- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Kərəm Həsənovu bağışlamaq olarmı? – Sonun Başlanğıcı
Ötən gün, Azərbaycan Prezidenti İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzaladı. Fərmana əsasən dövlət əmlakının özəlləşdirilməsi ölkə başçısının qərarları ilə həyata keçiriləcək.
Belə ki, Nazirlər Kabineti “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentə təqdim olunmalıdır. Bundan başqa, cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində prezidentə təqdim edilməlidir.
Fərmanda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu sənəd qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna və prezidentin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırmalıdır.
Bundan başqa, fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, prezident və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində ölkə başçısına təqdim olunmalıdır.
Bununla da, müəssisələrin özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq prezidentin səlahiyyət dairəsinə keçib.
NƏ BAŞ VERİR?
Kərəm Həsənov harda ciddi səhv edib? Bu səlahiyyətlərin alınmasının ardınca nələr baş verəcək? Və yaxud, K.Həsənova artıq inan itibmi? Bizimxeber.az-a daxil olan məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsində baş verən korrupsiya hallarının qarşısını almaq mümkün deyil. İndi ölkənin ən korrupsiyalaşmış Komitəsi kimi tanınan bu qurumda vəziyyət günü-gündən pişləşir. Əslində özəlləşdirmə işinin qismən Asan Xidmətə verilməsi zamanı K.Həsənov etimadı itirmişdi. Yəni, bu, başlanğıc idi.
Lakin Kərəm Həsənovun hələ də öz ampulasından çıxa bilməməsi yuxarı dairələri konkret addımlar atmağa məcbur etdi. Bizimxeber.az-a daxil olan məlumatlarda qeyd olunur ki, ötən gün K.Həsənov müavinlərinə özəlləşdirmə işi ilə bağlı kifayət qədər diqqətli olmağı tapşırıb. Böyük məbləğli özəlləşdirmə işləri dayandırılıb. Bu işlər üçün alınan 100 minlərin aqibəti isə bəlli deyil.
Elə isə maraqlıdır, nə baş verir? Kərəm Həsənovun “krallığı” bitirmi? Mənbələr bildirir ki, Kərəm Həsənovun dövlət əmlakına aid olan avtomobilləri, binaları,torpaq sahələrini, böyük zavod və fabrikləri və hətta helikopterləri çox ucuz olaraq hərraca çıxarması və öz adamlarına (öncədən razılaşdırılmış şəkildə) satması faktları ciddi müzakirə mövzusudur. Heç bir məmuru saymayan, heç bir naziri eşitməyən K.Həsənov dövlət əmlakını öz bildiyi kimi satır və ya özəlləşdirirdi. Yığılan milyonlar isə ortada yoxa çıxırmış. Bu faktlar hazırda ciddi araşdılrılır və Həsənovun külli miqdarda borcu olduğu bildirilir.
Bir sözlə, K.Həsənova göstərilən etimad özünü doğrultmayıb. Odur ki, əvvəl səlahiyyətləri əlindən alınır, daha sonra isə vəzifəsi ilə vidalaşacaq. Yaxın aylarda Əmlak Məsələləri Dövlət Komitəsinə aid daha bir neçə səlahiyyətlərin alınması gözlənilir. Hətta Komitənin publik-hüquqi şəxsə çevrilməsi də müzakirə mövzusudur.
Bir sözlə, Kərəm Həsənov Eldar Mahmudov qalmaqalında özünü hansısa yollarla sığortalaya bildisə, bu dəfə onun qurtulması çox çətin məsələdir. Dövlətın çətin durumunda məhz dövlət əmlakını mənimsəmə, israf etmə kimi hallar bağışlanılmır və Həsənovun da bağışlanması inanılmaz görünür…
Bizimxeber.az
NUH.az
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Zahid Oruc : Əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir
22 aprel 2026 23:40
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 2026 19:56
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 2026 15:59
- Prezident onları təltif etdi - Siyahı
7 aprel 2026 16:45
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
