Cinlər kəndinin adı bundan sonra İşıqlı olacaq
Yenə Milli Məclisimizin üzvləri ad dəyişməklə bağlı müzakirələrə başladı.
Bu ad dəyişmək məsələsi təkcə camaatımızı deyil, hətta bəzi deputatları da bezdirib. Yaxşı yadımdadır, bir dəfə Milli Məclisin üzvü Fəttah Heydərov bu məsələyə münasibət bildirərkən dedi ki, əşi, yığışdırın bu ad qoyma, ad dəyişdirmə məsələsini...
Ancaq nə etməli ki, başqa işi-gücü olmayan deputatlarımız güc veriblər ad dəyişdirməyə. Özü də məsələni belə əsaslandırırlar ki, guya yerlərdən xeyli sayda vətəndaş müraciət edir ki, kəndimizin adı xoşumuza gəlmir ona görə də kəndimizin adını dəyişdirin. Beləliklə, Milli Məclisin üzvləri yığışıb zəhmətkeşlərin müraciətini müzakirə edir və kəndin yüzillik, bəlkə də minillik adı bir dəqiqənin içində dəyişir.
Milli Məclisin iclasında xeyli kənd və qəsəbə adlarına baxıblar, daha doğrusu, əl gəzdiriblər.
Bu barədə məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, Tovuz rayonunun “Aşağı Ayıblı” kəndinin adı “Əyyublu” sözü, “Qazqulu” sözü “Qazıqulu”, “Azaplı” sözü “Azaflı”, “Girdan” sözü “Hunanlar”, “Oskən” sözü “Öskən”, “Cinlər” sözü “İşıqlı” ilə əvəz ediləcək.
Vallah, mən dünyada belə gülməli şeyə rast gəlməmişəm. Guya Cinlər kəndinin sakinləri yazır ki, kəndimizn adının CİN-lə bağlı olmasından qorxuruq. Xahiş edirik ki, kəndimizin adını dəyişdirib İşıqlı qoyasınız. O biri kəndlərin sakinləri də eləcə, hansısa bəhanə ilə doğma kəndlərinin adını dəyişdirməyi guya tələb edirlər...
Əşi, birincisi, yazıq kəndçilərin başı elə qarışıb ki, nəinki kəndlərinin adları, hətta öz adları da çoxdan yadlarından çıxıb. Heç adları yadlarına da düşmür. Kənd yerlərində camaat bir-birini daha adı ilə çağırmır, başqa cürə çağırır. Camaat “uje” bir-birinə, “əə, xiyar”, “əə, monqol oğlu monqol”, “əə...” deyə müraciət edir. Belə olan halda kəndin adı heç yada düşər..?
İkincisi, Cinli kəndinin camatı niyə yüz, iki yüz ildir cindən qorxmurdu, indi cin yadlarına düşdü?
Üçüncüsü, bir soruşan yoxdur ki, əşi, bu CİN köpək oğlu camaata neyləyib ki, ondan belə qorxurlar?
Bəlkə, işıqlarını kəsib?
Bəlkə, sularını, qazlarını kəsib?
Bəlkə, suyun qiymətini qaldırıb?
Bəlkə, pensiyalarını vermir?
Bəlkə, pay torpaqlarını əllərindən alıb baha qiymətə ona-buna satıb?
Əə, bəlkə kəndin yolunun qırağında “quşxana” işlədən cinin böyük oğludur?
Əə, bəlkə, gözəllik salonu adı altında qızları bir yerə yığıb diskoteka təşkil eləyən cinin ortancıl qızıdır?
Əə, köpək uşağı, cin yazıqdan niyə qorxursunuz?
Əə, işıq idarəsinin, qaz idrəsinin, su idarəsinin müdirindən, bələdiyyə sədrindən niyə qorxmursunuz?
Əə, cin köpək oğlu bəlkə cavan xanımları yoldan çıxardır?
Bəlkə ci sizin ananıza, xalanıza sataşıb..?
Bir sözlə, suallar çoxdur, ancaq cavab verən yoxdur.
Bir də Qovların adının dalına şəhər yazmaqla, Ayıblını Əyyublu etməklə nə dəyişəcək, ay......
Belə yerdə rəhmətlik nənəm deyərdi ki, adın adlara qalsın...və ayıbını yer örtsün...
Kamran Məhərrəmli
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 2026 01:21
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 2026 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 2026 13:10
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 2026 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 2026 23:30
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
