Naxçıvan MTN-nin keçmiş rəisi HƏBS EDİLDİ
Hadisə14 may 2016 20:09
Vüqar Xasayev: “Adını da qoydular ki, Vəli Əsgərov ev dustağı ola-ola vəkili ilə skayp-la danışır”
Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu haqda musavat.com-a daxil olan məlumatı sabiq nazirin vəkili Vüqar Xasayev təsdiqləyib.
Vəkil deyib ki, mayın 14-də Naxçıvan Prokurorluğuna çağırılan V.Əsgərova deyiblər ki, barəsində cinayət təqibini dayandırmaq niyyətindədirlər: “Səhər Vəli Əsgərovun qardaşı Əli Ələsgərovu Naxçıvan Prokurorluğuna müstəntiq Elşad İbrahimovun yanına çağırdılar. Ona dedilər ki, çox səs-küy salmısınız, qərara gəlmişik ki, Vəli müəllimin işini bir qədər yumşaldaq. Əli Əsgərov da deyib ki, siz işi yumşaldırsızsa, biz də sakit oturacağıq. Bundan sonra müstəntiq növbəti həftənin 1-ci günü Vəli Əsgərovun uşaqlarının doğum və nikah haqda şəhadətnamələrinin gətirilməsini tapşırıb. Mayın 14-də, axşamtərəfi saat 4-5- radələrinə Vəli Əsgərovun özünü prokurorluğa çağırdılar. Oradan aparıblar ekspertizaya. Vəli Əsgərov tələb edib ki, bədəni üzərində olan işgəncə izləri qeydə alınsın. Lakin ekspert xəsarətləri qeydə almayıb”.
Vəkil deyib ki, adını da qoydular ki, Vəli Əsgərov ev dustağı ola-ola vəkili ilə skayp-la danışır. Bu isə ev dustaqlığının şərtlərini pozur. Halbuki Vəli Əsgərova və onun vəkilinə ev dustaqlığı haqda qərarın surətini verməyiblər. Məhkəmədə ev dustaqlığı haqda qərar dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilib, özünü isə, ona işgəncələr verilən istintaq təcridxanasına göndəriblər”.
V.Xasayev deyib ki, baş verənlərlə bağlı ombudsmana, Baş Prokurorluğun qaynar xəttinə məlumat verməklə V.Əsgərovun həyatının təhlükədə olduğunu deyib.
Yada salaq ki, V.Əsgərov tutuğu postdan uzaqlaşdırlandan sonra ona vəzifə səlahiyyətlərini aşma və digər maddələlə ittiham elan olunub. Onu yüksək vəzifəli şəxslərin hüzuruna aparıb, orada döyüb, təhqir ediblər. Bu hal dəfələrlə təkrarlanıb. Vəkil deyib ki, V.Əsgərovun başına torba keçirib boğazına kəndir salmaqla asır, ona işgəncə verirlər.
Qeyd edək ki, bundan əvvəl vəkil Eldar Mahmudovun vəzifədə olarkən Vəli Əsgərova Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu və ailə üzvlərini dinləməsi tapşırığını verdiyini, lakin sabiq nazirin tapşırığa əməl etmədiyini açıqlayıb. İddia edib ki, V.Əsgərov tapşırığın icrasından imtina edəndən sonra Eldar Mahmudov onun barəsində kompromat material yığmağa başlayıb. Guya Vəli Əsgərov Bakıya vəzifəyə gəlmək istəyir.
Bu səpkili dezinformasiyanı Vasif Talıbova ötürüb. Bundan sonra Vəli Əsgərovun başına bu oyunlar gəlib. Vəli Ələsgərov 15 il Naxçıvanın milli təhlükəsizlik naziri olub. Həbsindən bir neçə ay əvvəl general-leytenant rütbəsi verilib. Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan çıxarılandan sonra onun postuna V.Əsgərovun namizədliyi müzakirə olunub. Vəkilləri bildiriblər ki, onun barəsində çirkin kampaniya bundan sonra başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub.
NUH.az
Oxşar xəbərlər
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
5 yanvar 2026 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
5 yanvar 2026 14:35
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
4 yanvar 2026 00:18
- Əfqanıstanda saqqal qırxan bərbərlər həbs olunacaq
3 yanvar 2026 00:01
- Azərbaycanın Pakistana 2 MİLYARD dollarlıq sərmayə qoyması müzakirə edildi
2 yanvar 2026 20:08
- Polad Həşimovun doğum günüdür
2 yanvar 2026 11:07
- Nəsiminin icra başçısı vəzifəsindən azad edildi (SƏRƏNCAM)
29 dekabr 2025 18:27
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 2025 10:52
- Azpetrol şirkəti də Ruslan Eyyubova məxsus imiş
26 dekabr 2025 22:20
Xəbər lenti
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
07 yanvar 00:24
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
06 yanvar 23:38
- Zelenski həmin bəyannaməni imzaladı - Foto
06 yanvar 23:10
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
06 yanvar 22:12
- QALXDI bütün QƏZETLƏR qiymətdə, ay can, ay can!..
06 yanvar 11:08
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
06 yanvar 10:59
- Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
06 yanvar 00:11
- Rusiya ABŞ-dən Maduronun azad edilməsini tələb edir
05 yanvar 23:56
- Prezident İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
05 yanvar 20:43
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
05 yanvar 18:06
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
05 yanvar 17:51
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 16:35
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
05 yanvar 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
05 yanvar 14:35
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
05 yanvar 14:03
- Şirvan Milli Parkından maraqlı görüntülər (FOTO)
05 yanvar 12:41
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
05 yanvar 12:21
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
05 yanvar 12:16
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
- Güclü yaddaş üçün banan yeyin
04 yanvar 22:54
- Nepal Çinə ARVAD SATMAQ istəmir
04 yanvar 21:23
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
04 yanvar 21:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
04 yanvar 13:26
- Dünyada və Azərbaycanda nə qədər neft ehtiyatı var? (SİYAHI)
04 yanvar 13:05
- Venesuelanın idarəçiliyi ona tapşırıldı
04 yanvar 11:52
- 2000 il əvvəlki Azərbaycan: Roma tarixçsinin heyran qaldığı xalq
04 yanvar 11:45
- Prezidentin KOKAİN istehsal edən fabrikləri var
04 yanvar 00:55
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
04 yanvar 00:12
- Prezident nəvələri ilə Şahdağda xizək sürdü - Fotolar
03 yanvar 22:11
- Venesuelanın Müdafiə naziri evində öldürüldü
03 yanvar 14:14
Video & Fotoqalereya
Video
Fotoqalereya
