Texniki Universitetə ayrılan pullar Novxanıda necə peyda oldu?
Rektor Havar Məmmədovun «sağ əli» olan Zakay təhsil ocağında xüsusi qaydalar yaradıb
Hələ bir müddət əvvəl universitetlərdə durumun faciəvi olduğu barədə məlumat vermişdik. Bu yaxınlarda Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbəsi rektor Babanlıdan şikayətçi düşərək, oxuduqları təhsil ocağında bazar açıldığını vurğulamışdılar. Analoji durum Azərbaycan Texniki Universitetdə də (ATU) yaşanır. Sadəcə, forma və məzmunda bir qədər fərq olmaqla.
Universitetdə Zakay «sindromu»
ATU-nun əsas fiqurlarından biri Zakay adlı şəxsdir. Universitetin Tədris Hissə müdiri olaraq çalışan sözügedən şəxs, həmçinin rektor Havar Məmmədovun da «sağ əli» hesab olunur. JAM.AZ xəbər verir ki, Zakay dekanlardan tutmuş, müəllimələrə qədər hər kəsə nəzarət etmək hüququna sahibdir. Eyni zamanda, imtahan vaxtı qiymətləri müəyyənləşdirmək, pulları yığmaq da onun səlahiyyətində olan məsələdir.
Jam.az-ın əldə etdiyi məlumata görə, Havar Məməmmədovun «sağ əli» olan Zakay müəllim yay imtahan sessiyası dövrü üçün qiymətləri 200-300 manat aralığında müəyyən edib. Belə ki, ATU-da da digər universitetlərdə olduğu kimi, Boloniya sisteminə keçilib. Və tələbələrə qarqı tələ kimi istifadə olunur. Zakay müəllim isə təmsil etdiyi universitetdə konkret qiymət müəyyənləşdirib və həmin məbləği ödədikdən sonra imtahan verib, keçid balını toplamaq mümkündür. Pul verməyənlər isə 1 və ya 2 balla «ilişib» qalır, sonra da kredit ödəməklə bu «bəla»dan yaxasını qurtara bilmir.
Universitetin təmiri niyə yarımçıq qaldı?
ATU-nun təmir-bərpa işlərinin yarımçıq qaldığını görmək üçün bircə dəfə universitetin yanından keçmək kifayətdir. Bir neçə ildir davam edən, hələ də başa çatmayan prosesin nəylə bağlı olduğu hələ də bir çoxlarıyçun müəmma olaraq qalıb.
Jam.az-ın araşdırmaları zamanı bir müddət əvvəl məlum olmuşdu ki, burada problemin kökündə dayanan əsas amil maliyyə çatışmazlığıdır. Amma maraqlıdır ki, ATU-ya təmir-bərpa işləri üçün külli miqdarda pul da ayrılmışdı. Bəs, belə olan təqdirdə, hansı maliyyə çatışmazlığından sözbət gedə bilər?
Araşdırmamız zamanı məlum olub ki, ATU-da binanın təmir işləri iki hissəyə bölünüb. Birincisi, binanın daxilinin təmir edilməsidir ki, həmin proses üzrə tenderi keçmiş deputat Xəlilbəy Günəşovun şirkəti udub. İkincisi isə binanın fasad işlərinin təmiridir ki, bu tender idə Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun himayəsində olan «Azimport» şirkəti reallaşdırıb. Amma binanın nə daxili, nə də xaricindəki təmir işləri başa çatmayıb və belə davam edərsə, başa çatacağı da inandırıcı görünmür.
Jam.az-a bir müddət əvvəl bununla bağlı məlumat daxil olmuşdu ki, Havar Məmmədov təmir işlərini həyata keçirmək üçün tələbələrin təqaüdlərinin 3 aylıq hissəsini verməyib. Hətta məsələylə ballı redaksiyamıza müraciət edən tələbələr də bəyan edirdilər ki, aldıqları 80-100 manatla güzaranlarını qismən qura bildikləri halda, həmin imkanları əllərindən alınıb. Ancaq universitetin mühasibatlığından açıqlama verildi ki, belə bir hal yoxdur, hətta aprelin pulu belə tələbələrin hesabına köçürülüb.
Bunu xatırlatmaqda məqsədimiz odur ki, Havar Məmmədov binanın təmiri üçün maliyyə axtarır və çıxış yolunu tələbələrin cibində görüb. Amma həmin işlər üçün ayrılmış milyonlarla manatın aqibətinə aydınlıq gətirmək istəmir.
Novxanıda tikilən villa
ATU-nun rektoru Havar Məmmədovun fasad işləri üçün ayrılmış pulların niyə çatmadığı barədə açıqlama verməməsi anlaşılandır. JAM.AZ məsələni araşdırarkən maraqlı bir çox məqamların üzərini açıb. Məlum olub ki, ATU-nun təkcə fasad işləri üçün ayrılmış pulun böyük bir qismi elə rektor Məmmədovun şəxsi məqsədlərinə sərf olunub.
Belə ki, həmin pullarla Havar Məmmədova Novxanı yolunun üzərində çoxmərtəbəli villa inşa edilib. Yəni, «Azimport» şirkətinə ayrılmış pullar dədə malı kimi yarı bölünüb. Beləliklə də tərəflər arasında nə təmir işlərinə, nə də başqa işlərə ehtiyac qalmayıb.
NUH.az
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
