Tahir Əliyev: “Bu boyda nankorluqdan sonra necə yaxşılıq edəsən ?”
Bir müddət əvvəl Ucar rayonu Boyat kənd sakini Məhərrəmov Rüstəm Yolçu oğlunun redaksiyamıza daxil olan müraciətində qeyd olunurdu ki, 2009-cu ildə hərbi xidmətdən sonra rayonda iş tapa bilmədiyi üçün Bakıya gəlib:
“Bakıda keçmiş nazir, sabiq millət vəkili Tahir Əliyevin Fatmayidə yerləşən bağında işləməyə başladım. Təxminən 6 il həmin bağda çalışdım. Nəhayət 2015-ci ildə ailə həyatı qurduğum üçün Tahir Əliyevlə sağollaşmaq qərarına gəldim. Ancaq Tahir Əliyev mənə bildirdi ki, sənin mənə 840 manat borcun var, onu ödəməlisən”.
Şikayətçi onu da qeyd edir ki, Tahir Əliyev onun şəxsiyyət vəsiqəsini və hərbi biletini də əlindən alıb qaytarmır.
Məqalə dərc olunandan sonra Tahir Əliyev NUH.az-la əlaqə saxlayaraq yazılanların şər-böhtan olduğunu bildirdi:
“Rüstəmin qeyd elədiyi kimi 2009-cu ildə deyil, 2012-ci ilin payızında bağa gedərkən gördüm ki, avtobus sürücüsü gediş haqqını ödəmədiyi üçün bir oğlan və qızın üstünə düşüb. Mən məsələ ilə maraqlandım və bəlli oldu ki, sürücünün hücumuna məruz qalan bu iki şəxs nəinki gediş haqqını ödəyə bilməyiblər, hətta neçə gündür acdılar. Mənim onlara yazığım gəldiyi üçün öz avtomiobilimə mindirib bağıma gətirdim. Oğlan mənə dedi ki, ər-arvadıq və Mehdiabadda kirayə qalırıq, ancaq kirayə pulunu verə bilmirik, mümkünsə sizin bağda qalaq və bağınıza baxaq. Mən bağa baxmağa ehtiyac olmadığını onlara bildirdim. Amma onların acınacaqlı durumunu görüb fikirləşəcəyimi dedim. Və onlara çörək və yol pulu verib yola saldım.
Bir həftə sonra həmin iki şəxs – Rüstəm və Sevda bağa gələrək dedilər ki, kirayə qaldıqları evin sahibi onları evdən qovub və qalmağa yerləri yoxdur. Mənim onlara yazığım gəldiyi üçün onları bağ evinə buraxdım. Hətta ac olduqları üçün şəxsən özüm onlara yemək də hazırladım, 10 gün onlara qulluq etdim. Sonradan Rüstəm qonşulqdakı tikintidə işə düzəldi və mən də iş icraçısından xahiş etdim ki, ona kömək etsin. Həmin vaxt Rüstəmin bibisi və bacısı qızı onlara qonaq kimi gəlirdilər. Sevdanın qohumları, qardaşı və arvadı da onlara gəlirdi. Bir müddət sonra Rüstəm işdən çıxdı və qonşuluqdakı evlərə baxan Sevda ailəni dolandırırdı”.
Tahir Əliyev qeyd edir ki, bir neçə aydan sonra Rüstəm Sevdanın qohumlarıgilə - Lənkərana getmək üçün ondan 250 manat borc istəyib:
“Ümumiyyətlə, Rüstəm məndən müxtəlif bəhanələrlə 3 dəfə 250 manat pul alıb. Bir dəfə də anasının xəstə olduğunu deyərək rayona gedəndə 150 manat aldı. Arada tez-tez 5-10-20 manat aldıqlarını demirəm. Bir dəfə də mən bağa gələrkən gördüm ki, bağdakı Mercedes-imin arxası əzilib. Rüstəmdən soruşanda dedi ki, Sevda əzib. Və bildirdi ki, Rusiyadakı əmimlə danışmışam pul göndərəcək borcunu və maşının xərcini ödəyəcəm”.
Sonradan mənə bəlli oldu ki, Rüstəm başqa qadınları da bağa gətirir və pozğun həyat tərzi sürür. Həmin qadınlardan biri də Ucar rayonundan olan Arzu adlı qadın olub. Və Rüstəm Arzunu qaçırdıb. Lakin sonradan Arzu bilib ki, Rüstəm evlidir.
Arzu məsələsindən sonra mən Rüstəmlə maraqlandım və bəlli oldu ki, Rüstəm kənddə öz qohumu ilə də evlənib və qızı qoyaraq Bakıya qaçıb.
Rüstəm guya Sevdanın bacısı adı ilə başqa bir qadını da bağa gətirib. Hətta "semiçka satan Gülünü də bağa gətirirmiş.
Sonradan Rüstəm Qönçə adlı başqa bir qadınla da yaşamalı olub. Hətta Qönçənin atasını da bağa gətirirmiş. Ən dəhşətlisi odur ki, Sevda, Rüstəm, Qönçə, onun atası və anası bir yerdə yaşayırmışlar.
Tahir Əliyev qeyd edir ki, bir gün Rüstəm mənə yaxınlaşaraq bildirdi ki, Qönçənin valideynləri məni məcbur edir ki, onunla rəsmi kəbin kəsdirim, ancaq Qönçənin ürəkkeçməsi var, onunla evlənmək istəmirəm. Ona görə də şəxsiyyət vəsiqəmi və hərbi biletimi sizə verim sizdə qalsın. Və deyim ki, borca görə sizə vermişəm: “ 2015-ci ildə yeni il qabağı Rüstəm məndən xahiş elədi ki, anamı görmək üçün rayona getməliyəm və məndən pul istədi. Mən bu dəfə də ona pul verdim”.
Tahir Əliyev bildirir ki, bütün bu biabırçılıqlardan sonra mən Rüstəmə dedim ki, bu oyunlarını qurtar və maşını düzəlt, borcunu ver, bağdan çıx. Rüstəm isə hər dəfə deyirdi ki, əmimi gözləyirəm, gəlsin borcu verim”.
Tahir Əliyev qeyd edir ki, bir gün Rüstəmgil 2 gün müddətinə Cəlilabada toya getmək adı ilə bağdan getdilər. Və qayıtmadılar. Onun telefonu da bağlı idi: “ Mən məcbur olub internetdən Cəlilabadın və Ucarın sahə inspektorlarının telefonlarını tapdım və zəng vurub xahiş etdim ki, bağıma baxanlar qaçıblar, mənə borcları var və sənədləri məndədir. Mən çox çətinlikıə Qönçənin atası Əyyubu və Rüstəmin qardaşı Natiqi taparaq onlara vəziyyəti danışdım, borcunun olduğunu dedim. Əyyub bildirdi ki, Rüstəmgil onu da aldadıblar ki, guya onları siz 20 yanvardan yola slmısınız. və söz verdi ki, 2 günə Rüstəm ilə birlikdə Bakıya gələcəklər. Ancaq gəlib çıxmadılar. Belə olanda mən yenidən Əyyuba zəng elədim və Rüstəmin pozğun həyat trəzi barədə ona məlumat verdim. O isə mənə bildirdi ki, qızım əvvəl ərdə olub boşanıb, indi məcburam qızıma görə Rüstəmlə yola gedəm. Bu dəfə Əyyub həm də tam başqa cürə danışdı və dedi ki, Rüstəm neçə ildir orda qalıb və sənin bağında çalışıb. Hətta Əyyub öz jurnalist qohumu ilə məni şantaj edəcəyini də bildirdi”.
Beləlikə bütün bu yaxşılıqların əvəzində şantaj kampaniyası işə düşüb.
Tahir Əliyevin dediklərindən sonra yazıda adı keçən Sevdanın çəkilişi və səs yazısı da bizə daxil oldu. Sevdanın dediklərini bəzi istisnalarla dərc edirik: “ Tahir müəllimin dedikləri ilə tam razıyam. Tahir müəllim bizə hər cür yaxşılıq edib. Ancaq Rüstəm mənim üstümə dəfələrlə küçə qadınları gətirib. Əvvəlcə Arzunu, Gülünü, sonra isə Qönçəni gətirdi. Tahir müəllim evdə olmayanda yemək-içmək məclisi təşkil edirdi, məni döyürdü. Rüstəm dəfələrlə mənim yanımda Tahir müəllimdən borc alıb, amma qaytarmayıb. Rüstəm içərək pozğun həyat tərzi sürürdü. Bir dəfə içərək icazəsiz Tahir müəllimin maşını sürərək zədələdi. Hərbi biletini və şəxsiyyət vəziqəsini isə Qönçə ilə ZAQS-a getməmək üçün Tahir müəllimə verib. Axırda da Qönçəni götürüb qaçdı”.
Bütün bunları nəzərə alan NUH.az saytı qarşı tərəfin mövqeyini dərc etməklə, baş verənlərə görə Tahir Əliyevdən üzr istəyir.
Baş verən problemin obyektiv araşdırılması üçün NUH.az saytı hüquq-mühafizə orqanlarına müraciət edir.
NUH.az
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
