Sağ ayaq əvəzinə sol ayağı kəsən səhiyyəmizin Nigarı
Xəstənin sağ ayağının əvəzinə sol ayağını kəsən Azərbaycan səhiyyəsinin biabırçı durumu hamıya bəllidir. Bu biabırçı səhiyyənin başında duranlardan biri də Nigar xanımdır. Bu yazı ayağıkəsik səhiyyənin nazir müavinindən bəhs edir.
Aidiyyəti olan bütün beynəlxalq təşkilatların, o cümlədən ən mötəbəri hesab edilən Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabatlara əsasən, uşaq ölümü, ana ölümü, müxtəlif xəstəliklərdən ümumiyyətlə ölüm faizi, infeksion xəstəliklərin yayılma dərəcəsi kimi göstəricilərə görə ölkəmiz ön sıralarda durur və az qala Afrika ölkələri ilə bir sırada gedir.
Bu gün sizə Səhiyyə Nazirliyinin fəaliyyətini iflic hala salan şəxslər və onların həyata keçirdikləri qeyri-qanuni işlər haqqında məlumat vermək istəyirik.
Nigar Əliyeva nazir müavini kimi etimadı doğrulda bilmir
Serhed.info-nun kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin fəaliyyətini bərbad hala salan şəxslərdən biri nazir müavini Nigar Əliyevadır.
Qeyd edək ki, Nigar Ramiz qızı Əliyeva 12 fevral 2009-cu ildən bu vəzifədə işləyir. Bizə çatan məlumatlarda bildirilir ki, əvvəllər Respublika Diaqnostika Mərkəzində sıravi həkim işləmiş Nigar Əliyeva nazir müavini kimi ona tapşırılan işlərin öhdəsindən gələ bilmir: “Xanım məmurun adı son vaxtlar ancaq qalmaqallı hadisələrdə, büdcə vəsaitlərindən istifadədə və sair xoşagəlməz işlərdə çəkilib. O da bəzi vəzifəli şəxslər kimi şəxsi imkanlarını yaxşılaşdırmaq barədə fikirləşir. Nazir müavini postuna qoyulana qədər maddi baxımdan sıxıntı yaşayan Nigar xanım hazırda ölkənin ən varlı şəxslərindən birinə çevrilib. Bu illər ərzində Bakının müxtəlif ərazilərində mənzillər, ticarət obyektləri alıb.
Əlində olan səlahiyyətlərdən istifadə edərək qohumlarının adına apteklər, bir neçə özəl klinika açdığı deyilir. Hətta yığdıqlarının ömrünün axırına kimi ona bəs etdiyi bildirilir. KİV-in məlumatına görə, Nigar Əliyevanın əsas qazanc yerlərindən biri də səhiyyə ocaqlarına təyinatlarla bağlıdır.
Serhed.info xəbər verir ki, Bakı şəhərində, o cümlədən bölgələrdə fəaliyyət göstərən doğum evləri və qadın məsləhətxanalarının əksəriyyətinin rəhbər işçiləri nazir müavininin kadrlarıdır. Təbii ki, həmin insanlar təmənnasız olaraq vəzifəyə qoyulmayıblar. Yerləşdiyi qəsəbə və rayondan asılı olaraq hər doğum evinin, qadın məsləhətxanasının baş həkimi vəzifəsinin öz problemi var. Sıravi həkim işləmək isə nisbətən problemsiz başa gəlir. Ən dəhşətlisi isə odur ki, Nigar Əliyevanın vasitəsilə vəzifəyə düzələn şəxslər vətəndaşlara əlavə problemlər yaradır və səhiyyə sektorunda rüşvətxorluğun yayılmasına zəmin hazırlayırlar”.
Xatırladaq ki, nazir müavininin adı bir müddət əvvəl qalmaqallı olaya qarışmışdı. Belə ki, Aygün Əliyeva adlı qadın 200 nəfəri aldadaraq onlara ümumilikdə 5 milyon manat ziyan vurub. Bu işlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində 22 epizod üzrə istintaq aparılıb. Məhkəmənin qərarı ilə 5 il azadlıqdan məhrum edilən Aygün Əliyeva bəzi maraqlı məqamları açıqlayıb. Qeyd edək ki, adıçəkilən xanım axtarışda olduğu vaxt 15.06.2012-ci ildə Lerik Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirib. Doğum haqqında sənədi xəstəxananın nevropatoloqu Etibar Həşimov verib. Məhkəmənin 29 noyabrda Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə (böhtan atma) hökm oxuduğu son iclasında Aygün Əliyeva uşağın sənədini səhiyyə nazirinin müavini Nigar Əliyeva vasitəsilə aldığını deyib: “Nigar rəfiqəmdir, hara yazsanız da o cavabınızı verəcək. Bütün respublikanın səhiyyəsinə o baxır. Nəyi sübuta yetirəcəksiniz?”. Saxta sənəd hazırlamaqda ittiham olunan nazir müavininin barəsində isə təəssüf ki, heç bir tədbir görülməyib. Yəqin buna görədir ki, Nigar xanım səhiyyə sistemində öz bildiklərini edir.
P.S Növbəti yazıda digər müəvinlərlə Nigar Əliyevanın birgə fəaliyyətinə diqqət yönəldəcəyik.
NUH.az
- Ayaqyalın gəzməyin faydaları və ZƏRƏRİ - Həkim danışdı
10 may 2026 21:40
- Bu gün işdən 1 saat tez çıxacağıq - 9, 10, 11 may tarixləri istirahət günləridir.
8 may 2026 10:46
- Kurbanovlar =klanının= yeni qurbanları: Leyla Medical Center və… — Cinayətkar şəbəkənin ən fəalı haqqında yazdıqlarımızın doğruluğu rəsmən təsdiqləndi
6 may 2026 15:30
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
3 may 2026 13:27
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 2026 22:58
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
