Sələm qarşısında susan Qanun

Ölkənin ictimai-siyasi, mədəni-iqtisadi və eyni zamanda gündəlik həyatında baş verən olaylar bəzən hansısa cinayətin artıq prioritetə çevrildiyini, yaşam tərzinin atributu olduğunu sərgiləyir. Xalqın kredit girdabında çabaladığı dönəm bitmək, başa çatmaq bilmir, artıq kreditlərdən can qurtarmağın bir yolu da intiharlardır. Ölkə vətəndaşlarının rəsmi qurumlarla - banklarla haqq-hesab çürütməsi yavaş-yavaş məhkəmə müstəvisində həllini tapırsa, vətəndaşlarla vətəndaşların "aldım-verdim" sövdəsi faciələrlə müşayiət olunmaqdadır.
Ölkənin müştəri haraylayan bankları varkən, müştəri haraylamayan, ancaq iradəcə zəif ziyalıları çox asanlıqla toruna salan, onları zor gücüylə diqtəsinə qul edən bir monastrı - sələmçi Kamandarı da var.
DOSYE: İmanov Kamandar Gəncəli oğlu. Adıçəkilən bu şəxs 1968-ci ildə Göyçə mahalının Daşkənd kəndində sürücü ailəsində anadan olmuşdur. Ali təhsillidir. Əmək fəaliyyətinə keçmiş avtomobil nəqliyyatı naziri Hüseyn Hüseynovun sürücüsü kimi başlamışdır. Adıçəkilən qurumdan sələmçi kimi ayrılmışdır. Kamandar İmanovun dünyaya gəlmə missiyası Azərbaycanın ziyalı kəsimini mənəvi cəhətdən məhv etməkdən ibarətdir.
Yazımıza sübut olaraq:
1. Fizika-riyaziyyat elmləri doktoru, professor Həsənov Xanlar Alı oğlu - ona verdiyi 20 min manat sələmin real nəticəsi olaraq, Xanlar Həsənovun hər şeyini əlindən almış, nəticədə mütərəqqi bir azərbaycanlı ailəsi dağılmışdır. Professor həyatının ən mürəkkəb və təhlükəli anlarından birini yaşayır.
2. Fizika-riyaziyyat elmləri namizədi, dosent Fərhad Şamil oğlu Kərimov. Müxtəlif vaxtlarda 19 min, 20 min, 23 min olmaqla sələm verən Kamandar eyni taleyi Fərhad müəllimə yaşatmış, qohumlarıyla birlikdə alimin evinə hücum etmiş, şantaj yollarla onun bütün əmlakına sahib olmuş, həyat yoldaşı bu sarsıntılardan sağalmaz şəkərli diabetə yoluxmuşdur. Yaşadığı ərazidə xüsusi hörmət və çəkiyə malik olan Azərbaycan ziyalısını qəsdən el arasında hörmətsiz etmək istiqamətində addımlar atmışdır. Vaxtilə özünün müəllimi olmuş bir ziyalının ailəsini pərən-pərən salmışdır.
3. Tibb elmləri üzrə fəlsəfə doktoru Şahməmmədov Nuru Saydam oğluna verdiyi 28 000 manat qarşılığında sələmlə şişirdərək 120 000 manata çatdırmış, ağsaqqal-qarasaqqal xahişlərindən sonra bir balaca yumşalmış, amma yenə də Abşeron rayon məhkəməsi sədrinin vasitəsiylə 20 noyabr 2015-ci ildə ... 69 min manat borcun ödənilməsi haqqında qətnamə çıxartdırmışdır. Beləliklə də, haram pula halal haqq donu geyindirilmişdir.
Siyahını kifayət qədər Səfər doktorla, Hacı İlhamla çoxaltmaq olar. Amma bir məsələnin üstündən sükutla keçmək olmaz. Ən azından, sələmçiliyi özünə peşə seçən Kamandar İmanov el-obanın sayılıb-seçilən ziyalısı tibb elmləri namizədi, ATU-nun daxili xəstəliklər kafedrasının dosenti Mirəsgər Mirəşrəf oğlu Əsgərovu çirkin əməllərinin qurbanına çevirmiş, infarkt etmiş, ölüm həddinə çatdırmışdır.
Belə ki, 2014-cü ilin aprelində Mirəsgər Əsgərov 1997-ci ildən birinci qrup yataq xəstəsi olan əlil həyat yoldaşının müalicəsi üçün əlacsızlıqdan 20 min manatı 10 faizlə Kamandar İmanovdan sələmə aldıqdan sonra 6500 manatı ödəmişdir.
2015-ci ilin aprel ayında Kamandar İmanov növbəti, qabaqcadan düşünülmüş çirkin planını işə salmışdır.
Belə ki, Mirəsgər Əsgərov Kamandar İmanovun digər borclu - Fərhad Kərimova qarşı etdiklərindən məlumatlı olduğu üçün, eyni taleyi yaşamamaq, birinci qrup yataq xəstəsi olan həyat yoldaşının xatirinə 13500 manat borc əvəzinə notariusda Kamandar İmanovun təklif etdiyi 40000 manata imza etmişdir. Mirəsgər Əsgərov sənədə imza edərkən duz-çörək kəsdiyi Kamandar İmanovun səmimiyyətinə inanmışdır və ağlına da gətirməyib ki, namərdlik və səmimiyyətdən sui-istifadə edərək, işi icraya yönəltdirəcəkdir.
Son variantda Mirəsgər Əsgərov xilas yolunu məhkəməyə müraciət etməkdə görsə də, Nərimanov rayon məhkəməsinin hakimi Ramin Quliyev ilk hazırlıq iclasında "bu iş məhkəməlik deyil, gedin çöldə kişi kimi həll edin", desə də, axırda Kamandar İmanovun xeyrinə qətnamə çıxarmaqdan çəkinməmiş, şahidlərin teleqramlarını və ifadələrini nəzərə almamışdır. Baxmayaraq ki, məhkəmə mayın 2-nə təyin olunan prosesdə notariusdan gələn sənədlərə münasibət bildirməliykən, Mirəsgər Əsgərovun nümayəndəsini, qohumunu və şahidləri dinləməliykən, vəkilinin vəsatətini - məhkəmə prosesini üzrlü səbəbdən - Mirəsgər Əsgərovun geniş infarkt geçirməsini nəzərə alaraq ayrı vaxtda təyin etməliykən, bunları etmədən tamamilə qanunsuz qətnamə çıxarmışdır. Hakimin ya bu bacarıqlı və məşhur sələmçidən rüşvət, ya da hansısa zəng qarşılığında bu cür gözlənilməz və qanunazidd qətnamə çıxarması artıq ayrıca araşdırma mövzusudur.
Ayrıca qeyd etmək yerinə düşər ki, məhkəmə prosesində hakim Ramin Quliyev özü də Kamandar İmanovun fırıldaqçılıq zəminində addımlar atdığına, Mirəsgər Əsgərova borc verilməsi aktında kifayət qədər şər və böhtanın olması faktlarına şahid olsa da, birinci borcun ödənilmədiyi halda, niyə ikinci dəfə borc verilməsini əsaslandıra bilməyən Kamandar İmanova nədənsə məhkəməyə yalan deməyi də güzəştə getmişdir.
Verdiyi pulu sələmindən də artıq, ağlasığmayacaq qədər artığıyla alan və bunu rəsmən, məhkəmə hökmüylə həyata keçirən sələmçi Kamandarın belə imkanlara malik olmağı bir neçə əlavə sual da doğurur ki, onları da ardıcıllıqla çözəcəyik. Belə ki, heç bir qazanc və sərmayə gətirəcək işdə çalışmayan, ömrü boyu ya hansısa qarajın, ya da hansısa "xozeyin"in sürücüsü olan Kamandarın bu qədər pula haradan, haçan, necə sahib olması heç bir deklorasiya ilə nümayiş etdirilməsə də, məhkəmələr bu fakta sadəcə göz yummaqla, "ədalətin pərsəngi"ni vətəndaşlara qarşı ədalətsiz qətnamələr çıxarmaqla "sələm yürüşü"ndə Kamandara qələbələr qazandırmaqla "tənzimləyirlər".
Borc altından çıxa bilməyənlərlə özünəməxsus şəkildə haqq-hesab çəkən Kamandarın ən şah üsulu notariusla borclunun ona ödəməli məbləği istədiyi miqdarda təsdiqlətməsidir ki, əks halda borclunun evinə hücuma, "psixoloji müharibə"yə başlayır.
Ən sonda onu da bildirək ki, Kamandar İmanov iki övladını aldığı sələmlə ali məktəbdə oxutdurur. Bu iki övlad ali məktəbi qurtarıb çirkli pullarla aldığı təhsildən millətə hansı faydanı verəcək!?
P.S.Məşhur sələmçi ilə mübarizəsini davam etdirən seyyid-peyğəmbər övladı, tibb elmlər namizədi Mirəsgər Əsgərovun Apellyasiya Məhkəməsinə etdiyi şikayətini redaksiyamız nəzarətdə saxlayır və bununla bağlı oxucularımıza daha ətraflı məlumat verəcəyik.
Material Miq.az-ın redaksiyasına müraciət edən Əsgərov Mirəsgər Mirəşrəf oğlunun şikayət məktubu əsasında hazırlanmışdır.Qaynarinfo.az
NUH.az
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 2025 11:15
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 2025 10:58
- Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
11 oktyabr 2025 10:13
- Alla Puqaçova görün nə qədər pensiya alır – ŞOK
11 oktyabr 2025 01:08
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
9 oktyabr 2025 01:38
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
8 oktyabr 2025 02:08
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
7 oktyabr 2025 00:59
- Mikayıl İsmayılovun obyektlərində YOXLAMALAR BAŞLADI...
7 oktyabr 2025 15:34
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38