YAP-dan Gülər Əhmədovaya sərt CAVAB
“Gülər Əhmədova və Hafiz Hacıyev bir-birilərinə çox yaraşırlar.
Gülər Əhmədova düzgün siyasi seçim edib və bu seçimində ona uğurlar arzulayırıq”.
Bu sözləri Modern.az saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev keçmiş YAP- deputat Gülər Əhmədovanın Müasir Müsavat Partiyasına üzv olacağı haqqında yayılan məlumatlara münasibət bildirərkən söyləyib.
Partiya rəsmisi Gülər Əhmədovanın YAP-a və onun üzvlərinə qarşı irəli sürdüyü ittihamlara da cavab verib.
Hüseyn Paşayev Gülər Əhmədovaya uğurlar arzulayaraq bildirib ki, onun YAP-a və rəhbərlərinə qarşı irəli sürdüyü ittihamlar siyasi xal qazanmaq istəyi və atılan çamurdur:
“Əgər Gülər Əhmədova siyasətə qayıtmaq istəyirsə, buyurub qayıtsın. Amma onun köhnə partiya silahdaşlarını, YAP-ın üzvlərini nədəsə ittiham etməklə xal qazanmaq istəyi yersizdir.
YAP-ın ayrı-ayrı nüfuzlu şəxslərini yersiz tənqid və təhqirlə siyasət meydanına qayıtmaq istəyi mənasız və yersizdir. Bunların hamısı yanlış gedişlərdir. Biz bunu kənardan atılan çamur hesab edirik və YAP-a yapışmır.
Gülər Əhmədova artıq siyasi fəaliyyətini hansı siyasi partiyada davam etdirəcəyi ilə bağlı qərarını verib.
Yəqin ki, düzgün qərar verib və seçimini edib. Sadəcə olaraq ona gələcək siyasi fəaliyyətində və həyatında uğurlar arzulaya bilərik.
Gülər xanım vaxtı ilə YAP-ın üzvü olub. Amma onun barəsində cinayət işi qaldırıldığına görə partiya təmsilçiliyindən uzaqlaşdırılıb. Haqqında cinayət işi açılmış şəxs partiya üzvü ola bilməz”.
Xatırladaq ki, keçmiş YAP-çı Gülər Əhmədova moderator.az-a açıqlamasında “ən çətin dövrlərdə belə, əqidəmi dəyişmədim. Lakin mənim ən çətin anımda bəzi partiyadaşlarım əllərindən gələn hər şeyi etdilər ki, məni əqidəmdən döndərsinlər. Zaman göstərdi ki, onlar səhv addım atdılar, ən çox dəstəyə ehtiyacım olduğu bir dövrdə məni meydanda tək buraxdılar. Bilmədikləri-bildikləri hər mövzuda danışdılar, hətta tənqidlə təhqiri də səhv salanlar oldu. Allahın bir görkü idi ki, Eldar Mahmudov olayına qarışanların içərisində YAP -ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri belə, çıxdı. Məni bir anın içində az qala ”xalq düşməni" elan edənlər YAP-ın bu qədər yüksək çinli funksionerinin belə bir çetenin içərisində olmağından qətiyyən “əsəbləşmədilər”, onun ünvanına güldən ağır bir kəlmə işlətmədilər.
Bu məni də bir çoxları kimi təəccübləndirdi. Açığı, bunu müxtəlif cür yozanlar oldu: Gülər Əhmədova 8 yaşlı oğlunun ad günündə həbs olundu, bütün ailə üzvləri işdən çıxarıldı, kiçik oğlumdan başqa bütün ailə üzvlərim şantaj olundu. Dövlət rəsmisinə qarşı şər atmadığım üçün başıma olmazın oyunlar gətirdilər. Böyük müsibətlər yaşadıq. Ölümümə belə, razı idim. Amma nə heç kimə şər atdım, nə də şantaja baş əydim. Əqidəmi ailəmin və özümün ən müsibətli günündə dəyişmədim. Əvəzində, bəzi partiyadaşlarım məni tez-tələsik partiyadan uzaqlaşdırmaq üçün əllərindən gələni etdilər. Mənim partiya biletimi ala bildilər. Gücləri buna çatdı. Əqidəmi inşallah, həyatımla birgə Allahıma təslim edəcəyəm”.
NUH.az
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 2026 20:00
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 2026 10:19
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Yeni Klinika - Azərbaycanda ƏSL MÖCÜZƏ
26 aprel 2026 21:22
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 2026 18:32
- Deputatdan çoxmilyonluq dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİF
21 aprel 2026 18:00
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- İran danışıqlardan İMTİNA ETDİ
19 aprel 2026 22:51
- Qubernator Prezidenti -ağıldankəm faşist - adlandırdı...
19 aprel 2026 14:47
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 2026 15:38
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
- Vaqif Axundova AĞIR İTKİ
28 aprel 09:40
