İcra başçısı evimi satdırdı: Zahid Orucun da xəbəri var
Hadisə17 may 2016 14:32
"Vidadi İsayev tikinti işlərini bacanağı Mahmud adlı şəxsə tapşımışdı"
Bərdə rayon sakini Cəfərov Elgiz Əvəz oğlu Bərdə rayonu icra hakimiyyətinin başçısı Vidadi İsayevlə bağlı sensasion müraciət yayıb.
Xeber.info xəbər verir ki, Elgiz Cəfərov müraciətində Vidadi İsayevin Bərdədə quruculuq işləri zamanı onları aldatdığını və əməkhaqqı vermədiyini bildirib. Bundan sonra vətəndaş evini sataraq, özü ilə apardığı fəhlələrin pulunu ödəyib. Bir sözlə, rayon sakini evinin icra başçısı tərəfindən zorən satıldığını və səfil günə salındığını iddia edib.
Vətəndaşın müraciətində deyilir: "Bir neçə il əvvəl Bərdədə indiki icra başçısı Vidadi İsayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlıq işlərində ustalara ehtiyac olduğunu bildirdi. Mən də Bakıda mənimlə işləyən işçi briqadasını yığıb 43 nəfərlə doğma rayonum Bərdəyə gəldim. Bərdə Rayon İcra Hakimiyyətinin təmir tikinti işlərinə rəhbərlik edən Mahmud adlı bir şəxslə (sonradan məlum oldu ki, icra başçısının bacanağıdır) şifahi razılaşdıq və elə həmin gün işə başladıq. Şəhərin yol kənarı hasarları, mağaza dükanları, idarə binalarının üz fasad daşlarının yenilənməsi işləri bizə tapşırıldı. İşin qiymətini də danışıb razılaşdıq.
İlk günlər hər şey normal idi. Bir müddət sonra bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca pulların verilməsində ləngimələr oldu. Bizə tapşırılan bütün işləri bitirdik, hansı obyektdən nə qədər pulumuz qalmışdısa, həmin siyahını götürüb Vidadi İsayevin qəbuluna getdim. İcra başçısına dedim ki, 5300 manat alacağımız var. O da siyahını götürüb dedi: "Narahat olma, Mahmud müəllimi çağırıb siyahını verəcəm ona. Getsin bütün pulları toplasın versin”.
Vidadi İsayevlə birlikdə şəhər parkına getdik. Oradan zəng edib Mahmud müəllimi çağırdı. Mən bir az kənarda idim. Bunlara yaxınlaşmaq istəyəndə başçının "qoçu”ları qarşımı kəsdi. Mənə sərt şəkildə: "Əgər burdan uzaqlaşmasan səni içəri soxduracam, alacağın pulun üstünə də 5300 qoyub polisdən özünü qurtaracaqsan”, - dedi.
Mən oradan uzaqlaşdım, sabahı gün başçının müavini Vidadi İmanquluyevi tapdım. O, mənə cəmi 800 manat pul verdi və Bərdəni tərk etməyimi istədi. Əks halda məni tutduracaqların bildirdi. İşlətdiyim fəhlələr isə zəhmət haqlarını tələb edirdilər. Nəhayət, məcbur qalıb faizə pul verənlərdən 6 min dollar alıb, fəhlələrin alın təri, əl qabarlarını ödədim. O gündən Bərdədən uzaqlaşdım. Bakıda işləyib borcumu qaytarmağa çalışdım, ancaq o pulun faizini qaytara bilirdim. Əsas məbləğ olan 6000 dollar qalırdı. Nəhayət, keçən ilin yayında ata evimizi satdırıb o borcu bağladım.
Ötən 5 ilə yaxın vaxtda nə qədər cəhd etdimsə, icra başçısın qəbuluna düşə bilmədim. Sonra Bərdə rayonundan Milli Məclisə deputat seçilən hörmətli millət vəkili Zahid Orucun qəbulunda oldum. Zahid müəllim Vidadi İsayevlə görüşümə kömək etdi. Bu ilin fevral ayının 10-da V.İsayevlə görüşdüm.
Vidadi İsayev: "Sizi Mahmud deyilən adam işlədib, gedin Mahmudu verin məhkəməyə pulunuzu alın”, - dedi.
Yenə Zahid müəllimin yardımı ilə Bakıda başçının bacanağı Mahmudla görüşdüm. Mahmud bildirdi ki, "Mən ancaq başçının göstərişlərini icra etmişəm. Dövlət büdcəsindən həmin obyektlər üçün vəsait ayrılsa da, V.İsayev sahibkarlar və idarə müdirlərinin ödəməsini tapşırmışdı. Sonra idarə müdirlərini işdən qovub, öz qohumlarını təyin elədi”.
***
Millət vəkili Zahid Oruc fəhlənin dediklərini xeber.info-ya təsdiqləyib və sona qədər hüququ pozulmuş fəhləyə dəstək olacağını bildirib: "Vətəndaşın haqqının tapdalandığını təsdiq edirəm və ona dəymiş ziyanın ödənməsi üçün də əlimdən gələni etməyə çalışdım. Əgər günahkarları tapmaq mümkün deyilsə, məhkəmə müəyyənləşdirə bilər ki, Elgizə borclu olan kimdir? Lakin bütün hallarda adamın zəhmətinin və çəkdiyi xərcin ödənilməsi mütləq baş verməlidir”.
Qeyd edək ki, regionların inkişafı üçün ayrılan vəsaitlərin yerli icra başçıları tərəfindən talan edilməsi yeni məlumat deyil. Hətta ölkə başçısı da çıxışlarında dəfələrlə bəyən edib ki, icra başçıları rayonlarda layihələrin həyata keçirilməsi və abadlıq işləri zamanı tələb olunan vəsaitləri sahibkarlara ödətdirir. Amma bu dəfə Bərdədə bir az fərli oldu. İcra başçısı Vidadi İsayev kasıb fəhləni evini satmaq məcburiyyətində qoydu.
Yazıda adıkeçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
NUH.az
Oxşar xəbərlər
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
