Zakir Fərəcova ağır ittihamlar
Tanınmış jurnalist Sumqayıtın icra başçısının keçmişi ilə bağlı maraqlı məqamlar açıqlayıb
Prezident İlham Əliyev: "Vəzifəli şəxslərin uşaqları, yaxınları qudurğanlığa yol verirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü xuliqanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək…”
İnternetdə axtarış verərkən ən çox rast olunan adlardan biri Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Bu da təsadüfi sayılmır. Adı qalmaqallarda, qətllərin sifarişində hallanan bu məmurun keçmişdəki və indiki fəaliyyəti o qədər qaranlıq və xoş olmayan hadisələrlə zəngindir ki, sadə vətəndaş da Fərəcov soyadlı icra başçısını tanımamış deyil.
Kimdir Zakir Fərəcov?
Zakir Fərəcovun keçmişinə və bu günkü fəaliyyətinə nəzər salmazdan öncə onun rəsmi sənədlərdə qeyd olunan tərcümeyi- halına diqqət edək:
Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur.
1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır.
Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.
1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.
1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.
1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.
Zakir Fərəcovu vəzifələrə aparan güc
Rəsmi qeydlərə nəzər yetirəndə Zakir Fərəcovun xoşbəxt anlarının 1999-cu ildən başlamış olduğunu görürük. Böyük bir şəhərin Bələdiyyə sədri olan şəxsin 6 il sonar icra başçısı təyin olunmasını təsadüf adlandırmaq sadəlövhlük olar. Təbii ki, Zakir Fərəcovun Sumqayıt şəhər bələdiyyəsinin sədri olduğu illərdəki fəaliyyəti də buna əsas vermir. Çünki, bu şəxs bələdiyyə sədri olarkən Sumqayıtda qanunsuz yolla satdığı torpaqların mübahisəsi hələ də bitməyib. Bununla yanaşı sədr kimi rüşvəti birbaşa özü qəbul edənlərdən biri olaraq Fərəcovun şəhərdə qohumlarından başqa yaxşılıq etdiyi kimsəyə rast olmaq mümkün hal deyil.
Bələdiyyə sədri olarkən Sumqayıtda insanların problemlərinə biganə qalmaqla diqqət çəkən şəxsin sonradan İcra başçısı kimi mühüm bir vəzifəyə təyin olunmasına bir sıra səbəblər göstərilirdi. Xüsusən də onun bir çox qruplaşmalara bağlı olması fikri daha yayğın idi.
"Ehtiyat fondu” olan icra başçısı
Nəticədə arxasında böyük güc tapan Zakir Fərəcov rəqiblərini qabaqlayaraq ilk addımını atmış oldu. 2005-ci ildə Abşeron icra hakimiyyətinin başçısı təyin olunan bu şəxs rayonda qanundan kənar qərarları və tapşırıqları həyata keçirməkdə çətinlik çəkmədi. Hətta bəzi şikayətçilərlə kriminal aləmə xas olan dillə danışan Fərəcovun uzaq keçmişindəki adətlər də Abşeronda yada salındı.
İcra başçısının torpaqların satışı zamanı kütləvi rüşvət toplama əməliyyatı rayon sakinlərinin etirazına səbəb olsada narazılıq edənlər ən qəddar yolla susduruldu . Bundan başqa iri və xırda oyektlərin sahiblərini hər ay müxtəlif tədbirlər adı ilə icra hakimiyyətinə çağıran Zakir Fərəcov tələblərini irəli sürürdü. Bu tələblər obyektlərin ölçüsündən asılı olaraq icra başçısının "ehtiyyat fonduna” və ya şəxsi büdcəsinə müxtəlif məbləğdə pulların ödənilməsindən ibarət idi. Etiraz edən və ya "yoxdur” deyən obyekt sahibi gəlir yerini bağlamalı, icra başçısının istəyini yerinə yetirənə qədər fəaliyyət göstərməməli idi. Məhz müxtəlif qanunsuz yollarla istəyinə çatan Zakir Fərəcovu çox əsəbləşdirənlər daha ağır cəzaya məruz qalırdılar. Necə ki, Saray bələdiyyəsinin sədri cəzalandırıldı.
Amansız qətlin sifarişçisi kimdir?
8 iyun 2015-ci ildə Azərbaycanda amansız qətl hadisəsi baş verdi. Saray bələdiyyəsinin sədri Vəsilə Əbdülhəsənova və həyat yoldaşı Vəfadar Əbdülhəsənov qətlə yetirildilər. Hadisə gecə saatlarında onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alınıb. Belə ki, qatillər bələdiyyə sədrinin başını kəsib, həyat yoldaşının isə güllə ilə ürəyindən vurublar. Üstəlik, izi itirmək üçün evi yandırmışdılar.
Ölkə mediasında bu dəhşətli qətllə bağlı geniş məlumatlar verilib. Mediada, Saray bələdiyyəsinin sədri və onun həyat yoldaşının qətlindən sonra olayda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı hallanmağa başlayıb. Qatil Fədai Hüseynovu Z.Fərəcovla bağlayan bir çox tellərin varlığı da bu haqda fikirlərin heç də əsassız olmadığını ortaya qoymuş oldu.
Araşdırmalar nəticəsində məlum olur ki, Fədai Hüseynov bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işləyib. Fədail və Vüqar qardaşları Abşeron rayonunda, xüsusən də Saray qəsəbəsində torpaq satışı məsələsində Z.Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər. Bu həmin Elgiz Fərəcovdur ki, ötən il mətbuatda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, onun həbsinə səbəb qeyri-qanuni torpaq satışı təşkil etməsi və bu zaman başqasının etibarından sui-istifadə etməsi olub. Şikayət əsasında həyata keçirilən əməliyyat təbiri nəticəsində həbs olunan E.Fərəcov dayısı Zakir Fərəcovun müdaxiləsi nəticəsində bir müddət sonra sərbəst buraxılıb. Z.Fərəcov bu hadisənin onun nüfuzuna və gələcək planlarına zərbə vuracağından narahat olaraq bacısı oğlunu həbsdən qurtarıb. Həbsdən çıxan E.Fərəcov isə əvvəlki əməllərini davam etdirib və Abşeronda torpaq biznesinin əsas fiqurlarından biri kimi fəaliyyətini davam etdirir.
Qətldə şübhəli bilinənlər necə təmizə çıxdı?
Deyirlər bəzi məmləkətlərdə qanun hörümçək toru kimidir. Zəiflərin ilişib qaldığı toru Fərəcov kimilər deşib keçir.Amansız qətldə şübhəli bilinən Zakir Fərəcov və qohumları Prezidentin tapşırıqlarına və xəbərdarlıqlarına məhəl qoymamaqda davam edirlər. Əgər elə olmasaydı bu məmur öz yaxın qohumu- bacısı oğlu Elgiz Fərəcova böyük səlahiyyət verib qanunsuz əməllərinə sahib çıxmazdı. Hətta törətdiyi qanunsuz əməllərə, vətəndaşları aldatdığına və dələduzluq etdiyinə görə həbs olunan birinə sahib çıxıb və həbsdən sonra ona daha böyük səlahiyyət verməzdi. Nəzərə alsaq ki, Elgiz Fərəcov dayısının xeyir-duası ilə silahlı qoçu dəstəsi saxlayıb və dəstə bir ailəni qətlə yetirib. Yuxarıda qeyd etmişdim ki, Zakir Fərəcovun keçmişdən gələn və indi də hörmət bəslədiyi bir adəti var. Bu adətə görə qoçuluq və ya quldurluq edib qanunları tanımayan şəxslərə hörmətlə yanaşmaq lazımdır.
Zakir Fərəcov Prezidentin xəbərdarlığını unudub
Məhz bacısı oğlunun da bu cür yetişməsində maraqlı olan icra başçısı ölkə başçısının onun kimi məmurlara xəbərdarlığına məhəl qoymamaqdadır. Həmin xəbərdarlığın qısa bir hissəsini Fərəcovun diqqətinə çatdırmağı özümə borc bilirəm: "Vəzifəli şəxslərin uşaqları, yaxınları qudurğanlığa yol verirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü xuliqanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək…”
Ola bilsin ki, Zakir müəllim bu xəbərdarlığı unudub. Unudubsa belə bu yenə saymamazlıq hesab olunur. Ölkə başçısının xəbərdarlığına məhəl qoymayaraq yenə öz bacısı oğlunun qudurğanlığına şərait yaradan icra başçısı hələ ki, cəzalardan yaxasını qurtara bilir. Kiminsə qohumu olduğunu deyib istədiyini etmək, hazırda isə Sumqayıtda qanunsuz əməllərini davam etdirmə səlahiyyəti qazanan Zakir Fərəcovun bir gün qanunla cəzalanacağına əminəm. Kimlərləsə yaxını olmaq qanunları tapdalamaq səlahiyyətini heç kimə vermir. O cümlədən Fərəcovlara…
Ardı var.
İkram Rafiqoğlu
P.S. Yazıda dərc olunmuş fikirlər müəllifin şəxsi mülahizəsidir. Qarşı tərəfi də dinləməyə hazırıq.
NUH.az
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 2026 21:26
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 2026 12:56
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 2026 11:03
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 2026 00:48
- Prezident : Şuşa əldən gedərsə, başıma güllə çaxaram deyən namərd orada-burada sülənir
11 may 2026 00:27
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Ayaqyalın gəzməyin faydaları və ZƏRƏRİ - Həkim danışdı
10 may 2026 21:40
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
