274 nömrəli məktəbin direktor müavini sevgilisinə pul atıb
Atakişi Cəfərov Aksana Cəlilovanın əməllərini nədən görməzdən gəlir?
Gözəllik salonundan qaçırılan qıza görə kim məsuliyyət daşıyır? 1985-ci ildə inşa edilərək şagirdlərin istifadəsinə verilən, Qaradağ rayonu Mikayıl Müşfiq qəsəbəsində yerləşən Etibar Şirəliyev adına 274 nömrəli orta məktəbin fəaliyyəti adıçəkilən qəsəbənin sakinlərinin kəskin etirazına səbə olur. Belə ki, sözügedən təhsil müəssisəsinin 1174 yerlik 3 korpusdan ibarət olduğunu bildirən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, 274 nömrəli orta məktəbin direktoru Atakişi Tofiq oğlu Cəfərovun nöqsanlı fəaliyyəti nəticəsində şagirdlər normal təlim-tədrisdən məhrum qalıb. Onu da nəzərinizə çatdıraq ki, Cəbrayıl rayonundan olan məcburi köçkün və hazırda Binəqədi rayonu Biləcəri qəsəbəsində məskunlaşan Əlisadət Qabil oğlu Əliyev 2011-ci ildə tanış olduğu xanımla 2015-ci ilədək münasibətdə olduğunu bildirməklə yanaşı, bu dövr ərzində 274 nömrəli orta məktəbin direktor müavini vəzifəsində çalışan Aksana Arif qızı Cəlilovanın onun etimadını qazanaraq ümumilikdə 4600 manat pulunu «dələduzluq» yolu ilə mənimsədiyini iddia edir. Qeyd edək ki, Əlisadət Əliyev dəfələrlə direktor müavini işləyən xanımdan pulunu tələb etsə də, bunun heç bir faydası olmayıb. Belə ki, Aksana Cəlilova pulu qaytarmaq əvəzinə bir zamanlar bir yerdə yaşadığı şəxsi, yəni sevgilisi Əlisadət Əliyevi hədə-qorxu, təhdid yolu ilə susdurmağa çalışıb. Bundan sonra Əlisadət Əliyev yardım məqsədilə adıçəkilən qadının çalışdığı orta məktəbin direktoru Atakişi Cəfərova müraciət edib. Əlisadət Əliyev bildirir ki, Atakişi Cəfərovla görüşüb mütəmadi siqaret və spirti içki qəbul edən 274 nömrəli orta məktəbin direktor müavini Aksana Cəlilovanın ona 4600 manat pul aldığını və geri qaytarmaq niyyətinin olmadığını deyib. Atakişi Cəfərov isə cavabında müavini barəsində lazımı ölçü götürüləcəyini, tutduğu vəzifədən sui-istifadə etmənin və müəllimlik adına yaraşmayan davranış sərgiləməyin layiqli cəzasını alacağını qeyd edib. Direktoru həmçinin, zərərçəkmişə söz verib ki, yaxın günlərdə onun 4600 manat pulu geri qaytarılacaq. Lakin nədənsə direktor verdiyi vədin üzərində durmayıb, əksinə Əlisadət Əliyevi təhdid edib, ona hədə-qorxu gəlib. Bu arada, məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgilərdə o da bildirilir ki, 274 nömrəli orta məktəbin direktor müavini Aksana Cəlilova bu yaxınlarda yaşı 65 olan və müəllimlik vəzifəsindən azad edilərək təqaüddə göndərilməli olan Solmaz və Tamilla müəllimədən 1000 manat alaraq onlarla müqavilə bağlayaraq məktəbdə işləmələrinə şərait yaradıb: «Deyilənlərə görə, Aksana Cəlilova bundan öncə münasibətdə olduğu bir şəxsi öz qohumlarının əli ilə 6-cı polis bölməsinə şikayət etdirib və bu hall iki dəfə təkrarlanıb. Həmin qohumları, yəni xalası qızları deyilən xanımlar isə gözəllik salonlarında işləyirlər. Həmin salonlar isə Aksana Cəlilovaya məxsusdur. 4 salon və bir restoran işlədən 274 nömrəli orta məktəbin direktor müavini Aksana Cəlilova və «komandası» müxtəlif ərazilərdə bir neçə obyektə sahibdir. O, bütün obyektlərinə öz xalası qızlarını yerləşdirib. Hələ bu, harasıdır Deyilənlərə görə, Aksana Cəlilova 274 saylı məktəbin şagird qızlarından bir neçəsini də həmin gözəlik salonunda sənət öyrənməyə sövq edib. Məsələnin maraqlı tərəfi ondadır ki, bir müddət öncə həmin qızlardan biri gözəllik salonundan çıxarkən naməlum şəxslər tərəfindən qaçırılıb. Lakin nədənsə 274 nömrəli orta məktəbin direktor müavini Aksana Cəlilova bu məsələyə görə sorğu-sual edilməyib. Halbuki bu işdə onun da barmağının olması ehtimal edilir…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. /Gundelik-Bak.com/
NUH.az
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 2026 14:25
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Bu gün Azərbaycanda Gənclər Günüdür
2 fevral 2026 11:02
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
