Hacıqabulda Elnur Əmiraslanov “mədəniyyəti”… və ya…

Hacıqabul rayon sakinləri böyük və kiçik ranqlı məmurların əsarətindən qurtula bilmir. İcra başçısı Əhməd Muxtarovdan tutumuş, gənç və dəstəkli məmur sayılan Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanova kimi rayonu sovurmaq əməliyyatları davam edir.
Bir sözlə, bütün idarə və təşkilat rəhbərləri “qonşudan qalma geri” deyib rayonun bütün var-yoxunu talamaqla məşğuldur. Amma burda da bir fərq var. Məmur var çox talayır, məmur var az. Təbii ki, icra başçısının taladıqları kimi olmasa da, Hacıqabulda başçıdan qismən az talayan ikinci məmur da var – Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanov… İcra başçısının əsas adamı hesab olunan yoldaş Əmiraslanov nəyi harda neçə həzm etməyin yollarını ustalıqla bilir. Bu ustalığına görə, hətta başçının dəfələrlə orden və şanlı mükafatları ilə təltif olunub. Daha doğrusu, özü hazırlayıb özü də mükafatlandırılıb. Bununla işimiz yox, icra başçısı bilər, Elnur yoldaş bilər. Amma burda maraqlı bir neçə maraqlı məqam var ki, onu yazmaq lazımdır. Ki, bütün külli aləm xəbər tutsun. Bəlkə bundan sonra o xəbərlər Mədəniyyət və Turizm nazirimiz əzəmətli Əbülfəz Qarayev yoldaşın da qulağında eşidilər… Yoxsa Əbülfəz Qarayev nə Elnur Əmiraslanovun əməllərini biləcək, nə də şöbə müdiri əməllərindən əl şəkəcək. Beləcə, Hacıqabul rayonu Əhməd Muxtarov və onun sol əli sayılan Əmiraslanovun sayəsində külli xarabalığa çeviriləcək. Belə faktlar ərz olur ki, Hacıqabulun mədəniyyət ocaqları Əmiraslanovun şəxsi məqsədləri naminə istismarı olunur. Yəni ki, dağıdılır, talanır. Bu sözlər bir az ağır səslənir. Amma bunu bir qədər müasirləşdirsək belə demək olar- Əmiraslanov pul qazanır ki, Əhməd Muxtarov istəyəndə şarappıltı ilə qarşısına qoya bilsin. Xronika… Hacıqabul Rayon Mədəniyyət şöbəsi 1990-cı ildən fəaliyyətə başlayıb, 2006-cı ildən isə, rayon Mədəniyyət və Turizm Şöbəsi kimi fəaliyyətinə davam etdirir. Hazırda şöbənin tabeçiliyində 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 10 kənd klubu olmaqla 20 klub müəssisəsi, 1 rayon kitabxanası, 6 şəhər və 20 kənd kitabxana filialı olmaqla 27 müstəqil dövlət kitabxanası, 7 illik şəhər Uşaq Musiqi məktəbi, “Pir Hüseyn” Xanəgahı Tarix-Memarlıq Qoruğu, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, 14 arxeoloji-tarixi abidə kompleksi fəaliyyət göstərir. Ümumilikdə bu müəssisələrdə 180 nəfər mədəniyyət işçisi çalışır ki, onlardan 25 nəfəri ali, 57 nəfəri orta ixtisas, 98 nəfəri isə, ümumi orta təhsillidir. Kənd kütübxanələrinin adı var özü yoxdu. Bundan danışmaq heç bizə dəı sərf etməz. Hamımız yaxşı bilirik ki, kənd kütübxanələrində siçovullar kef edir. Nə qapısını aşan var nə bağlayan. İndi nə varsa rayon mərkəzində var ki, onu da Əmiraslanov əla bilir. Amma bir fakt da var ki, bu kütübxanələrdə işləyənlər ölü canlardır. Onların əmək haqqı kartları yoldaş əmiraslanovdadır. Pulu qurtaran ki, bankomata yollanır və kartı taxıb pulunu çıxarır. Eynən olixarq məmur həyatı… Belə ərz edirlər ki, hazırda Hacıqabulda fəaliyyət göstərən əksər müəssisələrin ştat cədvəlinə salınmış “ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur. Aradakı fərq isə təbii ki, ayrılan əmək haqlarının mənimsənilməsi üçün qəsdən yaradılıb. Əlbəttə, əgər Mədəniyyət və Turizm şöbəsinin müdiri həmin müəssisələrin rəhbər vəzifələrinə təyinatları rüşvət müqabilində həyata keçirirsə, bu vəzifələri tutan şəxslərdən də öz vəzifə borclarının vicdanla icrasını tələb etmək çətin olacaq. Hacıqabul rayonunda bu sahənin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Elnur Əmiraslanov tərəfindən mənimsənilir. Xüsusilə kəndlərdə fəaliyət göstərən, adı olub özü olmayan mədəniyyət evləri və klublar dövlət vəsaitinin silinməsi üçün əsas vasitəyə çevriliblər. Belə ki, onların vasitəsilə Elnur Əmiraslanov hər il dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldur. Bildirilir ki, bu məqsədlərlə şöbə müdiri təmir-bərpa idarəsi adı altında qeydiyyatdan keçmiş, əslində isə, heç bir maddi-texniki bazası olmayan müəyyən şirkətlərlə iş birliyinə girərək, nağdlaşma üsulu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə yol açır. Həmçinin, eyni ad altında bir neçə dəfə vəsait almaq üçün müraciətlərin edilməsi və ya tenderlərin təşkil olunması da bu qəbildən olan nöqsanlardandır. Lakin nədənsə indiyədək nə rayon rəhbərliyi, nə də ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş şöbə müdirinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb. Yuxarı instansiyaların problemlərə belə yanaşma tərzi isə, bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarının artmasına səbəb olur. Yoldaş Əbülfəz Qarayevə görəsən nəsə çatır? Vallah insaf da yaxşı şeydir. 5 ye 3 ver də. Hacıqabulda baş verənlər barədə silsilə yazılarımız olacaq. Bizi izləyin ki, rayonda talançıların kimliyini siz də biləsiz… Ədil Hüseynli Bizimxeber.az
NUH.az
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 2025 09:30
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 2025 21:53
- Biz yenidən uçurum qarşısındayıq –Heydər Əliyev 50 il əvvəl Oljas Süleymanova nə deyib?
17 avqust 2025 12:26
- Elçindən geriyə qalanlar: Biri hakim, o biri deputat...
5 avqust 2025 01:12
- Prezident nekroloq imzaladı
2 avqust 2025 00:20
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 2025 12:06
- Bakıda XUTOR sökülür
22 iyul 2025 10:40
- Prezident media nümayəndələrini təltif etdi (SƏRƏNCAM)
22 iyul 2025 01:24
- Dünyanın ən gülməli ölkələri açıqlandı: Zirvədə gözlənilməz ölkə yer aldı
9 iyul 2025 11:16
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 01:52
- Pezeşkian İrəvandan Minskə getdi
20 avqust 01:15
- NAR nüfuzlu Stevie mükafatına layiq görüldü
20 avqust 00:55
- Fransa Azərbaycana yeni səfir təyin etdi
19 avqust 23:37
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 22:14
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 15:32
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 14:38
- Prezident The Goldman Sachs Group Inc şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi (FOTO)
19 avqust 12:01
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 10:43
- Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
19 avqust 10:06
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 09:41
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 00:34
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 23:47
- Trampla Zelenski Ağ Evdə görüşdü (YENİLƏNİB)
18 avqust 22:25
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 21:38
- Pezeşkian İrəvandadır - Foto
18 avqust 16:34
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 16:15
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 12:22
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 09:58
- Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı
18 avqust 09:43
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 09:30
- Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...
18 avqust 09:09
- Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşdü
18 avqust 00:06
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 21:53
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 17:29
- Sabah Avropa liderləri Trampla görüşəcək
17 avqust 17:24
- Balakəndə camış sahibini vurub öldürdü
17 avqust 17:18
- Rəqsanə Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edərək 520 MIN DOLLAR
17 avqust 17:05