“Mircəfər Bağırov atama deyib ki…” - Nazir
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov “Caspian PlatForum”da çıxışı zamanı Milli Parklardan danışıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, H.Bağırov deyib ki, Azərbaycan Milli Parklarını Gürcüstandakılar ilə müqayisə etmək düzgün deyil:
“Bəzən bizi Gürcüstan ilə müqayisə edirlər. SSRİ dövründə Gürcüstanda milli parklar var idi, yəni onların konsepsiyası var idi. Borjomidə milli parklar yaşayış sahələri ilə yanaşıdır. Biz milli düşüncəyə görə bunu edə bilmirik. Biz insanlarımızı başa sala bilməyəcəkdik ki, mal-heyvanını milli parkda otarma, get öz pay torpağını ək-becər. Amma Gürcüstanda bunu edirlər. Bizə deyirlər ki, niyə Gürcüstanda Milli Parklara 2 milyon turist gedir, Azərbayanda 2 min. Bunu da unutmayaq ki, Gürcüstana gedən 2 milyonun 450 mini Borjomiyə müalicəyə gedən azərbaycanlılardır. Biz Göygöl qoruğunu açdıq, 40 gün ərzində 70 mindən çox adam gəldi. Yəni bizdə Milli Parklara heç də 2 min adam getmir. Amma ora gedən adamlar bizi və qoruğu nə günə qoyduqlarını gördünüz. Deyirdilər ki, bizim işimiz zibilləmək, sizin işiniz təmizləməkdir. Göygöldə kabab bişirmək üçün xüsusi yerlər də ayırdıq”.
***
Nazir daha sonra Azərbaycan SSRİ-nin Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi olan qohumu Mircəfər Bağırov haqda danışıb.
H.Bağırovun atasının əmisi oğlu olan M.Bağırovun təqdim edildiyi kimi şəxs olmadığını deyib: “Bəli, Mircəfər Bağırov atamın əmisi oğludur. O dövrün baxışlarını bölüşmürəm və bir-iki insanın məsuliyyəti saymıram. Mircəfər Bağırovun ayağına yazılan “cinayətlər” 90 faizi həqiqətə uyğun deyildi. Ondan əvvəlki Kommunist Partiyasının başqa rəhbərləri repressiyaya məruz qalmışdılar. Bunları Mircəfər Bağırov yox, Moskvadan etmişdilər. Növbə də ona çatdı. Bunun da iki səbəbi var idi. Birinci, Xruşovla şəxsi problemləri var idi. Xruşov Politbüronun üzvü Beriyanı öldürtdürüb, çevriliş edərək hakimiyyəti ələ keçirtdi. Əlinə fürsət düşdüyü üçün Mircəfər Bağırovdan qisasını aldı. Mircəfər Bağırovla Beriyanın yaxşı münasibətləri var idi. İkincisi, Mircəfər Bağırovun həbsindən sonra onun masası ətrafında oturub daima onunla qədəh qaldıran məşhur yazıçıları özlərini çox diskomfort hiss etdilər. İndi də həmin şəxslərin oğul-qız yazıçıları bu narahatlığı davam etdirirlər.
Həmin dövrdə onun masası ətrafında oturanlar qısa müddətdə mövqelərini dəyişdilər. Psixoloji baxımdan bunu anlamaq olur. Çünki onlara dedilər ki, kəsin, doğrayın, yıxın, sürüyün. Axı dünən bunlar bir yerdə idilər. Həmin diskomfortun təzyiqidir ki, indi də deyirlər belə olub. Xəyanət edən bunu ömür boyu müdafiə etməlidir. Mircəfər Bağırov mələk deyildi, amma kim mələk idi? Repressiyaya məruz qalanların əksəriyyəti Kommunist partiyasının rəhbərləri idi. Bağırov iki dəfə ev dustağı olmuşdu, həmin yazıçıların donoslarının hesabına. Üçüncü dəfə ölümü ilə qurtardı, qəbri də yoxdur. İnsanın həyatında ən qiymətlisi həyatın özüdür. Mircəfər Bağırov səhv edibsə də, həyatını verdi. Mən hələ bunu demirəm ki, tarixçilər indi üzə çıxarırlar, dəfələrlə Azərbaycan qarşı ərazi, insanların köçürülməsi ilə bağlı təzyiqlər olub. Bunlar indi çap olunur.
Mənim atam iki ali təhsili olan şəxs idi, çox vaxt Ukraynada kömür təchizatı sahəsində işləyirdi, ordan da cəbhəyə getdi. 1943-cü ildə mədəsindən yara aldı, mədəsi deşildi, Bakıya göndərdilər. Müalicə olundu, sağ qaldı, amma mədəsindəki yara ölənə qədər sağalmadı. Sonra Qubada ona istehlakçı korporativin sədri vəzifəsi verdilər. Ya keçmiş işini, ya da Mircəfər Bağırova aidiyyatını nəzərə alıb bunu etdilər. 1954-1955-ci illərdə vəzifədən çıxarıb pasportunu əlindən aldılar. Ukraynaya qayıtmaq istəyəndə icazə vermədilər. Özü danışırdı ki, 1943-cü Mircəfər Bağırov korporatorların qurultayında zala daxil olanda atama deyib ki, sən burda neynirsən? Atam deyir "kəkələ-kəkələyə qaldım cavab verə bilmədim", Bağırov isə gözləməyib çıxıb getdi. Yəni Mircəfər Bağırovun öz qohumları üçün rolu da olmayıb”.

NUH.az
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Ərdoğandan İlham Əliyevə təbrik
4 fevral 2026 23:29
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
3 fevral 2026 21:57
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
