Onbirinci sinifi bitirən məzunlara müraciət
Əziz məzunlar ..!!!
Siz artıq müstəqil həyata qədəm qoydunuz.
Sizin hər biriniz sabahın Nizamisi, Şekspri, Üzeyir bəyi, Eynşteyni, Şəhriyarı ola bilərsiniz. Ancaq dünya təcrübəsi və əsrlər boyu xalqımızın başına gələn faciələr onu göstərir ki, 5-6 dahinin “özünü yandırması” ilə cəmiyyət işıqlana, qaranlıqlar aydınlığa çıxa bilməz.
Əziz dostlar!
Dahilik Tanrı seçimidir, sizlər gələcəkdə dahi alim, məşhur bəstəkar, böyük yazıçı olmaya da bilərsiniz, ancaq əsl vətəndş olmaq sizin müqəddəs borcunuzdur.
Sizlər vətəni ancaq könüllə deyil, həm də ağılla sevməlisiniz. Vətən təkcə “durnagözlü bulaqlar”, “əcdadımızın mədfəni, övladımızın məskəni”, yaxud “saya gəlməyən neft buruqları” deyil. Vətən həm də və ən əsası bizim bir millət olaraq siyasi hüquqlarımızın nəhayət öz əlimizdə olduğu və bu hüququn dünya tərəfindən tanındığı məkandır. Bu hüquqdan necə istifadə etmək isə artıq özümüzdən asılıdır.
Əziz dostlar!
Sizlər bu il seçici yaşına çatırsınız, seçib-seçilmək hüququ əldə etməklə dövlətimizin bərabərhüquqlu vətəndaşına çevrilirsiniz. Seçib-seçilmək hüququ təkcə sizin özünüzlə, dövlətimizin gələcəyi ilə bağlı deyil. Seçib-seçilmək hüququna münasbət həm də mütərəqqi bəşəriyyətə, insanlığın tarixinə olan münasibətdir. Çünki bəşəriyyət bu hüquq uğrunda yüz illər boyu qanlı mübarizə aparıb və ancaq XX əsrin əvvəllərində ən inkişaf etmiş xalqlar bu hüquqdan istifadə etməyə başlayıblar və faydasını da görürlər. Sizlər həm də bu yolda həyatını qurban vermiş yüz minlərin ruhuna, bəşəriyyətin keçdiyi yola hörmət olaraq seçki hüququna laqeyd olmamalı və gələcək seçkilərdə aktiv iştirak etməlisiniz.
Əziz dostlar!
Əlbəttə sizlərin seçkidə iştirak etməmək hüququnuz da var, necə ki, səhərlər üzünüzü və dişlərinizi yumaya da bilərsiniz, sizi buna heç kim məcbur edə bilməz. Ancaq səhərlər üzünüzü və dişlərinizi yumağınız sağlamlığınızın qayğısına qalmaqla bərabər, həm də içərisində “nəfəs-nəfəsə” yaşadığınız cəmiyyətin birgəyaşayış qaydalarının tələbidir. Sizlər seçkidə aktiv iştirak etməklə həm də yeni üzv olduğumuz Avropa ailəsinin normalarına etiramla yanaşmış olursunuz.
Əziz dostlar!
Həqiqi mömin məscidə, kilsəyə necə inam və etiramla girirsə, siz müasir gənclər də seçki evlərinə eləcə inam və etiramla girin və unutmayın ki, “Xalqın səsi Allahın səsidir”. Və müasir dövrün fəlsəfəsi budur. Sizlər Avropanın kompüterinə, internetinə, “Mercedes”inə sahib olduğunuz kimi dəyərlərinə də yiyələnməlisiniz.
Çox təəssüf ki, həmvətənlərimizin çoxu passivdir, seçib-seçilmək hüququna laqeyd yanaşır, “mən səs verməsəm guya dünya dağılacaq”, yaxud “mən səs versəm guya dünya düzələcək” düşüncəsindən qurtula bilmirlər. Bunun əsas səbəblərindən biri valideynlərimizin az qala 70 il sovet rejimində yaşamalarıdır. Həmən rejimdə hər şey yuxarıdan həll olunduğu üçün xalqın seçkidə iştirakı və seçki özü bir görüntü-tamaşa idi. Bu günkü passivliyin, laqeydliyin çoxu keçmiş dövrün mirasıdır. Biz bundan qurtulmalıyıq və siz gənclər hər şeyin bəlkə də ölkənin gələcək taleyinin ancaq və ancaq sizin bir səsinizdən asılı olduğu düşüncəsinə sahib olmalısınız. Əks halda biz yüz illər boyu uğrunda mübarizə apardığımız müstəqilliyimizi yenidən itirə bilərik...
Əziz məzunlar ..!
Dövlətin gücü onun yeraltı və yerüstü sərvətlərindən, enerji mənbələrindən daha çox xalqın, o cümlədən siz gənclərin aktivliyindən, təşəbbüskarlığından, enerjisndən asılıdır.
Bütün sərvətlər, enerji mənbələri nə vaxtsa tükənəcək, xalqın enerjisi isə tükənməzdir.
Müasir dövlət quruculuğunda xalqın və siz gənclərin iştirakı isə ancaq və ancaq demokratik seçkilər yolu ilə mümkündür. Başqa bir yol yoxdur, bu aksiomadır.
Əziz dostlar !
Seçkiyə getməklə dövlətimizin quruculuğunda iştirak edin.
Onda dövlətdən nəsə tələb etməyə həm də mənəvi haqqınız olar, əziz gənc həmvətənlər...
NUH.azın baş redaktoru Kamran Məhərrəmli
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
12 mart 2024 10:56
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:03
- Yüzminlər adından deputatlara: mühüm və təcili müraciət
10 mart 2024 18:49
- Araik 7 fevral prezident seçkilərində iştirak üçün müraciət edib- ŞOK
3 fevral 2024 17:08
- Baş redaktor seçkidə ilk dəfə iştirak edən gənclərə müraciət etdi
30 yanvar 2024 23:59
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56