Azərbaycanda ölən şəxsə kredit necə verilib? - Bankdan açıqlama
"Parabank"ın Nərimanov rayon filialında Bakı sakini, 19 avqust 2014-cü ildə vəfat etmiş Vaqif İskəndər oğlu İbrahimovun adına 14 sentyabr 2015-ci il tarixli 035/15/PBN nömrəlikredit müqaviləsi imzalanıb.
“Qafqazinfo” musavat.com-a istinadən bildirir ki, mərhumun həyat yoldaşı Xəyalə İbrahimova məsələni aydınlaşdırmaq üçün banka üz tutub. Bankdan ona 1 il 1 ay əvvəl rəhmətə getmiş həyat yoldaşına kreditin hansı şəkildə verilməsi haqda izahat verməyiblər. X.İbrahimova vəkil Əziz Qənbərovla müqavilə bağlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb. Vəkil deyir ki, mərhum "Parabank"ın Nərimanov filialının intizamlı müştərisi olub. Bankdan müxtəlif vaxtlarda kreditgötürüb və vaxtında ödənişlər edib.
"Vaqif İbrahimov rəhmətə getdikdən sonra bankdan onun adına 11 mart 2016-cı il tarixli, 635/16 saylı bildiriş məktubu göndərilib. Mərhumun həyat yoldaşı məktubu oxuyanda gözlərinə inanmayıb. Bankdan göndərilən məktubda yazılır ki, Vaqif İbrahimovla 14 sentyabr 2015-ci il tarixli, 035/15/PBN nömrəli kredit müqaviləsi bağlanıb?!" - deyə vəkil deyir.
O, "bankda rəhmətliklərlə müqaviləni necə bağlayırlar" sualına aydınlıq gətirmək üçün Nərimanovfilialına yollanıb. Lakin vəkilə də filialdan ağlabatan bir izahat verilməyib. Ə.Qənbərov sənədləri toplayaraq hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır, deyir ki, bank məsələyə aydınlıq gətirməlidir.
"Göndərdikləri məktubda yazırlar ki, guya mərhum həmin müqavilə üzrə borc öhdəliyini icra etmir və bu səbəbdən tutulma onun yüklü əmlakına yönəldiləcək. Mərhumun həyat yoldaşı isə deyir ki, yaşadığı mənzilin yüklü olması ona həmin məktubdan sonra məlum olub. Mərhumun həyat yoldaşı ilə 1997-ci ildən rəsmi nikahda olmasına və həmin evdə qeydiyyatda olmasına baxmayaraq, evin yüklü olması barədə onun razılığı olmayıb", - deyə vəkil Əziz Qənbərov bildirib.
***
Parabank ölü adama kredit verilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, ASC-nin Nərimanov filialında Bakı sakini 19 avqust 2014 cü ildə vəfat etmiş Vaqif İsgəndər oğlu İbrahimovun adına 14 sentyabr 2015 ci il tarixli 035/15/PBN nömrəli kredit müqaviləsinin imzalanması düzgün məlumat deyil.
Vaqif İsgəndər oğlu İbrahimov Parabank ASC-nin Nərimanov filialından kredit götürən zaman subay olub. Krediti ödəməkdən boyun qaçıran müştəriyə filial rəhbərliyi bildiriş göndərib. Həmin bildirişdə kreditin verilmə tarixi mexaniki olaraq səhv qeyd olunub və bank tərəfindən sənədlərlə sübut oluna bilər.
1991 ci ildən fəaliyyətdə olan bank haqqında belə əsassız məlumatların yayımlanması absurddur.


- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Mübariz İbrahimovun doğum günüdür
7 fevral 2026 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
5 fevral 2026 12:09
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
4 fevral 2026 18:49
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
4 fevral 2026 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
- Millimiz Gürcüstana 0:6 uduzdu
06 fevral 18:34
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
06 fevral 17:47
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
06 fevral 17:40
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
06 fevral 08:45
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
