eyni məsuliyyət daşıması deməkdir. Yəni bu halda borcun birinci zamindən və ya borcalandan tələb olunmasına bank qərar verir.
Zamin borcalanı məhkəməyə verə bilər
Beləliklə, müqavilə imzalandığı vaxtdanetibarənzaminbankqarşısındaməsuliyyətdaşıyır. Əgər borclunun krediti ödəmək imkanı yoxdursa, bundan imtina edirsə, ümumiyyətlə hər hansı səbəbdən onu borcunu ödətdirmək mümkün olmursa, borcu ödəmək vəzifəsi zaminin üzərinə düşür. Amma məsələnin başqa tərəfi var - zamin kredit məbləğini tam ödədikdən sonra, borcgötürəni məhkəməyə verə və ondan baka ödədiyi məbləği tələb edə bilər.
Bankınzaminə güzəştetmək öhdəliyi yoxdur
Ölkə qanunvericiliyinə görə, bankzaminə güzəştetməyə borcludeyil – onunlaborculankimirəftarolunacaq. Bununla yanaşı, bank zaminin vicdanlı münasibətini, borcu ödəmək üçün atdığı addımları, maliyyə vəziyyətini nəzərə almaqla zaminə güzəştlər edə bilər. Güzəşt dedikdə isə, kredit müddətinin uzadılması və bu yolla aylıq məbləğin azaldılması, cərimənin təxirə salınması nəzərdə tutulur.
Əkər hallarda məhkəmə qərarı zaminin əleyhinə olur
Hüquqşünaslar bildirir ki, bəzi zaminlər borc ödəməmək üçün müxtəlif vasitələrə əl atırlar. Borcu gecikdirmək, məhkəmə çəkişmələri və s. Q.Ağayev bildirir ki, adətən bu addımlar zaminin vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirir. Çünki bir qayda olaraq məhkəmə qərarları zaminin əleyhinə olur. Üstəlik, əlavə addımlar onların xərclərini daha da artırır. Belə ki:
1. Zamin borcu ödəmədikdə kredit borcu şişməyə başlayır. Belə ki, fazilər və cərimələr artır.
2. Məhkəmə işləri üzrə xərclər artır. Yəni, vəkil tutulması və s.məsələlər əlavə xərcə səbəb olur.
3. Həmçinin, məhkəmə icraatçılarına görə, borcun üzərinə əlavə 7% gəir.
4. Həmçinin bank əgər zaminin məhkəmə işinini vaxtı uzatmaq məqsədilə açdığını aşkar edərsə, zamin cinayət məsuliyyətinə cəlb edilə bilər.
«Müflisləşmə barədə qanun lazımdır»
ƏkrəmHəsənovunsözlərinə görə, Azərbaycanda fiziki şəxslərin müflisləşməsi ilə bağlı qanunvericilik mövcud olmadığına görə, belə hallar yaranır: «Təssüfki, qərb ölkələrində olduğu kimi, ölkəmizdə özünü müflisetmə haqqında qanun yoxdur. Belə bir qanunun mövcudluğu, zaminlik müqaviləsinə birbaşa son qoya bilər. Lakin, yaxın 1-2 il ərzində qanunun ölkəmizdə də qüvvəyə minəcəyi gözlənilir» -deyə hüquqşünas əlavə edib.(fins.az)
NUH.az
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
2 may 2026 00:12
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
1 may 2026 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
1 may 2026 21:31
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
1 may 2026 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
1 may 2026 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 2026 21:51
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 2026 21:52
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
