- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Bakı bazarlarında satılan pomidorlar zərərlidir? - Nazirlikdən AÇIQLAMA
Son günlər KİV-lərdə və sosial şəbəkələrdə Bakı bazarlarında satılan pomidorların zərərli olması, insan səhhətinə mənfi təsir edən dərmanla yetişdirilməsi ilə bağlı iddialar müzakirə olunur. Yayılan məlumatlarda bildirilir ki, kal pomidorun vaxtından daha tez qızarması üçün ona xüsusi dərman vurulur və bu dərman 10 günə qızarmalı olan pomidorun 1-2 günə qızarmasına səbəb olur. Həmin dərman pomidorun içinin yığılmasına səbəb olduğundan daha sonra iynə ilə silikon effekti verən və pomidorun daha ətli olmasını təmin edən başqa bir dərman vurulur.
Bu məlumatın əsassız olduğunu bildirən Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Modern.az-a qeyd edib ki, dünya üzrə kənd təsərrüfatı bitkilərinin örtülü və açıq sahələrdə becərilməsi zamanı çoxsaylı boy tənzimləyicilərindən istifadə edilir.
C.Quliyev əlavə edib ki, Rusiya Federasiyasında 100-dən artıq, Azərbaycan Respublikasında isə 28 adda boy tənzimləyicisi rəsmi dövlət qeydiyyatına alınıb:
“Bitkilərin boy tənzimləyiciləri kök atma qabiliyyətini artırır, şitillərin davamlılığını, bitkinin böyümə və inkişafını yaxşılaşdırır. Boy tənzimləyiciləri həm də toxumun cücərmə qabiliyyətini, bitkinin xəstəliyə davamlılığını və məhsuldarlığı artırır, eyni ölçülü meyvələrin formalaşmasına səbəb olur, ətraf mühitin əlverişsiz şəraitindən bitkini qoruyur və meyvənin yetişməsini sürətləndirir. Pomidor bitkisi istər istixana, istərsə də tarla şəraitində özünə xas vegetasiya dövründə yetişir. Bitkinin becərilməsində aqrotexniki qaydalara uyğun olaraq gübrələrdən, boy tənzimləyici preparatlardan, zərərli orqanizmlərə qarşı istifadə olunan pestisidlərdən istifadə olunur. Məhsulun tərkibində preparatların qalıq miqdarı tam olaraq Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə təyin edilir.
Onun sözlərinə görə, meyvə-tərəvəz əkinciliyində bit dərmanı kimi tanınan DDT preparatından istifadə olunmur:
“Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən DDT və onun metobolitlərinin qalıq miqdarının meyvə və tərvəzlərdə təyin edilməsi məqsədi ilə müayinələr aparılıb və adıçəkilən dərmana və metobolitlərinə rast gəlinməyib. Bu dərman bitki ilə təmasda olduğu zaman heç bir istilik ayrılma prosesi gedə bilməz. Dərmanın ərimə tempuraturu 108.5C–dir. Sözsüz ki, bu tempuraturda pomidor artıq qaynama nöqtəsində olacaq. Zərərverici orqanizmlər əleyhinə tətbiq edilən preparatların və gübrələrin faiz və qalıq miqdarının təyini yalnız laboratoriya şəraitində Qaz Xromotoqrafı, Maye xromotoqrafı, Kütlə spektri və Element təyini spektrometr cihazları vasitəsilə kəmiyyət və keyfiyyət analizlərinin aparılması yolu ilə mümkündür. Portativ və məişətdə istifadəsi nəzərdə tutulan cihazlar vasitəsilə məhsulun tərkibində aqrokimyəvi maddələrin qalıq miqdarı ilə bağlı dəqiq nəticə əldə etmək mümkün deyil. Məhsulda pestisidlərin qalığının isə bu tip cihazlarla yoxlanılmasından belə söhbət gedə bilməz”.
DFNX rəisinin fikrincə, məhsul düzgün qaydada texniki reqlamentlərə uyğun olaraq becərildiyi zaman nitratların miqdarı dövrü olaraq parcalanır və orqanizm ücün böyük təhlükə yaratmir: “Qalıq mıqdarı normativ texniki sənədin tələbinə görə, istixana şəraitində 300 mqkq, acıq sahədə 150 mqkq-dır. Sevindirici halldır ki, müayinələr zamanı əldə olunan nəticələr istixana şəraitində yetişən pomidorlarda nitratın qalıq miqdarının 50-100 mq kq arasında dəyişdiyini göstərir. Pomidorların həndəsi ölcülərinə gəldikdə isə, standartlara uyğun təşkil olunmuş istixanalarda məhsul ölcülərinə görə ayrı-ayrılıqda çeşidlənir və qablaşdırılır. Bu səbəbdən bəzi hallarda istehlakcılarda şübhə yaranır. Digər tərəfdən, hazırda Respublika ərazisind sort xüsusiyyətlərinə görə meyvəsi 50-180 qr olan pomidor sortları becərilir. Pomidorların böyük və ya kicik olması, bu sortun genetik xüsusiyyətləri ilə bağlıdır”.
Pomidoru kəsən zaman içinin yaşıl və dənəsinin göy olması faktına toxunan Dövlət Xidməti rəisi vurğulayıb ki, bu fakt istehsalçılar tərəfindən pomidorun tez xarab olması nəzərə alınaraq, bioloji yetişkənliyə çatmadan yığılmasının nəticəsidir: “Belə pomidorların insan orqanizmi üçün heç bir təhlükəsi yoxdur. Sadəcə, vətəndaşlara belə məhsulu aldıqdan sonra bir neçə gün ev şəraitində saxlamaları məsləhət görülür. İstehlakçılar bundan sonra pomidorların bioloji yetişkənliyə çatmasının şahidi olacaqlar. “Vaxtından əvvəl süni şəkildə yetişdirilmiş məhsulların qəbulu yolverilməzdir” - fikrinə gəldikdə isə, hazırda müasir texnologiyalar tətbiq edilən istixanalarda məhsulun keyfiyyət göstəriciləri açıq sahədə becərilən məhsulların keyfiyyətindən heç də geri qalmır”.
Camal Quliyev vurğulayıb ki, pomidorlara iynə ilə hər hansı yad maddənin vurulması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur: “Azərbaycanda 3000 hektardan artıq istixanada kənd təsərrüfatı bitkiləri, əsasən də pomidor və xiyar becərilir. Son illə istifadəyə verilmiş istixanalarda ən müasir becərmə texnologiyalarından istifadə edilir. Əkinə avqust ayında başlanılır, lakin istehsalçılar istixanaların şəraitinə uyğun olaraq, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar aylarında, zəif işlədilən istixanalarda hətta fevral ayında əkin həyata keçirilir. Avqust ayının əvvəlində əkilən pomidorlar əsasən oktyabrın sonunda məhsula düşür. Sentyabrın əvvəlində əkilən isə noyabrın sonunda məhsula düşür və təxminən 3 aydan sonra ilk məhsul yığılır. Eyni zamanda, Dövlət Xidmətinin Respublika Karantin-Ekspertiza Mərkəzi tərəfindən idxal, ixrac və yerli istehsal məhsullarında mütamadi olaraq molekulyar diaqnostik mayinələr aparılır. Aparılan müayinələr zamanı heç bir ciddi problemlərə rast gəlinməyib”.
“Bildiyimiz kimi, bu il Rusiya Federasiyasının Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşları iki dəfə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində olublar. Onlar istixanalarda becərmə texnologiyaları, sertifikatlaşdırma sistemi və Dövlət Xidmətinin laboratoriyaları ilə yaxından tanış olublar. Bu məsələ ilə, əsasən də laboratoriyalarla bağlı öz müsbət təəssüratlarını “Rosselxoznadzor”un rəsmi saytında bölüşüblər” – deyə DFNX rəisi sonda xatırladıb.
NUH.az
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
1 may 2026 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- İlqar Əliyev həbsdə vəfat etdi
1 may 2026 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 2026 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 2026 21:01
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
