ADP-dən REAL-a ŞƏRT: “O zaman bir yerdə ola bilərik ki...”
“Bizim partiya REAL hərəkatı ilə eyni siyasi blokda təmsil oluna və əməkdaşlıq edə bilər. REAL-la Azərbaycanda ortaq maraqlarımız olsa, bir yerdə fəaliyyət göstərə bilərik”.
Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
“Bizim üçün heç bir problem yoxdur. Əgər REAL da Azərbaycan maraqlarına xidmət edəcəksə, konkret olaraq məlum olacaqsa ki, hansı məsələlərdə əməkdaşlıq edəcəyik, o zaman bir yerdə fəaliyyət göstərə bilərik.
REAL-ın fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğun olacaqsa, mütləq şəklidə əməkdaşlıq edəcəyik”, - ADP sədri deyib.
REAL hərəkatının icra katibi Natiq Cəfərli Sərdar Cəlaloğlunun fikirlərinə münasibət bildirib:
O, deyib ki, bir yerdə əməkdaşlıq etmək üçün öncə Sərdar Cəlaloğlu dövlət maraqları, “xalqın yanında olmaq” kimi anlayışlara açıqlama gətirməlidir:
“Sərdar Cəlaloğlu və onun partiyası üçün “dövlət maraqları”, “dövlətçilik”, “xalqın yanında olmaq” nə deməkdirsə, öncə bunu açıqlasın. Mənim və bizim təşkilat üçün “dövlət maraqları” və “xalqın yanında olmaq” azad seçki, koorupsiyasız cəmiyyət və insan hüquqlarıdır.
Əgər Sərdar Cəlaloğlunun dövlət maraqları ilə bizimki üst-üstə düşürsə, bir-birimizə yardım edə bilərik”.
Natiq Cəfərli deyib ki, Sərdar Cəlaloğlunun və digər partiya rəhbərlərinin təmsil olunduqları siyasi bloklar neçə illərdir uğursuz effekt verir:
“Sərdar Cəlaloğlunun rəhbəri olduğu siyasi partiya Azərbaycanda yaranmış ilk siyasi təşkilatlardan biri olmasına baxmayaraq, bu günə qədər təmsil olunduqları bloklarda və siyasi birliklərdə heç bir effekt əldə etməyiblər.
Dəfələrlə bunun şahidi olmuşuq ki, Azərbaycan cəmiyyətində siyasi bloklara və birliklərə münasibət heç də yaxşı olmayıb. Çünki son 10 ildə seçkilərdən qabaq və sonra yaranan siyasi hərəkat və birliklər nəticə olaraq dağılıb. Ona görə də ilk olaraq Azərbaycanda siyasi birliklərə yanaşma dəyişməlidir, yoxsa hansısa birliklərin yaradılması effektsiz olacaq”.
İcra katibi siyasi blokların şəxslər ətrafında deyil, yalnız ideyalar üzərində qurulduğu zaman uğurlu olacağına inanır:
“Siyasi blok və birliklər yalnız ideyalar üzərində qurulsa, uğurlu olacaq. Şəxslər ətrafında formalaşan siyasi bloklar nəticəsiz olacaq. Siyasi müstəvidə və əsl ideyalar üzərində blok və birliklər yaranarsa, REAL da Azərbaycandakı digər siyasi partiyalar kimi bu işlərdə iştirak etməyə hazırdır. Hələlik biz öz prinsip və proqramımızı elan etmişik.
Yeganə təşkilatıq ki, 3 ildən çoxdur məqsədlərə çatmaq istədiyimizi proqram şəklində yazıb ortalığa qoymuşuq.
Kim bizim proqram və dəyərlərlə razıdırlarsa, bunları dəstəkləyirlərsə, bizə bununla bağlı nə zaman müraciət etsələr bir yerdə təmsil oluna bilərik. Amma hələlik REAL-ın hansısa siyasi bloklarda təmsil olunmaq fikri yoxdur”.
NUH.az
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 2026 21:34
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 2026 10:19
- Şəhər məni əritdi, gedirəm uzaqlara... - Zahir Əzəmətin şeirləri
26 aprel 2026 22:08
- İlham Əliyev Sülh və Barışıq üçün Gernika mükafatı-na layiq görüldü
26 aprel 2026 16:27
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 2026 01:21
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 2026 11:37
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 2026 18:32
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
- Vaqif Axundova AĞIR İTKİ
28 aprel 09:40
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 09:23
