4 saylı Vərəm Əleyhinə Dispanserdə rüşvət tüğyan edir - ŞOK FAKTLAR
Millət vəkili Sədaqət Vəliyeva baş həkimi olduğu tibb ocağında olub-bitənlərdən məlumatlıdırmı?
Özünü neft sektorundakı məşhur isimlərdən birinin qohumu kimi təqdim edən şəxs kimdir?
Ölkəmizdə bəzi şəxslərin eyni zamanda bir neçə vəzifə daşıması tez-tez tənqid edilir və bu barədə sərt təpkilər ortaya qoyulur.
Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin deputatı Zahid Oruc qeyd olunan məsələ haqda iradlarını dilə gətirmişdi:
«Bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olar». Deputatın qabartdığı bu məqam günümüzün ən aktual problemlərindən biri hesab edilir. Axı bir nəfərin eyni zamanda 3, hətta 4 vəzifəni tutması nə dərəcədə məntiqə uyğundur? Bu adam gərək 4 yerə parçalansın ki, bu da mümkün olan iş deyil.
Gundelik-baku.com-un araşdırmaları nəticəsində məlum olub ki, Milli Məclisin deputatı Sədaqət Vəliyeva da eyni anda 3 vəzifədə təmsil olunur. Belə ki, o həm deputatdır, həm YAP-ın Nizami rayon təşkilatının sədridir, həm də Sabunçuda yerləşən 4 saylı Vərəm Dispanserinin baş həkimidir. Məlumat üçün deyək ki, Vəliyeva Sədaqət Süleyman qızı 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib. Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb.
1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb. 1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995-1996-cı illərdə Suraxanı rayon səhiyyə şöbəsinin müdiri işləyib. 1997-2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon səhiyyə şöbəsinə rəhbərlik edib. 2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilib, hazırda bu vəzifədə çalışır. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədridir.
2010-cu ildə keçirilən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 25 saylı Nizami ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Araşdırmalarımız göstərir ki, Sədaqət Vəliyeva tutduğu 3 vəzifənin heç birində özünü doğrulda bilmir. Məsələn, onun baş həkimi olduğu 4 saylı Vərəm Əleyhinə Dispanserdə rüşvət açıq şəkildə tüğyan etməkdədir. Etibarlı mənbənin sözlərinə görə, dispanserdə xəstələrdən hər addımbaşı pul tələb olunur: «Xəstələr buna etiraz etsələr də, tələblər dəyişmir. Üstəlik, onlardan başqa məqsədlər üçün də pul istənilir ki, bu da ciddi narazılığa səbəb olub. 4 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə alanlara ümumiyyətlə, yemək verilmir və onlara ərzaq evlərindən gətirilir. Halbuki dövlət hər il vərəm xəstəliyindən əziyyət çəkənlərin müalicəsi üçün milyonlarla manat vəsait ayırır.
Həmin vəsaitin böyük bir qismi isə dərman preparatlarının və qida məhsullarının alınması üçün nəzərdə tutulub. Ağır xəstəlikdən əziyyət çəkmələrinə baxmayaraq, səhiyyə ocağında çalışan həkim və tibb bacıları demək olar ki, xəstələri nəzarətsiz qoyurlar, onlara vurulacaq iynə və dərmanları xəstə yaxınlarına aldırırlar. Əgər xəstə yaxınlarının həmin dərmanları almağa maddi imkanları çatmırsa, o zaman həmin xəstələrə iynələr vurulmur və qeyd edilir ki, dispanserdə hazırda dərman preparatları yoxdur. Sədaqət Vəliyeva işdə demək olar ki, tapılmır. O ya məzuniyyətdə olur, ya da başqa işlərini bəhanə gətirərək dispanserə gəlmir. Bütün işləri müavinlərinə və şöbə müdirlərinə tapşırıb. Müavinlər və şöbə müdirləri hər ay baş həkimin payını çatdırırlar. Artıq 10 ildir ki, dispanserə rəhbərlik edən Sədaqət xanımın dəyişdirilməsinin vaxtı çoxdan çatıb. Bu xanım baş həkim kimi ona tapşırılan işlərin öhdəsindən uğurla gələ bilmir. Xəstələrdən müxtəlif ad altında pul istənməsi səngimir».
Qeyd etdiyimiz kimi Azərbaycanda vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Xəstəliyin formasından asılı olmayaraq, müalicəyə sərf olunan dərmanlar da dövlət tərəfindən verilir. Dərmana davamlı formaların müalicəsi üçün xüsusi proqram hazırlanıb və həmin sənəd müvəffəqiyyətlə reallaşdırılır. Dövlət hər bir vərəmli xəstənin müalicəsi məqsədilə ildə təxminən 50 min manat vəsait ayırır. Əfsuslar olsun ki, Sədaqət Vəliyevanın rəhbərlik etdiyi 4 saylı Vərəm Əleyhinə Dispanserdə xəstələr dövlət qayğısını hiss etmirlər. Rüşvətin tüğyan etdiyi dispanserin rəhbərliyi özünü Dövlət Neft Şirkətinin başında duran şəxslərdən birinin qohumu kimi təqdim edərək özbaşına əməllər törədir. Biz isə hesab edirik ki, Sədaqət Vəliyeva Milli Məclisdə təmsil olunduğu üçün digər iki vəzifəsini- baş həkim və Nizami YAP-ın sədri postunu könüllü olaraq tərk etməlidir. Çünki bu vəzifələrə layiq olan yüzlərlə, minlərlə savadlı və gənc kadrlarımız var. Onlara yol açmaq lazımdır, Sədaqət xanım. 3 vəzifə tutursunuz, deyin görək bunların hansı birində uğur qazana bilmisiniz? Əlbəttə ki, heç birində. Qarşı tərəfin də cavab haqqını tanıyırıq. Gundelik-baku.com
NUH.az
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
