Kərəm Həsənov PREZİDENTİN etimadını niyə İTİRDİ?
Cəmiyyət21 may 2016 13:40

KƏRƏM HƏSƏNOV PREZİDENTİN ETİMADINI NİYƏ İTİRDİ? - ƏMDK sədri üçün "sonun başlanğıcı”
Ən əsas səlahiyyətlərindən məhrum olan Həsənovu nə gözləyir: Ziya Məmmədovun taleyi, yoxsa…?
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən müəyyən edilib ki, dövlət əmlakının özəlləşdirilməsi bundan sonra yalnız ölkə başçısının qərarları ilə həyata keçiriləcək.
Bunun üçün Nazirlər Kabinetinə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.
Fərmanda həmçinin hökumətə Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini, hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Prezidentə təqdim olunmaq tapşırılır.
Kərəm Həsənovun özəlləşdirməylə bağlı qərar vermək səlahiyyəti əlindən alındı!

Bundan başqa, cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflər bir ay müddətində Prezidentə təqdim edilməlidir.
Fərmanda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu sənəd qüvvəyə mindiyi gündən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna və Prezidentin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırmalıdır.
Bundan başqa, fərman qüvvəyə mindiyi günədək "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Prezident və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində ölkə başçısına təqdim olunsun.
Bununla da, müəssisələrin özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq, Prezidentin səlahiyyət dairəsinə keçib. Yəni, Kərəm Həsənovun özəlləşdirmə ilə bağlı qərar vermək səlahiyyəti əlindən alınıb. Faktiki olaraq, K.Həsənov səlahiyyətsiz buraxılıb. Özəlləşdirmə ilə bağlı bütün qərarları verməyi Prezident öz üzərinə götürüb.
Kərəm Həsənov Ziya Məmmədovun taleyini yaşayacaq, yoxsa…
Miq.az Azpolitiko.info-ya istinadən bildirir ki, bundan qabaq özəlləşdirmə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun tətbiq edilməsi barədə 10 avqust 2000-ci il tarixli fərmanla, müvafiq icra hakimiyyəti – əvvəlcə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, sonra isə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilirdi. İndi bu səlahiyyət ondan alınıb.
Heç şübhəsiz ki, belə bir qərarın verilməsi Kərəm Həsənovun gələcək taleyini sual altında buraxır. Komitə sədrinin səlahiyyətsiz bir kreslo sahibinə çevrilməsi prosesinin başlanğıcı qoyulub. Bu, bir növ nəqliyyat naziri Ziya Məmmədovla bağlı gedən prosesi xatırladır. Onun da protfel nazirə çevrilməsinə nəqliyyat sahəsində həyata keçirilən layihələrlə bağlı qərar vermək səlahiyyətlərinin əlindən alınması ilə başlanmışdı.
Kərəm Həsənovun da nəqliyyat naziri kimi yalnız bütün səlahiyyətlərini itirəcəyini, yoxsa vəzifəsinə də son veriləcəyini zaman göstərəcək.
Ancaq maraq doğuran indiki zamanda belə bir qərarın verilməsidir. Bunun dəqiq səbəbi, əlbəttə, Prezidentə məlumdur. Ancaq müəyyən mülahizələr irəli sürmək olar.
Komitənin mövcud rəhbərliyi və imici böyük özəlləşdirməyə imkan vermir!

Birincisi, belə bir qərarın verilməsinə bundan əvvəl aparılan özəlləşdirmə nəticəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlı yaranmış ictimai rəy səbəb ola bilər. Razılaşaq ki, özəlləşdirmə prosesi ilə bağlı səslənən iddalar, ortaya qoyulan rüşvət və korrupsiya fakları, fırıldaqlar, maxinasiyalar Əmlak Komitəsinin tam korrupsiyalaşmış dövlət qurumu imicini formalaşdırıb. Komitənin fəaliyyətində şəffaflığın olmadığı nəinki yerli ictimaiyyətə, hətta beynəlxalq dairələrə belə məlumdur.
Təbii ki, belə bir imicə malik qurumun nəzarəti altında xarici investorların, dünyanın tanınmış şirkətlərinin də qatılacağı, onların marağını cəlb edəcək özəlləşdirmə həyata keçirmək mümkün deyil.
Halbuki, ilin əvvvəlində Prezident Nazirlər Kabinetinin üzvlərilə keçirdiyi müşavirədə ölkədə özəlləşdirmə prosesinin dərinləşdirilməsinin vacibliyini vurğuladı. Hətta İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması barədə tapşırıq verdi: "Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik… Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək” .
Yəni Prezident açıq mətnlə özəlləşdirmədə yeni mərhələnin başlanacağına işarə vurdu. Bu mərhələ çərçivəsində indiyə qədər qorunan bir çox iri dövlət şirkətlərinin, o cümlədən "AZAL” QSC-nin, "Azərsu” ASC, "Azərişıq” ASC, "Azəriqaz” İstehsalat Birliyinin, həmçinin dövlət nəzarətində olan bir çox böyük səhmdar cəmiyyətlərinin, iri səhiyyə, emal, nəqliyyat, xidmət müəssisələri, zavodların və s. özəlləşdirilməsi gözlənilir. Və artıq bu proses zərurətə çevrilib.
Məsələ ondadır ki, həm ölkədə iqtisadı islahatları dərinləşdirmək, həm iri dövlət şirkətlərinin, müəssisələrin idərəedilməsindəki təsərrüfatsızlığa, mənimsəmələrə son qoymaq, həm də buradakı korrupsiya nəticəsində dövlətə vurulan ziyanı aradan qaldırmaq və hətta büdcəyə əlavə böyük vəsaitlər cəlb etmək üçün, geniş özəlləşdirmə prosesinin bərpasına ehtiyac var. Xüsusən, son illər neft gəlirlərinin xeyli azaldığını nəzərə alsaq, büdcəyə böyük vəsaitlərin cəlb edilməsi, ölkənin maliyyə çətinliyi ilə qarşılaşmaması üçün də iri dövlət müəssisələrinin özəlləşdirilməsi zəruridir.
Təsadüfi deyil ki, Prezident İ.Əliyev də biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirməyin zəruri olduğunu bildirib. Bununla bağlı yanvarda Əmlak Məsələləri Dövlət Komitəsinə geniş özəlləşdirmə proqramını hazırlamaq tapşırılmışdı.
Aprelin 4-də Komitədən yeni özəlləşdirmə proqramının Prezidentə təqdim olunduğu barədə məlumat verildi.
Belə bir özəlləşdirməni isə yalnız xarici investorları, həqiqi iş adamlarını cəlb etməklə, həyata keçirmək mümkündür. Əmlak Məsələləri Dövlət Komitəsi isə MÖVCUD RƏHBƏRLİYİ və İMİCİ ilə bunu reallaşdırmaq iqtidarında deyildi. Bu baxımdan Prezidentin fərmanını ilk növbədə xarici investorların da iştirakı ilə BÖYÜK ÖZƏLLƏŞDİRMƏYƏ hazırlıq kimi xarakterizə etmək olar.
Kərəm Həsənovun apardığı özəlləşdirimə iqtisadiyyata ağır zərbə vurdu!
İkinci bir səbəb kimi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən indiyə qədər aparılan özəlləşdirmə prosesindən Prezidentin də narazı qalmasını göstərmək olar. Xüsusən özəlləşdirilən müəssisələrin dağıdılması, ölkə iqtisadiyyatına heç bir xeyir verməməsi Prezidentin Kərəm Həsənovun fəaliyyətindən narazılığına səbəb olan amil kimi çıxış edə bilər. Bunu da Prezident yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı hökumət üzvlərilə keçirdiyi müşavirədə açıq bəyan etdi: "Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr YARIDAĞILMIŞ VƏZIYYƏTDƏDIR, onların çox böyük torpaq sahələri var…”.
Qeyd edək ki, iri müəssisələrin, səhmdar cəmiyyətlərin özəlləşdirilmədən sonra dağıdılmasının əsas səbəblərindən biri kimi onların Kərəm Həsənovun özü, ətrafı və oliqarx həmkarları tərəfindən ələ keçirilməsi göstərilir. Onları da bu müəssisələri, zavodları işlətmək deyil, daha çox torpağını ələ keçirib, binalar tikib satmaq maraqlandırıb. İndiyədək özəlləşdirilən müəssisələrin, səhmdar cəmiyyətlərin taleyi bunu əyanı göstərir.
Proses Əmlak Məsələləri Dövlət Komitəsinın mövcud rəhbərliyi tərəfindən aparılsa idi, eyni halın iri və monopolist dövlət müəssisələrinin özəlləşdirilməsindən sonra da təkrarlanmayacağına təminat yox idi.
Bu baxımdan, iri dövlət şirkətlərinin, zavodların, səhiyyə, emal, nəqliyyat, xidmət müəssisələrinin, o cümlədən "AZAL” QSC, "Azərsu” ASC, "Azərişıq” ASC, "Azəriqaz” İstehsalat Birliyi kimi əhəmiyyətli və monopolist dövlət müəssisələrinin birbaşa Prezidentin qərarları ilə özəlləşdirilməsinin həyata keçirilməsinə qərar verilib. Yəni, Prezidentin fərmanının ikinci əsas səbəbi kimi, Kərəm Həsənovun rəhbərliyi ilə həyata keçirilən özəlləşdirmənin dövlətin maraqlarına cavab verməməsini göstərmək olar.
Eldar Mahmudovla işbirliyi…

Üçüncü bir səbəb kimi isə, ölkə başçısının Kərəm Həsənova şəxsi ETİMADINI İTİRMƏSİNİ göstərmək olar. Bunun Kərəm Həsənovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla çox yaxın münasibətləri, gizli işbirliyi ilə bağlı olmasını ehtimal etmək üçün kifayət qədər əsaslar var.
Kərəm Həsənov-Eldar Mahmudov işbirliyinə dair son aylar KİV-lərdə xeyli iddalar, konkret faktlar səsləndirilib. Təsadüfi deyil ki, Eldar Mahmudov Kərəm Həsənovun yaxınlarını – qardaşı və qudasını MTN-də yüksək vəzifələrə təyin etmişdi.
Bundan əlavə Kərəm Həsənov və Eldar Mahmudovun qarşılıqlı olaraq bir-birindən faydalandığına dair iddialar var. Məsələn, Qərib Məmmədovun "vurulmasında”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilərək səlahiyyətlərinin əhəmiyyətli hissəsinin Kərəm Həsənova verilməsində Eldar Mahmudovla Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun müstəsna xidməti olduğu iddia edilir. Mahmudovun, həmçinin, Kərəm Həsənovun iri zavodları, səhmdar cəmiyyətləri zor gücünə ələ keçirməsinə yardım etdiyinə, etiraz edənləri MTN-nin zirzəmisində işgəncə ilə yola gətirdiyinə dair iddialar var. Bundan başqa, K.Həsənovun MTN-ə həbslər sifariş etdiyi, E.Mahmudovun vasitəsilə rəqiblərini və düşmənlərini sıradan çıxarmağa çalışdığı barədə də təsdiqini tapmış faktlar var (Məsələn, ƏMDK-nin keçmiş işçisi Mətləb Mustafayevin həbsinin sifariş edilməsi kimi-red). Təbii ki, Kərəm Həsənov da Eldar Mahmudova borclu qalmayıb – onun gizli komandasının aparıcı üzvlərindən birinə çevrilib, bütün tapşırıqlarını yerinə yetirib. Mediada yayılan məlumatlara görə, komitə sədri Eldar Mahmudov, Akif Çovdarov və digərlərinin qanunsuz şəkildə ələ keçirdiyi əmlakların rəsmiləşdirilməsində əsas rolu oynayıb. Onun razılığı ilə dövlətə və ayrı-ayrı şəхslərə məхsus obyektlər "çete” üzvlərinin adına rəsmiləşdirilib.
Bundan əlavə Eldar Mahmudovun "General banda”sının iş adamlarına qarşı soyğunçuluq fəaliyyətində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinın Dövlət Reyestri Xidmətinin "xidmətlərindən” də yararlandığına dair iddialar var. Daha dəqiqi, hədəfə götürülən iş adamlarının, məmurların əmlakları barədə müfəssəl məlumatların MTN banditlərinin əlində olması bu iddiaları ortaya çıxarmışdı. Təbii ki, bəzi konkret faktlar, məlumatlar da belə düşünmək üçün əlavə əsaslar yaradırdı.
Ancaq "MTN işi” istintaqının gedişindən məlumatlı mənbənin saytımıza ötürdüyü məlumatlardan o da məlum olmuşdu ki, bu qurumlar arasında işbirliyi, sadəcə Komitənin Mahmudovun soyğunçu bandasını zəruru məlumatlarla təmin etməsindən ibarət olmayıb. Eyni zamanda "MTN katyolu”na aylıq stabil ödəniş də olunub.
MƏBLƏĞ, AYLIQ TƏXMİNƏN 5 MİLYON MANAT TƏŞKİL EDİB!
Hansı ki, bu vəsait vətəndaşlardan, iş adamlarından, tikinti şirkətlərindən rüşvət və korrupsiya yolu ilə toplanıb.
Bu işlərdə Kərəm Həsənovun bütün tapşırıqlarını Əmlak Məsələləri Dövlət Komitəsinin "boz kardinalı” hesab olunan və komitədəki bütün qaranlıq işlərin arxasında dayanan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev və Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanovun yerinə yetirdiyi bildirilir.

Təsadüfi deyil ki, Eldar Mahmudovun işdən çıxarılması və MTN-də həbslərin, istintaqın başlamasından qısa müddət sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov, müavini ilə birlikdə tutduğu vəzifədən uzaqlaşdırıldı.
Yəni, bu və digər məlumatlar Kərəm Həsənovun və ətrafının Mahmudovun "General banda”sı ilə işbirliyində olduğunu təsdiqləyir. Başqa sözlə, Eldar Mahmudov və komandasının ölkəni talan etməsində, milyardları ələ keçirməsində birbaşa Kərəm Həsənov və komandasının "mühüm xidmətləri” olub.
Kərəm Həsənov bu "xidmətlərini” etiraf etməsə də, Mahmudovla işbirliyini təsdiqləyən məlumatlar ona etimadın tam itməsi üçün ciddi əsasdr. Və Prezidentin son fərmanı da bunun bir növ təsdiqi hesab oluna bilər. Miq.az
NUH.az
Oxşar xəbərlər
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 2025 02:56
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 2025 18:45
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 2025 13:57
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
10 oktyabr 2025 01:20
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
9 oktyabr 2025 15:37
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
7 oktyabr 2025 17:08
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- Bakı Dövlət Sirkinin DİREKTORU olmaq istəyən Murad Abdullayev KİMDİR ?
6 oktyabr 2025 09:56
- Ərdoğan və Mirziyoyev də Azərbaycana gəlir
6 oktyabr 2025 00:08
Xəbər lenti
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38
Video & Fotoqalereya
Video
Fotoqalereya