“Zamin bank”la məhkəmənin işbirliyi: 230 nəfərə qarşı inanılmaz dələduzluq
Bank əməkdaşları bağça müdiri ilə əlbir olaraq vətəndaşlara qarşı küllü miqdarda dələduzluq edib. Bu barədə aznews.az-a “qurbanlardan” biri - Qazax rayon sakini Nizami Qaraoğlu məlumat verib.
Onun sözlərinə görə, “Zamin bank”ın Qazax rayon filialının müdiri Məzahir Mirzəyev və onun dələduz komandası- Xanlıqlar kənd bağça müdiri Xatirə Əsgərova, işçilər – Fatimə Aslanova, Şəhla Sariyeva ilə əlbir olaraq sakinləri aldadıblar: “Xatirə Əsgərova Xanlıqlar kənd bağçasının müdiri işləyib. Uzun zaman müdir işlədiyindən kəndə böyük nüfuz qazanıb. Hətta kənd sakinlərinin hansısa problemləri olanda onlara maddi köməklik göstərib. Etdiyi köməkliyin qarşılığında sakinləri aldadıb ev almaq adı ilə yaxın rəfiqələrinin adına bankdan kredit götürüb. Kredit götürən rəfiqələrinə deyib ki, bu haqda heç kimə deməsinlər. O, ümumilikdə 230 nəfəri aldadıb. 9 ay ərzində onlara nə bankdan, nə də məhkəmədən pulun ödənilməməsi haqda bildiriş gəlməyib. 9 aydan sonra aldanmış sakinlərin evlərinə məhkəmədən bildirişlər gəlməyə başlayıb. Qazax Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyev aldanmış sakinlərin təqaüd və məvaciblərini bir başa 100 faiz olaraq banka yönləndirilməsi haqda qərar verib”. Şikayətçi yazır ki, məsələ ilə əlaqədar Qazax Rayon Məhkəməsinin sədri və rayon prokuroru Əlirza Babayevlə görüş olub: “Məhkəmə sədri bizə bildirdi ki, məsələ onluq deyil, bu işə bir başa prokuror baxır. Biz rayon prokuroru ilə görüşdük. Prokuror bizi qəbul edib bildirdi ki, bu olaylar məhkəmənin nəzarətindədir. Kənd sakinləri olaraq, yalanlardan və yalançı vədlərdən təngə gələrək aclıq aksiyası keçirməyə qərar verdik. Bununla bağlı icra hakimiyyətinə və Qazax Rayon Təcili Tibbi Yardım Stansiyasına məlumat verdik. Elə həmin günü 20-25 nəfər polis əməkdaşları kəndə gələrək bizdən aclıq aksiyasının dayandırılmasını tələb etdilər. Biz onlara bildirdik ki, tələblərimizə əməl olunmayana qədər aclıq aksiyasını dayandırmayacayıq. Məsələnin ciddi olduğunu görən polislər rayon icra başçısına məruzə etdilər”. N.Qaraoğlu qeyd edib ki, vəziyyəti belə görən rayon icra başçısı onu görüşə dəvət edib: “Görüşdən imtina etdim. 3 gündən sonra mənlə bərabər 7 nəfər aldanmış sakin icra hakimiyyətinə getdik. Bizi başçinın müavini Tahir Musayev qəbul etdi. Biz ona başçı ilə görüşməyə gəldiyimizi bildirdik. Biz tələb etdik ki, Qazax Rayon Məhkəməsi, prokuroru, rəisi və bank müdiri Məzahir Mirzəyev də görüşdə iştirak etsin. Görüşdən sonra mənə qonşum vasitəsi ilə geri çəkilməyimin qarşılığında 10 000 manat pul göndərmişdilər”. N.Qaraoğlu vurğulayıb ki, aprelin 19-da prokuror Əlirza Babayev onu yanına çağıraraq, dələduzun birinin - Pərvanə Səfərovanın həbs olunduğunu bildirib: “Biz belə adda dələduz tanımırıq. Prokurordan soruşdum ki, bu Pərvanə kimdir? Dedi sonra izah edərik. Bir neçə müddət keçəndən sonra məlum oldu ki, bu Pərvanə Səfərova qurbanlıq imiş. Biz sonralar Xatirə Əsgərovanın həbs olunması üçün əlimizdən gələni etdik və onun həbsinə nail olduq. Xatirə Əsgərova həbs olunan kimi Məzahir Mirzəyevə mesaj göndərib ki, “mən həbs olunsam səni də, Yadigarı da, (Yadigar “Zamin bank”ın işçisidir) həbsə aparacam”. Bundan sonra Məzahir Mirzəyev əl-ayağa düşdü ki, Xatirə Əsgərovanı həbsdən çıxartsin”. Məktub sahibi həmçinin qeyd edib ki, artıq 2 aydan artıqdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Xatirə Əsgərovanın işinə baxılır: “Xatirə Əsgərova “Zamin bank”ın Qazax filialının rəhbərinin tələsinə düşüb. O, dəfələrə tələb edib ki, onu bu cinayətə cəlb edən, mənimsənilən pulların 65-70 faizini götürən Məzahir Mirzəyevdə onunla birgə müttəhimlər kürsüsündə oturmalı və dindirilməlidir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Dadaş İmanov zərərçəkənlərə bildirib ki, Məzahir Mirzəyevin adını çəkməyin...” Hazırda proses davam edir. Qeyd edək ki, aldadılan 230 nəfərin istintaq işində təsdiqini tapmış ümumi məbləğ 420 000 manatdır.
NUH.az
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
